GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağcabədi sakini probleminin ədalətli həllinə qovuşa biləcəkmi?

Ağcabədi sakini probleminin ədalətli həllinə qovuşa biləcəkmi?

Tarix: 21-12-2015, 13:43 Bölmə :Ölkə Baxış: 0
Ağcabədi  sakini probleminin ədalətli həllinə qovuşa biləcəkmi?

Nuşirəvan Məmmədov: “Başlıca məqsədim qonşum tərəfindən zəbt olunan torpaq sahəmin geri qaytarılmasını tələb etmək idi. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyət hüququ ilə bağlı geniş şəhr də verilib”

Bu gün də ictimai həyatımızda sosial problemlər tüğyan edirsə, vətəndaş huquqları anbaan tapdaqlar altına atılırsa, süründürməçilik amillərinə aylar, illər uzunu yol verilirsə, bütün bunlar mahiyyət etibarilə onu söyləməyə əsaslar verir ki, hələ də əksər vəzifə sahibləri daşıdıqları vəzifələrinin öhdəsindən gələ bilmirlər. Əgər bu belə olmasaydı dəfələrlə redaksiyamıza üz tutan və üz-üzə qaldığı problemlərinin ictimailəşməsinə çalışan, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanın sakini Məmmədov Nuşirəvan Məhərrəm oğlu da, dövlət idarələrinin qapılarında, vəzifəli şəxslərin isə qəbullarında qalmazdı. Yəni, o, artıq bir neçə ildir ki, haqqına qovuşmağa çalışır, amma ona imkan verilmir, haqq səsini isə bir kimsə eşitmir.
İndi bir anlığa olsa da, baş verənlərə diqqətlə nəzər salaq. Nuşirəvan Məmmədov “Gündəm Xəbər”ə ünvanladığı müraciətində bildirir ki, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən və 16 aprel 2010-cu il tarixdə 515 nömrəsi ilə qeydiyyata alınan 266453 saylı “Torpaq Sahəsinin Planı və Ölçüsü” sənədimdə, ailəmizə məxsus torpaq sahəsi 1469,42 kvm, ümumi yoldan həyətimizə dönən yolunun eni isə, 8 m 76 sm göstərilir. Qeyd olunan ünvanda yaşamadığım halda, həmin sahəni həm sənədləşdirdim, həm də ki, hasara aldım. Amma, o vaxtkı qonşum Zeniyev Zeyni Süleyman oğlu, 1984-cü ildə torpaq sahəmdə müvəqqəti yaşamadığımdan sui-istifadə edərək, mənə məxsus yolun 3m 46 sm-ni zəbt etməyi də bacardı. Yəni, o, evini faktiki olaraq mənə məxsus torpaq sahəmdə inşa etdirdi. Bu gün ailəmizə məxsus darvaza yolumuz, ümumilikdə 5 m 30 sm qalıb. Bir qədər keçdikdən sonra isə, Zeyni Zeyniyev evini və həyətyanı sahəsini başqa bir şəxsə satdı.


Mənə məxsus torpaq sahəm qonşum tərəfindən zəbt olunduğu üçün, hələ 09 iyun 2008-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin rəisi Təhmünasib İbrahimova, Ağcabədi şəhəri üzrə icra nümayəndəsi Rasim İbrahimova, Ağcabədi şəhər bələdiyyəsinin sədri Alı İsmayılova yazılı surətdə ərizə ilə müraciət etdim. Məqsədim, qonşum tərəfindən zəbt olunan torpaq sahəmin geri qaytarılmasını tələb etmək idi. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyət hüququ ilə bağlı geniş şəhr də verilib. Məhz, həmin maddədə göstərilir ki,
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Amma, qanunun belə bir tələbinə baxmayaraq, 18 iyun 2008-ci il tarixdə yuxarıda adları çəkilən dövlət qurumları səlahiyyətlilərinin birbaşa iştirakı ilə həyətyanı sahəmə baxış keçirisə də, problemim həllini tapmadı ki, tapmadı. Yəni, bizim ailəyə məxsus torpaq sahəsinin zəbt olunduğunu öz gözləri ilə görən qurum səlahiyyətliləri, torpaq sahəsinin bizə məxsus olması barədə protokol da tərtib etdilər. Amma, onlar zəbt olunmuş torpaq sahəsini geri qaytarmaq əvəzinə, nədənsə son anda qəribə bir qərar da qəbul etdilər. Yəni, onların istəyi o oldu ki, biz zəbt olunmuş torpaq sahəmizdən könüllü imtina etməliyik və darvazamızı qonşumuzun zəbt edib tikdirdiyi evin tinində qoymalıyıq.
Onların belə bir yanaşması məni qane etmədiyindən, problemin varlığına məhkəmədə aydınlıq gətirilməsi qərarına gəldim. Üz-üzə qaldığım problemlə bağlı 19 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimləri Fərhadov Xanlar Zal oğlu və İbrahimov Zamin Vəliyyədin oğlunun iştirakları ilə keçirilən məhkəmə prosesində, ilkin iddiaçı Nəsirov Yaşar Səfər oğlunun (qanunsuz tikilən evin sahibi) nümayəndəsi Nəsirov İslam Səfər oğlunun ilkin iddiası üzrə, Azərbaycan Respublikası adından “Qətnamə” qəbul edildi. Qətnamədə (qətnaməyə şərnamə desək, yəqin ki, yanılmarıq) darvazamın öz hesabıma götürülməsi tələbi qoyuldu.
21 iyun 2012-ci il tarixdə Ağcabədi rayon Məhkəməsinin qəbul etdiyi qərara (qəribə qərara) əsasən, darvazam məhkəmə icraçısı Alıyev Gəray Seyfəddin oğlunun rəhbərliyi, bir neçə polis əməkdaşının iştirakı və ağır texnika ilə dağıdılı. Təəssüf doğuran hal o oldu ki, darvazam dağıdılan zaman bir hissəsi yoxa çıxarıldı. Həmin vaxt məni qonşumun qardaşı İslam Nəsirov, həyat yoldaşım Əhmədova Nazilə Əhməd qızını isə məhkəmə icraçısı Gəray Alıyev vəhşicəsinə döydü. Bu gün məndə dağıdılan darvazamın şəkilləri və öz həyətimizdə döyülməyimiz barədə lazımi eksrertiza sənədlərim də var. Belə bir olaylar barədə məlumatlı olan hər kəs, sanki dəhşətə də gələr. İnsan o halda od tutub yanır və öz-özünə sual da edir ki, ilahi gör mənim qonşum kimdir? Məhkəmə icraçıları kimdir və mənə qarşı hansı addımlarını da atdılar? Biz 21-ci əsrdə yaşasaq da, gör hansı qaydada idarə olunuruq?”.
Ağcabədi rayon sakini Nuşirəvan Məmmədov bizimlə söhbətində məntiqli bir fikir də söylədi. O, onu da bildirdi ki, “mən və həyat yoldaşım indi niyə döyülmürük? Çünki, biz bu gün həqiqəti tələb etmirik və həqiqət var deyə, onun varlığına da inanmırıq. Amma, həqiqət nə qədər acı olsa da, öz-özlüyündə yenə də həqiqətdir”. Şikayətçi əlində olan şəkilləri, şəkillərdə olan faktları göstərərək, “ bəs indi dövlətin xəritəsini neynəyək, onu hara so.......q ki, baş verənləri ört-basdır etmək mümkün olsun” deyir. O, onu da vurğulayır ki, “görəsən hansı marağa görə cinayəti gizlədən Ağcabədi rayon prokuroru cənab Salman Səmədov və yuxarıda adlarını çəkdiyim hakimlər, baş verənləri ört-basdır etməyə çalışırlar? Yeri gələndə onlar mənə sanki “cırtdan nağılı” da danışırlar. O halda bəs qanunun, Konstitusiyamızın tələbi nə olsun? Səbəb nə olur ki, qanunu pozan vəzifə sahiblərinə cəza verilmir? O halda, görəsən mövcud qanunvericiliyimiz əsasında fəaliyyət göstərən nazirlərimiz və digər vəzifə sahiblərimiz necə düşünürlər? Səbəb nə olur ki, mənim haqq səsim eşidilmir, problemlərim qanun çərçivəsində həllini tapmır? Onlara kim cəza verəcək, yoxsa hüquq-mühafizə orqanı əməkdaşlarına heç bir halda cəza düşmür? Yəqin ki, bu məmləkətdə qanun şah deyil, şah qanundur. Əgər bu belə olmasaydı, illər uzunu üz-üzə qaldığım problemlərim qısa zaman kəsiyində həllini tapardı”.
Sözsüz ki, açıqlamada qeyd olunan olaylar sadə bir sakinin üz-üzə qaldığı problemlər olduğundan, biz onun durumunu hiss edib, onun vəziyyətinə sanki acıyırıq. Eyni zamanda onu da istərdik ki, təkcə Nuşirəvan Məmmədov yox, bəzi vəzifə sahiblərinin günahı ucbatından qapılarda qalan, haqq-ədalət axtarışında olan hər kəsin problemləri qanun çərçivəsində həllini tapsın ki, ədalət zəfər çala bilsin. Yoxsa...
Açıqlamada adları çəkilən hər kəsin mövqeyini də dinləyə bilərik.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

    Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də ...

    20-03-2016, 02:41

  • 
  • Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY

    Ağcabədidə “itgin axtarışına” inşaatçılar son ...

    19-01-2018, 20:25

  • 
  • Ağcabədili sakin haqq-ədalət axtarışındadır

    Ağcabədili sakin haqq-ədalət axtarışındadır ...

    20-11-2015, 18:43

  • 
  • Göyçay rayon sakini çıxılmaz duruma düşüb

    Göyçay rayon sakini çıxılmaz duruma düşüb ...

    2-11-2015, 14:40

  • 
  • İntihar həddinə çatdırılan valideyin fəryadı

    İntihar həddinə çatdırılan valideyin fəryadı ...

    16-11-2015, 13:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu