GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

Tarix: 20-03-2016, 02:41 Bölmə :Ölkə Baxış: 0
Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

Amma, bu gün nə etmək olar? Nə hədər ki, haqq var divan yoxdur, deməli Məmmədovlar ailəsinin problemləri də, elə problem olaraq qalacaq

Hələ bir müddət bundan əvvəl redaksiyamıza üz tutan və üzləşdiyi haqsızlıqların, çoxsaylı qanunsuzluqların ictimailəşməsinə də çalışan, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlunun problemlərini işıqlandırdıqca, o halda düşünürdük ki, qısa zaman kəsiyində aidiyyəti qurumlar Məmmədovlar ailəsinin dərdinə şərik olacaq, problemlərinin həllinə də çalışacaqlar. Amma, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” məsəli, rəzil günə salınan ailənin problemləri həll olunmadıqca, bir daha özünü təsdiq etmiş oldu.

Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

Çünki, “Gündəm Xəbər”in redaksiyasına yenidən üz tutan və üz-üzə qaldıqları problemlərdən heç birinin həllinə, hələ də nail ola bilməyən Nuşirəvan Məmmədov yazır ki, “mən aidiyyəti qurumlara, müxtəlif vəzifə sahiblərinə 1005-ci ərizəmi yazsam da, bu günə qədər də heç bir nəticə yoxdur. Biz bilmirik ki, dərdimizi kimə çatdıraq, kimə söyləyək, kimə nə deyək!. Bu qədər haqsızlıq, bu qədər ədalətsizlik olarmı? Böyük oğlumuz Elnur Məmmədovu həqiqi hərbi xidmətə yola saldıq, 1996-cı ildə ona heç bir əsas olmadan 13 il həbs cəzası verdilər. Cəzaçəkmə müəssisəsində Elnura zəhərli iynə vurub öldürdülər və 27 iyun 2003-cü il tarixdə bizdən 115 dollar pul alıb, onun meytini 28 iyun 2003-cü il tarixdə ailəmizə satdılar. Üz-üzə qaldığımız belə bir faciənin varlığı azmış kimi, şəxsi mülkiyyətimizdə olan darvazamızı isə, Ağcabədinin hüquq-mühafizə orqanı əməkdaşları darmadağın etdilər və bir hissəsini də oğurladılar. Hansı ki, darvazamızın yerləşdiyi ərazidə qonşumuz tərəfindən zəbt olunmuş torpaq sahəsi, qarşı tərəfin hesabına iki metr açılmalı idi. İki metrlik torpaq sahəsi hələ də həllini tapmadığından, bu gün də mübahisə predmeti olmaqdadır. Buna səbəb, aparılan araşdırmaların bitərəfli qaydada aparılması və qanunlarımızın aliliyinə məhəl qoyulmamasıdır. Elə ki, icra şöbəsi əməkdaşlarından qanunun aliliyini tələb etdik, o halda mərhum prezidentimiz Heydər Əliyevin birbaşa imzası ilə verilmiş və 2001-ci ildən YAP-nın üzvülük vəsiqəsini daşıyan (üzvülük vəsiqəsi №145157) həyat yoldaşım Nazilə Əhmədova ilə bərabər, məni də döyüb xəstəxanalıq etdilər.

Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

Bundan əlavə, kiçik oğlumuzu yeddi nəfər oğurlayıb Beyləqan meşələrinə gedən yolun kənarında döyüb elə bir vəziyyətə salırlar ki, heç cür tanınmaz olur. Çox keçmir ki, onu darvazamızın qarşısına da atıb gedirlər. Təəssüf doğuran hal o oldu ki, baş verən hadisə ilə bağlı Ağcabədinin “sudebnı” həkimi Azər Soltanov, rayon polis şöbəsinin müstəntiqi Yaşar İsgəndərov, prokuror Salman Səmədov və rayon məhkəməsinin sədri Xanlar Fərhadov, hadisə iştirakçıları ilə bağlı heç bir cinayət işi açmadılar, sadəcə olaraq Səbuhi Soltanov adlı şəxsi məhkəmənin hökmü ilə 500 manat cərimə etdiriib sərbəst buraxdılar”.

Nuşirəvan Məmmədov onu da yazır ki, “bu cür qanunsuzluğa, bu cür ədalətsizliyə dözə bilmədiyimizdən, artıq özümüzü intihar etmək istəyirik. Onu da başa düşə bilmirik ki, bizim ailəyə qarşı belə bir haqsızlıqların kökündə nələr dayanır? Başımıza gətirilən müsibətlərin sifaişçisi kimlərdir? Məni iki dəfə şərləyib içəri atmağa cəhd ediblər, amma alınmayıb. Bu gün biz başa düşə bilmirik ki, şikayətimizi hara və kimə ünvanlayaq?”.

Bəli, bu bir ailənin faciəsi, yerə-göyə sığmayan dərdidir. Çünki, zülm çəkib övlad böyüdən, sonra isə övladlarının faciəsindən od tutub yanan Məmmədovlar ailəsi, bəlkə günahkarları lazımınca cəzalandıra bilsəydilər, o halda müəyyən qədər təskinlik də tapa bilərdilər. Amma, bu gün nə etmək olar? Nə hədər ki, haqq var divan yoxdur, deməli Məmmədovlar ailəsinin problemləri də, elə problem olaraq qalacaq.

Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY

    Ağcabədidə “itgin axtarışına” inşaatçılar son ...

    19-01-2018, 20:25

  • 
  • Ağcabədi  sakini probleminin ədalətli həllinə qovuşa biləcəkmi?

    Ağcabədi sakini probleminin ədalətli həllinə ...

    21-12-2015, 13:43

  • 
  • İntihar həddinə çatdırılan valideyin fəryadı

    İntihar həddinə çatdırılan valideyin fəryadı ...

    16-11-2015, 13:03

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    14-04-2015, 22:10

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    31-03-2015, 18:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu