GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Elçibəy satqın deyildi, sənin kimi rusa satılmırdı”

“Elçibəy satqın deyildi, sənin kimi rusa satılmırdı”

Tarix: 22-12-2015, 18:29 Bölmə :Ölkə Baxış: 0
“Elçibəy satqın deyildi, sənin kimi rusa satılmırdı”

Almurad Əliyev: “Mən də, Ayaz Mütəllibov barəsində çox şey deyə bilərəm...”

Son zamanlar eks-prezident, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəylə bağlı müəyyən fikirlər işlədilir. Eks-prezident Ayaz Mütəllibov mətbuata verdiyi müsahibə zamanı əvvəlcə Əbülfəz Elçibəyi “primitiv” millətçi adlandırıb, onun heç bir təcrübəsinin olmadığını elan edib. Daha sonra isə qeyd edib ki, mərhum Əbülfəz Elçibəy çox sadəlöhv adam olub, hər kəsə inanıb. Mütəllibovun bu açıqlamaları sosial şəbəkələrdə ciddi müzakirəyə yol açıb və hazırda bu proses davam edir. Əbülfəz Eçibəyin qardaşı Almurad Əliyev Ayaz Mütəllibovun bu fikirlərini şərh edib, eləcədə bəzi məqamlara toxunub.

- Almurad ağa, eks-prezident Ayaz Mütəllibovun son günlər mətbuata verdiyi müsahibəni oxumuşunuz?

- Açığını deyim ki, oxumamışam. Ancaq bilirəm ki, müsahibə verərək nəsə deyib. Nə dediyini də bilmirəm, çünki bunun o qədər də əhəmiyyəti yoxdur. Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bu mənada zənn etmirəm ki, Mütəllibovun nəsə deməsi insanların fikrini dəyişə bilər, xalqımız səhv düşündüyü qənaətinə gələ bilər. Odur ki, bu məsələ ilə siz deyən ciddi məşğul olmadım, buna maraq göstərmədim.

- Ayaz Mütəllibovla sizin nə vaxtsa münasibətiniz olubmu?

- Xeyir. Mənim Mütəllibovla heç zaman münasibət, həyatda bircə dəfə də, olsun ünsiyyətim olmayıb. Ancaq bilirəm ki, rəhmətlik Əbülfəz Elçibəylə bir və ya iki dəfə söhbət edib. Rəhmətlik bəy də, ona demişdi ki, gəlsin, hamı bir yerə toplaşsın. Çünki hamımız bir xalqın övladıyıq. Bildiyim qədər bir dəfə də, toplaşmışdılar. Səhv etmirəmsə, şeyx Allahşükür Paşazadə də orada olub. Lakin sonradan Mütəllibov bu görüşlərə gəlmədi. Ondan sonra da, respublikada ara qarışdı. İndi bilmirəm nə deyib. Ancaq nə deyirsə, desin və unutmasın ki, vətəni qoyub qaçan Mütəllibovun özü oldu.

- Sizinlə və ya Əbülfəz Elçibəylə Mütəllibovun düşməni münasibəti olubmu?

- Mənimlə nəyə görə, düşməni münasibəti olmalıdır? Mən heç onu tanımıram və həyatda da üz-üzə gəlməmişəm. Ancaq ola bilsin ki, Əbülfəz Elçibəylə münasibətində problemlər olsun. Çünki fərqli cəbhədə idilər. Əbülfəz Elçibəy müstəqillik uğrunda mübarizə aparırdı, Ayaz Mütəllibov isə həmin dövrdə daha çox Moskvaya yaxın şəxs kimi tanınırdı. Mənim şəxsən ona düşmən münasibətim yoxdur.

- Ona münasibətiniz necədir?

- Münasibətim normaldır, öz həyatını yaşasın. Mütəllibovda bir insandır, yəqin indi yaşlaşıb. Amma hər halda bir qədər normal danışmalı idi.

- Onun prezidentliyi dövrünü xatırlayırsınız?

- Mütəllibov da prezident ola bilmədi. Onun prezidentliyi zamanı mən dağlarda olurdum, işləyirdim. Şəhərə də az-az gəlirdim. Lakin bilirəm ki, həmin dövrdə millət ondan narazı idi. Bilirsinizmi, mən konkret bilmirəm ki, bu qədər illərdən sonra Mütəllibov niyə belə danışır və nə istəyir, məqsədi nədir. Əgər sözü var idisə, bunu vaxtında bəylə görüşəndə üzünə deyərdi. İndi axı yaxşı deyil. Mən də, çox şey deyə bilərəm axı. Özü də, bilir ki, bir zamanlar ona güzgü Mütəllibov deyirdilər. Daima güzgüyə baxardı.

- Eks-prezident açıqlamasında deyib ki, Əbülfəz Elçibəy çox sadəlöhv adam idi...

- Ola bilsin ki, Mütəllibov görüntüdən belə nəticəyə gəlib. Mən buna görə ona bir söz deyə bilmərəm. Ancaq iş ondadır ki, Əbülfəz Elçibəy deyildiyi qədər də sadəlöhv deyildi, sadəcə insanlarla mehriban idi. Lakin bəyin o biri tərəfi də var idi. Düzdür, müəyyən qədər yumşaq idi, lakin sərtliyi tutanda-allah heç kimə göstərməsin. Yəni bəyin sərtliyi də var idi. Mütəllibov ancaq bunu deyib?

- Bu açıqlamasından öncə isə demişdi ki, Əbülfəz Elçibəy primitiv millətçi idi, hamıya inanırdı...

- Primitiv deməklə yəqin düşünür ki, bu geridə qalmış fikrini ifadə edir. Mənə elə gəlir ki, Mütəllibov burada səhv edib. Həm də, o anlamalıdır ki, özü Bakıdan çıxaraq Moskvaya qaçdı, illərlə Rusiyada yaşadı. Yəni xalqından qaçıb gizləndi. Mənə elə gəlir ki, bunu unutmamalıdır. İndi bu demək istəyirsə ki, Əbülfəz bəy primitiv idi, yəni dünyada gedən proseslərdən baş çıxarmırdı. Məndə ona deyirəm ki, yəqin sən hesab edirsən ki, Elçibəy satqın deyildi, rusa satılmırdı, ona görə primitiv hesab edirsən. Yəqin satılanlar özlərini primitiv hesab etmirlər, düşünmürlər ki, onlardan istifadə olunur. Və nəhayətdə, sən Elçibəyi primitiv hesab edirsənsə, bəs niyə ölkəni qoyub Moskvaya qaçdın? Bunun cavabını ver. Məncə, bu bəs edər.

- Ayaz Mütəllibov eks-prezidentdir, sizdə eks-prezident Elçibəyin qardaşısınız. Necə düşünürsünüz, əslində münasibətlər necə olmalıdır?

- Əslində problem ondadır ki, vaxtında Mütəllibovun Əbülfəz Elçibəylə münasibətləri yaxşı olmayıb. Çünki biri müstəqilliyi, üçrəngli bayrağı sevib, digəri SSRİ-nin tərkibində qalmağı, bu məqsədlə referendum keçirməyi və s. Amma indi münasibətlər yaxşı olmalıdır. Siyasi münasibətləri şəxsi müstəviyə gətirmək etik bir hərəkət deyil. Zaman dəyişir, allahın bəzi işləri var. İntəhası Mütəllibovun indi danışmağı doğru bir iş deyil. İllərdir oturub, indi danışmağa başlayıb. Gərək o danışmaya. Mən bilirəm ki, Mütəllibovun bu fikri ciddi narazılıq yaradıb, minlərlə insan internet üzərindən ona cavab verib. Hesab edirəm ki, Mütəllibov bu həqiqəti və reallığı başa düşəndən sonra daha danışmaz. Məncə, Mütəllibovun fikirlərinə çox vaxt ayırdım, əslində buna qəti ehtiyac yox idi. El məsəli var, daldan atılan daş topuğa dəyər. Danışsın, desin, yazsın. Görünür onun dərdi var ki, belə danışır. Amma Əbülfəz bəy ona qarşı belə sərt mövqedə deyildi. Açığı, çoxları bilirdi ki, Mütəllibov müstəqil insan deyil, daha çox Rusiyaya bağlı idi.

Ancaq Vəzirov yaxşı adam idi. Bakıda olanda Əbülfəz bəylə razılaşırdı. Vəzirov pis adam deyildi, amma onun da taleyi yaxşı gətirmədi.

- Tahir Kərimli deputat seçilib, xəbəriniz varmı?

- Tahir Kərimli bizə gəlib-gedərdi. Bəzən yoldaşı, bəzən bacısı ilə gəlirdi. Yaxın insanlar idi. Sonra Tahir Kərimli Ali Məhkəmənin sədri oldu, mən də, gedib onunla görüşdüm. Sonradan Tahir Kərimli ilə hər hansı bir münasibətimiz olmayıb.

- Tahir Kərimli bu gün mətbuata verdiyi müsahibəsində qeyd edib ki, Əbülfəz Elçibəy haqq dünyasına qovuşanda yasa getməyib, lakin evində əyləşərək göz yaşları axıdıb. Bunu necə qiymətləndirirsiniz?

- Tahir Kərimlidir də, deyir. Həmin vaxt on minlərlə insan yasa gəlirdi, ola bilsin ki, Tahir gəlməyib. Bizdə xüsusi olaraq gələnlərin kimliyinə diqqət etmirdik. Amma inanmıram ki, Tahir Kərimli yasa gəlməsin. Ya da, nədənsə çəkinib, qorxub gəlməyib. Çünki Tahir Kərimli Elçibəyin prezidentliyi dövründə Ali Məhkəmənin sədri idi.

- Siz əsasən nə işlə məşğul olursunuz?

- İndi siz deyən xüsusi bir fəaliyyətim yoxdur. Altı aydan çoxdur ki, evdə əyləşirəm, bir tikə çörəyimi yeyirəm, televiziyaya baxıram, kitab oxuyuram. Eyni zamanda da heç nəyə fikir vermirəm. Siyasətə də maraq göstərmirəm.

- Niyə?

- İndi ölkəmizdə o qədər siyasət aparan var ki. Mənim orada nə işim var. Öz həyatımı yaşayıram, aradabir qohum-əqrəba ilə görüşürəm. Bilirsinizmi, mənim yaşım keçib, indi 83-ü haqlamışam. Yaşlaşdıqca, xarakterdə dəyişir, həvsələ də fərqli olur. Məndə çalışıram ki, heç kəsə mane olmayım.

- Əbülfəz Elçibəyin Kələkidə ata evinin fotoları yayılıb. Ev baxımsız və çox köhnə durumdadır, təmirə ehtiyacı olduğu dərhal hiss olunur. Bu barədə nə deyə bilərsiniz, doğurdanmı sizin ata eviniz bu gündədir?

- Şəkili yayılan ev ata evimizdir. O qədər də dəbdəbəli deyil. Bəli köhnə evdir, lakin dağılıb, uçmayıb. Yaşamaq olur. Bizim üçün çox gözəl evdir, hamımız orada böyümüşük. Köhnə dədə-baba evimizdir, həyətində də meyvə ağacları var. Baxın, mənim 83 yaşım var, özümdə həmin evdə doğulmuşam. Həmin evində 100 yaşı olar. Bəy prezident olanda da ata-baba evimiz indiki kimi idi. Amma bağçası çox gözəldir. Hazırda həmin evdə davamlı yaşayan yoxdur. Yaydan-yaya gedib qalırlar. Bəyin ailəsi gedəndə həmin evdə qalır. Mən özüm 4-5 ildir ki, kəndə getmirəm. Çalışacam bu il gedim bir kənddə qalım. Necə illərdir ki, kəndin üzünü görmürəm.

- Bəs yayda hara gedirsiniz, Türkiyəyə?

- Yox. Nə Bakının digər rayonlarına gedirəm, nə də İstanbula. Yay olanda axşam tərəfi çıxıb şəhəri bir az gəzirəm, dostlarla, qohumlarla görüşürəm, bəzən çayxanada otururam. Artıq beş ildir siqaret çəkmirəm, içki içmirəm. Olmuşam əsl sakit insan. Günümüzü sakit şəkildə keçiririk.

- Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin sosial şəbəkələrdə fotoları yayılmışdı, qeyd olunurdu ki, yaxın aylarda toyu olacaq...

- Hə, belə bir hadisə gözlənilirdi. Ancaq bildiyim qədər Ərturqut bu işi təxirə salıb. Cavan oğlandır. Çoxdandır onunla görüşmürəm. Arada zəng edirəm, onun da, işləri olur. Hər dəfə deyir ki, gəlib dəyəcəm, amma işləri çox olduğundan vaxt tapa bilmir. Yəqin ki, özüm gedib onunla görüşəcəyəm.

- Bəyin ailəsinin yaşayış durumu necədir?

- Normaldır, yaşayırlar. Bəyin qızı da, Türkiyədə yaşayır. Aqil Səmədbəylinin valideyni vəfat etmişdi, onda gəldilər Bakıya. Mən də, görüşdüm. Arada telefonla danışarıq, arada da danışmarıq. Allah hamısının canını sağ-salamat eləsin.

Hüseyn Abbasoğlu

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan müsahibə almamalıdır”

    “Jurnalistlər Ayaz Mütəllibov kimi adamdan ...

    10-12-2015, 14:20

  • 
  • Ayaz Mütəllibovun səmimiliyini test etmək istəyənlərə - VİDEOSÜBUT

    Ayaz Mütəllibovun səmimiliyini test etmək ...

    11-12-2015, 02:59

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42

  • 
  • Ayaz Mütəllibova qarşı İTTİHAM

    Ayaz Mütəllibova qarşı İTTİHAM ...

    21-11-2013, 14:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu