Gələcək həftələrdə və aylarda hakim rejimin ədalətsizliyinə qarşı etirazlar yalnız güclənəcək
Əsgər ölümlərinə qarşı bugünki etiraz aksiyası zamanı ən az 60 nəfər saxlanılıb. Onlar arasında jurnalist Xədicə İsmayılova, gənc fəallar Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Bəyim Həsənli. Kənan Qasımlı. Ruslan Əsəd, Rauf Məmmədli, Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Osman Əhmədov, Orxan Babayev və başqaları var. Müsavat Partiyasının məlumatına görə, onları avtobuslardaca döyüblər və qazla zəhərləyiblər. Polis həmçinin bir neçə əsgər valideynini də saxılayıb, onları asfalt üstündə sürüyüblər. Aksiya ümumilikdə təxminən bir saat davam edib. Polis Fəvvarələr Meydanını mühasirəyə alıb və heç kimi oraya buraxmırdı. Kitab passajı tərəfdən kordon qurulub. Bununla belə, insanlar vətəndaş fəallığı nümayiş etdiriblər və polis dəyənəklərindən və hədə-qorxudan qorxmayaraq, meydana çıxıblar. Təxminən saat 16.30-da dövlət başçısı İlham Əliyev Zaqulba qəsəbəsindəki bağından şəhərə gəlib. Göründüyü kimi, o, aksiya haqqında güc qurumlarının məruzəsini dinləyir. Bugünki aksiya iştirakçıları qeyd edirlər ki, onların əksəriyyəti əhalinin küçələrə çıxmaqdan qorxmadığı üçün mənəvi qələbə hissi yaşayırlar və gələcək həftələrdə və aylarda hakim rejimin ədalətsizliyinə qarşı etirazlar yalnız güclənəcək, insanların həmrəyliyi də artacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?