GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizov Gəncədən kadr “idxal edir”

Eldar Əzizov Gəncədən kadr “idxal edir”

Tarix: 11-03-2013, 10:09 Bölmə :Ölkə Baxış: 1 231
Eldar Əzizov Gəncədən kadr “idxal edir”

İcra başçısı Sumqayıtda öz kadrlarını yerləşdirməkdə israrlıdır

Son günlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) başçısı Eldar Əzizovun Gəncə şəhərindən xeyli sayda kadr gətirməsi ilə bağlı məlumatlar səslənməkdədir. Bu barədə redaksiyamızı məlumatlandıran özəl mənbənin sözlərinə görə, buna səbəb prezidentin məlum çıxışından sonra bir sıra icra başçısı kimi E.Əzizovun da mövqeyinin zəifləməsidir: “Ölkə başçısının regionaların sosial-iqtisadi inkişafının dördüncü ildönümünə həsr edilən çıxşında icra başçılarının yerlərdəki özbaşınalığını sərt tənqd etməsi, məlum çıxışdan sonra Prezient Administrasiyası tərəfindən icra başçılarının sıxışdırılmasına yol açıb. Mövcud situasiyadan istifadə edərək icra başçılarını özlərindən asılı vəziyyətə salmağa çaışan Administrasiya rəhbərliyi bəzi icra başçılarının nöqsanlarından onlara qarşı əsaslı təzyiq vasitəsi kimi istifadə etməkdədir. Ötənlərdə bəzi icra başçılarının vəzifədən uzaqlaşdırılması faktı da rayon rəhbərlərini təhdid edən təhlükənin kifayət qədər ciddi olduğunu göstərir. Bütün bunlar isə E.Əzizovu öz mövqeyini möhkəmləndirmək, sədaqətinə etibar etdiyi komanda formalaşdırmaq məcburiyyəti qarşısında qoyur”.

Gəncədən kimlər hara gəlir?

Mənbənin məlumatına görə, E.Əzizovun hazırkı “kadr idxal”ında əsas məqsəd həm SŞİH-ni, həm də şəhərdəki hüquq-mühafizə orqanlarını “köhnə qvardiya” hesabına tam nəzarətə götürmək, əlavə göz və qulaqlara malik olmaqdır: “Prezidentin məlum çıxışı və onun ardınca bir sıra icra başçılarının vəzifədən qovulması göstərdi ki, əslində icra başçıları özlərini nə qədər ehtiyatlı aparsa da, onların qanunsuz əməlləri ilə bağlı informasiyalar “ta yuxarılara” qədər sızmaqdadır. Bu isə o deməkdir ki, seçki ilində xalqın etimadını qazanmaq, ən azından özbaşınalıqlara, məmur harınlıqlarla bağlı tam susqunluq göstərmədiyni isbatlamaqda qərarlı olan ölkə başçısı daha bir neçə rayon rəhbərini istefaya göndər bilər. Bu baxımdan E.Əzizov da bütün əsas qurumlarda ona sadiq olan şəxsləri yerləşdirməklə həm “zərərli informasiyalar”ın yuxarılara sızmasını önləməyə, həm də şəhərdə baş verən gadisələrdən anındaca xəbər tutmağa can atır. Və bu mənada heç şübhə yoxdur ki, Gəncədən gətirilən kadrlar E.Əzizovun daha çox eşidib, daha çox görməsini təmin edəcəkdir. Lakin bir məsələ də var ki, Sumqayıta dəvət edilən kadrların çoxluğu və onlarla yerli kadrlar arasında artıq başlanan ədavətin özü E.Əzizovla bağlı yeni və daha ciddi problemə çevrilə bilər”.

İcra başçısı polis generalından ehtiyatlanır?

Bilgili qaynağın məlumatına görə, E.Əzizovun Gəncədən kadr idxalına start verməsinin əsas səbəblərindən biri də Sumqayıt Şəhər Polis İdarəsinin yeni rəisi, polis generalı Sahib Mirzəyevin nümayiş etdirdiyi dəst-xətdir. Icra başçısı hesab edir ki, belə davam edərsə, yaxın gələcəkdə polis generalının dəsti-xətti onu da hədəfə alacaq: “E.Əzimovun “kadr idxalı” bütövlükdə ümumi vəziyyətin həssaslığından qaynaqlansa da, bu məsələdə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi general Sahib Mirzəyev amili də mühüm rol oynayır. S.Mirəzyevin Sumqayıta təyin edilməsindən sonra şəhərin bir çox nüfuzlu iş adamlarının polis rəisi tərəfindən psixoloji baxımdan “sındırılması”, qanunları pozan hər kəsin dərhal cəzalandırılması E.Əzizov tərəfindən də narahatlıqla qarşılanmaqdadır. E.Əzizovu daha çox narahat edən amil isə S.Mirəzyevin icra başçısının “dostluq addımları”na reaksiya verməməsidir. Bu isə o deməkdir ki, icra başçısı nəinki S.Mirzəyevi “bizim adam” edə bilməyəcək, hətta onunla normal münasibətlər belə formalaşdırmağı bacarmayacaqdır. Bu baxımdan S.Mirzəyevə qarşı şəhər daxilində məmurlardan ibarət güclü cəbhə yaratmağa çalışan E.Əzizov lazım gəldikdə öz komandasının sayı və gücü hesabına S.Mirzəyevə müqavimət göstərə, onunla mübarizədə qalib çıxa bilsin. Bu baxımdan, E.Əzizovun Sumqayıt polisində də Gəncə kadrlarının yerləşdirilməsinə səy göstərəcəyi şübhəsizdir”.

“Yerlilər” “gəlmələr”i həzm edə bilmir

Məlumatlı qaynağın bildirdiyinə görə, E.Əzizovun kadr siyasəti Sumqayıt daxilində vəziyyəti daha da gərginləşdirməkdədir. Buna səbəb Sumqayıtın özündə yetərli sayda savadlı kadr olduğu halda, E.Əzizovun Gəncədən kadr gətirilməsinə üstünlük verməsi, yerli kadrların məşğulluğunu təmin etməməsidir: “Sumqayıtdakı kadr heyəti hesab edir ki, şəhərdə ali təhsilli mütəxəssislərin işlə təminatında ciddi problemlərin olduğu bir vaxtda şəhərə kənardan kadrlar dəvət etmək ədalətsizlikdir və bu, hər şeydən əvvəl insanların psixologiyasına mənfi təsir göstərir. “Gəlmə”lərin çoxluğu hazırda müxtəlif vəzifələrdə çalışan şəhərdəki digər xırda və orta məmurlar tərəfindən də narahatlıqla qarşılanmaqdadır. Onlar hesab edir ki, belə davam edərsə, E.Əzizov onları da gəncəli kadrlarla əvəzləyəcək və nəticədə onlar öz iş yerlərini itirəcəkdir. Məhz bu baxımdan işləyən və işləməyən əksər kadrlar Sumqayıta kənardan kadrların gətirilməsi prosesini ciddi narahatlıqla qarşılamaqdadır. E.Əzizovun özünün bütün köhnə komandasını öz ətrafında formalaşdırmaqda israrlı olduğunu nəzərə alsaq, o zaman bu narahatlığın kifayət qədər əsaslı olduğunu anlamaq olar”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu