GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəydə sahibkara “kəfən tikilib!”

Gədəbəydə sahibkara “kəfən tikilib!”

Tarix: 8-01-2016, 18:26 Bölmə :Ölkə Baxış: 0
Gədəbəydə sahibkara “kəfən tikilib!”

Qasım Məmmədov: “2014-cü ilin noyabr ayında heç bir məhkəmə qərarı olmadan, Nazirlər Kabinetinin hər hansı tapşırığı verilmədən, Gədəbəy şəhəri Məhəmməd Əmin Rəsulzadə adına küçədə mənə məxsus 51kvm-lik torpaq üstündə tikili, yəni çayxana kimi istifadə etdiyim obyektim yerlə-yeksan edildi”

“Gündəm Xəbər” qəzeti olaraq hələ bir müddət bundan əvvəl də, Gədəbəydə sahibkarların başlarına gətirilən müsibətlərin varlığından, rayonu ağuşuna alan çoxsaylı qanunsuzluqlardan, mərkəzi ərazilər qalsın bir yana, ən ucqar dağ kəndlərində belə sakinlərin həddi-hüdudu bilinməyən problemlərlə üz-üzə qalmalarından və.s geninə-boluna bəhs etmişdik. Ümumi şəkildə yazıb onu qeyd etmişdik ki, bu gün də baş alıb gedən problemlərin kökündə Ramiz Yediyarovun Gədəbəydə tətbiq etdiyi yarıtmaz idarəçilik durur ki, həmin idarəçilik də rayonda problemlərin həlli ilə deyil, əksinə problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməklə də məşğuldur. Məhz, belə bir səbəblər üzündəndir ki, bu gün Gədəbəydə haqq-ədalət qeybə çəkilib, yerli sakinlərin tam əksəriyyəti ilə icra hakimiyyəti aparatı arasında sanki bir uçrum da əmələ gəlib.

Bir məqama xüsusi diqqət yetirək ki, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında, keçirilən bir çox tədbirlərdə daim vurğulayır ki, ”mən rəhbər vəzifəyə kimi təyin edirəmsə, ilk növbədə gedin əhali ilə işləməyi bacarın, onların problemlərinin həlli ilə məşğul olun deyə, həmin şəxslərə lazımi tapşırıqlarımı da verirəm” deyir. Belə bir tapşırığın verildiyi halda, bəs səbəb nədir ki, bu gün də bir çox sahibkarlar Gədəbəylə Prezident Administrasiyası arasında qalıblar? Yəni, onlar üzləşdikləri problemlərinin həllinə Gədəbəydə nail ola bilmədikləri üçün, ara-sıra qeyd olunan ünvana üz tuturlar və problemlərinin ictimailəşməsinə də çalışırlar.

Məsələn, 2014-cü ildən Gədəbəylə Prezident Administrasiyası arasında qalan, hələ də üzləşdiyi probleminin həllinə nail ola bilməyən sahibkarlardan biri də, əslən Gədəbəy rayonundan olan Məmmədov Qasım Nəriman oğludur. O da “Gündəm Xəbər”ə ünvanladığı müraciətində bildirir ki, “Ramiz Yediyarovun tətbiq etdiyi yarıtmaz idarəçilik, bir çox sahibkarlar kimi məni də Gədəbəylə Prezident Administrasiyası arasında qoyub. Buna səbəb, 2014-cü ilin noyabr ayında heç bir məhkəmə qərarı olmadan, Nazirlər Kabinetinin hər hansı tapşırığı verilmədən, Gədəbəy şəhəri Məhəmməd Əmin Rəsulzadə adına küçədə mənə məxsus 51kvm-lik torpaq üstündə tikili, yəni çayxana kimi istifadə etdiyim obyektim yerlə-yeksan edildi. Yəni, obyektim icra başçısının verdiyi şifahi tapşırıq əsasında, icra hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevin rəhbərliyi və həmin şöbənin Babək və Vidadi adlı işçilərinin iştirakı ilə darmadağın edildi. Diqqəti cəlb edən hal odur ki, 2007-ci ildə Gədəbəy şəhər bələdiyyəsinin müvafiq qərarı ilə aldığım 51kvm-lik obyektimə aid lazımi sənədlər, həm şəhər bələdiyyəsinin sədri, həm DTXK rayon şöbəsinin müdiri və onun məsləhətçisi, həm də ki, obyektimin söküntüsünə birbaşa rəhbərlik etmiş və bu gün də rayonun memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini daşıyan Elxan Vəliyev tərəfindən də təsdiq olunmuşdu. Təəssüf hissi doğuran hal odur ki, 2014-cü ilə qədər sahiblik etdiyim obyektim dövlət əhəmiyyətli plana düşmədiyi halda, rayonun bəzi vəzifə sahiblərinin, xüsusilə də Elxan Vəliyevin hansısa marağı əsasında viran edildi. Bu gün də dağıdılmış obyektimin yerində dövlətə aid heç bir tikili yoxdur. Amma, yerlə-yeksan edilmiş obyektimə məxsus ərazidən, yaxınlıqda yerləşən “Vüsal” şadlıq sarayına pilləkan tikiblər. O halda sual oluna bilər ki, görəsən Elxan Vəliyevin məqsədi və kəsişən marağı nə idi ki, heç bir dövlət əhəmiyyətli plana düşməyən obyektimin darmadağın edilməsinə birbaşa rəhbərlik edib. Hansı ki, vaxtilə obyektimə aid sənədləri təsdiq edən vəzifə sahiblərindən biri də, məhz onun özü olub”. Deməli, torbada “qara pişik” var ki, Elxan Vəliyev vaxtilə sənədlərin qanuni olduğunu imzası və möhürü ilə təsdiq etdiyi obyektimin söküntüsünə, məhz belə bir formada canfəşanlıq edib.
Qasım Məmmədov onu da vurğulayır ki, “əgər ərazi ilk öncə mənə təklif olunsaydı, o halda həmin ərazidə müəyyən qədər təmir-bərpa işləri də aparardım ki, şəhərin ümumi gözəlliyinə heç bir halda xələl gəlməsin. Amma, belə bir təkilf mənə bildirilmədi və ailəmin dolanışığını təmin etdiyim obyektim bir çox vəzifə sahiblərinin, o cümlədən Elxan Vəliyevin hansısa kəsişən marağı çərçivəsində yerlə-yeksan edildi. Bu gün mənə viran edilmiş 51kvm-lik obyektimin müqabilində, rayonun mərkəzindən bir qədər aralı məsafədə yerləşən yeni ticarət mərkəzindən heç bir sənədi olmayan, lazımi standartlara cavab verməyən, hətta qəzalı vəziyyətdə tikilmiş 17kvm-lik obyekt təklif olunur. Mən də edilmiş təklifdən birmənalı şəkildə imtina edərək, üzləşdiyim problemlə bağlı icra hakimiyyətinə yazılı ərizə ilə müraciət etsəm də, təəssüflər olsun ki, bu günə qədər bir kimsə ərizəmlə maraqlanmayıb, etdiyim müraciətimə də heç bir halda cavab verilməyib”.
Qasım Məmmədov ünvanladığı müraciətində onu da qeyd edir ki, “mən düz iki ildir ki, tamamilə işsiz qalmışam. Evdə 85 yaşlı ağsaçlı anamla birlikdə yaşasaq da, ümumi dolanışıq vəziyyətimiz olduqca ağırdır. Çünki, özüm də 63 yaş həddindəyəm. Ailəmizin dolanışığını anamın dövlətdən aldığı 159 manat təqaüdlə birtəhər yola veririk. Bizim belə bir duruma düşməyimizə səbəb, dolanışığımızı təmin etdiyim 51kvm-lik obyektimin heç bir əsas olmadan darmadağın edilməsi oldu. Bir anı başa düşə bilmirəm ki, bu gün də ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında sahibkarlıqla bağlı problemləri daim önə çəkir və yerli vəzifə sahiblərinə lazımi tapşırıqlarını da verərək bildirir ki, “hər bir vəzifə sahibi sahibkalara dayaq olmalı, onların problemlərinin həlli ilə, o cümlədən bir çox süni maneələri aradan qaldırmalı, bir sözlə sahibkarlığın inkişafına dəstək verilməlidir” deyə, müəyyən tapşırıqlarını versə də, Gədəbəydə yaşananlar isə, tamam fərqli məqamlardan xəbər verir. Yəni, bu gün təkcə mən yox, neçə-neçə sahibkarlar qanuni mülkiyyət hüququna malik olan sənədlərə sahib olsaq da, nə darmadağın edilmiş obyektlərimizin müqabilində yeni obyekt ala bilirik, nə də ki, almalı olduğumuz kompensasiyanı əldə edə bilirik. Belə bir mənzərənin yaşanması, açıq-aydın şəkildə Gədəbəydə həyata keçirilən idarəçiliyin mahiyyətini müəyyən etməyə imkan verir”.
Şikayətçi sahibkar bir məqama da toxunur ki, “bəlkə də icra başçısının bəzi məsələlərdən dəqiq xəbəri yoxdur və əksər problemlərlə bağlı ona səhv məlumatlar çatdırırlar. Amma, bəzi vəzifə sahiblərinin, o cümlədən rayonun memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsini daşıyan Elxan Vəliyevin, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun daşıdıqları vəzifədən sperkulyasiya etmələri, heç cür əndazəyə sığası məsələ deyil. Çünki, əslən Gədəbəydən olan sahibkarların olmazın müsibətlərlə üz-üzə qalmalarında, hər iki vəzifə sahibinin müstəsna rolu, əvəzsiz “xidmətləri” də var. Buna səbəb, Elxan Vəliyevin üzərinə düşən vəzifəni yerinə yetirməməsidir. Onu da qeyd edək ki, daşıdığı vəzifəsindən ikiəlli yapışan bu şəxs, icra hakimiyyətindəki iş otağında alqı-satqı ofisi düzəltməklə, bu gün çoxsaylı sahibkarların başına sanki “corab toxumaq”la da məşğul olur.
Qasım Məmmədovun “Gündəm Xəbər”ə bildirdiyi iradlardan biri də Namiq Məmmədovla bağlıdır ki, o, qanuni mülkiyyətində olan obyekti söküldükdən sonra, bir gədəbəyli olaraq probleminin həlli ilə bağlı ona müraciət etməsi və son anda aldadılması olur. Çünki, Namiq Məmmədov ilk öncə Qasım Məmmədova probleminin həlli ilə bağlı “yağlı vəd”ini versə də, son anda verdiyi vədinə xilaf çıxır. Belə olan halda bir neçə dəfə onun qəbuluna düşüb problemlərinin araşdırılmasını istəyən sahibkara, maliyyə idarəsinə rəhbərlik edən şəxsin tapşırığı ilə mühafizə xidməti, Namiq Məmmədovun iş başında olmadığını bildirirlər. Baxmayaraq ki, idarə rəisinin iş başında olduğunu dəqiqləşdirən Qasım Məmmədov, onun qəbuluna düşmək istəsə də, “maliyyə şefi”nin oyun qaydaları, son anda onunla görüşməyə heç cür imkan vermir. Belə bir halların da yaşanması ona gətirib çıxarır ki, bu gün Gədəbəydə digər sahibkarlar kimi Qasım Məmmədov da, üzləşdiyi problemlərinin həlli ilə bağlı ayrı-ayrı instansiyalara müraciət etmək məcburiyyətində qalıb. Problemin varlığını diqqətdə saxlayacağıq.

Tariyel Bayramlı

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə Oqtay Əliyevlər problemi

    Gədəbəydə Oqtay Əliyevlər problemi ...

    21-12-2015, 13:41

  • 
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • Gədəbəydə sahibkarlar icra başçısının əməllərindən təngə gəliblər

    Gədəbəydə sahibkarlar icra başçısının ...

    8-02-2016, 21:32

  • 
  • Başçı və komandası saxtakarlıqla məşğuldur

    Başçı və komandası saxtakarlıqla məşğuldur ...

    28-06-2016, 18:55

  • 
  • Gədəbəydə icra başçısı yola salınır

    Gədəbəydə icra başçısı yola salınır ...

    14-04-2016, 00:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu