Eldar Əzizovun məmurları Sumqayıtda sahibkarları talamaqdan əl çəkmirləır
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və onun komandası hər gün bu şəhər sakinlərini qarşısı alına bilməyəcək bir üsyana sürükləyirlər. Kimsə buna inanmaya bilər. Amma hadisələrin gedişi bunu diktə edir. Hələliksə bu şəhərdə üsyan ərəfəsi tam sükut hökm sürür. Yazını çapa hazırlayan zaman Sumqayıtdakı mənbələrdən aldığımız bir məlumatda bildirilirdi ki, şəhər Polis Şöbəsinə bu yaxınlarda rəis müavini təyin olunan Süleyman Nehmətov da artıq soyğunçuluqda ciddi ad qazanıb. Ötən yazılardan birində qeyd etmişdik ki, rəis müavini öz adamlarını Corat qəsəbəsi ərazisində yerləşən obyekt sahiblərindən birinin yanına göndərərək onu yanına dəvət edib. Həmin sahibkar isə Nemətovun niyyətinin ondan pul qopartmaq olduğunu başa düşdüyündən dəvətdən imtina edib. Yerini möhkəmləndirən rəis müavini indi bütün sahibkarlardan, hətta küçədə göy satanlardan belə haqq yığdırmağa başlayıb. Bu haqda gələn yazıda bəhs edəcəyik. Əzizovun komandasının soyğunçuluq əməllərinə gəldikdə, bunu şəhərə yolu düşən hər kəs açıq-aşkar görür. Mərkəzdəön tutmuş şəhərin qıraq ərazilərinədək obyektlərin qarşısının “qara şüşə” ilə örtülməsi kampaniyası davam edir. Mart ayının 1-də icra hakimiyyətində fəalların iştirakı ilə keçirilən müçavirədə sökmə və pul yığıma kampaniyasının davam etdirilməsi sürəkli alqışlanıb. Bu isə o deməkdir ki, prezident İlham Əliyevin təxminən bir ay əvvəl icra hakimiyyəti başçılarına sahibkarların incidilməməsi ilə bağlı etdiyi xəbərdarlığı Eldar Əzizov vecinə almır. Onun bu davranışını dövlət başçısına saymazlıqdan başqa necə dəyərləndirmək olar? Bir daha qeyd edirik: Sumqayıt Azırbaycanda üsyan ərəfəsində olan şəhərlərdən bəlkə də birincisidir. Əzizovun və onun məmurlarının müxalifət partiyalarının yerli təşkilatlarına qarşı da repressiya tətbiq etdiyini nəzərə alsaq Sumqayıtda siyasi müxalifətlə soyulmaqdan cana yığılan sahibkarların, hətta Zaman və Nizami İsgəndərovlar kimi harınlamış sahibkarların əməlindən bezən icarədarların ayağa qalxması an məsələsidir. Bu yazı həm də prezident İlham Əliyevə bir müraciət kimi də qəbul oluna bilər. Bu, bəlkə də sonuncu xəbərdarlıq kimi də qəbul olunmalıdır...
“Şərq bazarı”nda
Əzizov Sumqayıta gələndən bəri şəhərin xeyli ərazisində obyektlərin interyeri alkoponlaşdırma siyasəti nəticəsində qara şüşə ilə örtülüb. Bu qara şüşələrdən obyektlərin içərisi çöldən görünməz olsa da, əməliyyatın arxasındakı qara niyyətlər bütün çılpaqlığı ilə görünəndir. Belə ki, Əzizovun sağ əli hesab olunan Memarlıq, Arxitektura və Şəhərsalma İdarəsinin müdir müavini “Hacı” Kamil Məmmədovun (onu tanıyanlar Məkkəni ziyarət edib bu titulu alan Məmmədovun əməllərinin nə dinə, nə də imana uyğun gəlmədiyini iddia edir və məhz “Hacı” titulunun dırnaqda yazılmasının daha doğru olduğunu iddia edirlər) alkoponlaşdırma üçün verdiyi layihə heç yerdə sənədləşdirilmir. Yəni “Hacı” Zaur adlı pul yığanı vasitəsilə sahibkarlardan qara şüşə üçün 15-20, bəzən 50-100 min manat məbləğində haqq alsalar da, layihə vermirlər. Deməli, bu prosesin özü qanunsuzdur. Digər tərəfdən, sahibkarlar layihə adı ilə pul verib sonrakı tikinti işlərini də öz hesablarına aparırlar. Beləliklə, onlar ikiqat soyulmuş olurlar. Soyulan, lakin işləri düyünə düşən 66 sahibkar “Şərq bazarı”ndadır. Bu bazardan söhbət düşmüşkən, Sumqayıtın ikinci böyük ticarət mərkəzi hesab olunan bu bazar ərazisi sanitar qaydalara əməl olunması baxımından tamamilə bərbad vəziyyətdədir. Bazarın ətrafındakı zibilxana həftələrlə təmizlənmir, bunun nəticəsində ora atılan zibil hətta yolu da kəsir. Yaranan üfunətin ətrafdakı insanlara necə mənfi təsir etdiyini hələ demirik. Amma nədənsə şəhər Sanitar və Epidomiologiya Stansiyasının rəhbərliyi bazarın rəhbərliyinə buna görə irad tutmur. İrad demiuşkən, belə görünür ki, “Şərq bazarı”nın sahibləri Rəşid Babayelə respublikanın keçmiş baş prokuroru Eldar Həsənovun bacısı Afər Həsənovaya bazardakı antisanitariyaya görə gözün üstdə qaşın var deyən yoxdur. Bu bir yana, adı çəkilən cütlük bazarın ərazisinə dəxli olmayan 66 sahibkarın başına sözün həqiqi mənasında oyun açanların cərgəsinə qoşulublar. Eldar Əzizovun alkoponlaşdırma kampaniyasının “Şərq bazarı”ndan yan keçməsinin səbəblərini araşdırdıq. Məlum oldu ki, burada daha çox oturan bazarın sahiblərindən biri Rəşid Babayev hələ ki boyun qaçıra bilir. Bəs bu ərköyünlüyün arxasında kim və nə durur? Bu suala cavab aramaqdan əvvəl qeyd edək ki, “Şərq bazarı”nın ətrfaındakı 66 mağazanın qapısı antisanitariya adı ilə möhürlənmişdi, istədikləri pulu alandan sonra isə möhürlər qopardılaraq “gedin işləyin” demişdilər. İndi Rəşid Babayevin və onun şərikinin arxasında kimlərin dayandığı məsələsinə qayıdaq. İlk növbədə belə qənaətə gəlmək olur ki, Eldar Əzizov birbaşa Rəşid Babayev və Afət Həsənovanı himayə edir. Yaxud onlar Azərbaycanın Macarıstandakı səfiri Eldar Həsənovun nüfuzundan istifadə edərək icra başçısını saymırlar. Qeyd edək ki, keçmiş baş prokurorun qardaşı Eldarın qardaşı Şahin Həsənovun da son vaxtlar bura tez-tez “Şərq bazarı”na gəlməsi Həsənovların nə qədər arxayın olduqlarını nümayiş etdirir.
“Hacı” Kamil axtarılır
Sumqayıtda hamılya məlumdur ki, Memarlıq, Arxitektura və Şəhərsalma İdarəsinin müdir müavini “Hacı” Kamil Məmmədov hətta bu idarənin rəhbəri Həsən Həsənovu saymayaraq məşhur pulyığan kimi ad qazanıb. Buna əyani sübut kimi bir gün ərzində adıçəkilən idarənin qarşısında yüzlərlə insanın “Hacı”nı axtarmasıdır. “Hacı” kimi onun pul aparıb gətirəni-böyük tikinti işlərinin danışıqlarında aparıcı rol oynyan Zaur bu gün böyük nüfuza malikdir. Çirkli pullar bu şəxsin vasitəsilə bəzi banklarda bandrollaşdırılıb birbaşa “Hacı”ya çatdırılır. Araşdırma zamanı bəlli olur ki, layihə bəhanəsilə kiçik obyekt sahiblərindən on minlərlə manat alınsa da, öz vəsatətləri hesabına olsa belə bu günədək çox yerdə inşaat işləri bəzi səbəblərdən tam yekunlaşmayıb. “Şərq bazarı”nda 66 sahibkarın başına gələni isə əsl hekayə adlandırmaq olar. 2012-ci ildə “Hacı”nın başçılığı ilə 66 sahibkarın mağazaları Sumqayıt Şəhər Sanitar Epidomologiya Stansiyasının direktoru Rafiq Məmmədovun, icra hakimiyyəti başçısının müavini Akif Quliyevin (Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşıdır), Memarlıq, Arxitektura və Şəhərsalma İdarəsinin bir neçə əməkdaşının, polis orqanları işçilərinin iştirakilə möhürlənmişdi. O zaman sahibkarlardan səbəbini soruşanda deyirdilər ki, onlara cəmi 16 kvadratmetrlik sahədə su-kanalizasiya, fəhlələr üçün soyunub-geyinmə otağının olmadığı haqqında şifahi xəbərdarlıq edilib. Amma bir neçə gündən sonra sahibkarlar danışıqlar aparanda ortaya çox böyük layihə pulu çıxmışdı. “Hacı” qorxmadan kütlənin içində hər bir mağaza sahibinə 5 min manat verəcəyini bildirmişdi. Həmin məbləğ 330 min idi. “Hacı” Kamil layihə adı ilə aldığı həmin pulun hara sərf olunacağı barədə suala kiçik bir arayış vermişdi: “1 kvadrat metri 140 manata bordur salınacaq, ərazi Üzeyir Hacıbəyov küçəsinədək asfaltlanacaq”. Fırıldaqçı “Hacı” hətta bəzi yerlərə daş da döşənəcəyini deyirdi. Uzun danışıqlardan sonra “Hacı” soyğunçuluq əməlində sağ əli hesab olunan Zaur vasitəsilkə sahiblkarlardan pulu toplamışdı. Xatırlasdaq ki, danışıqlar nəticəsində “Hacı”nın ilkin olaraq tələb etdiyi 5 min 3-ə endirilmiş və ümumlikdə sahibkarlar 200 min manat pul vermişdilər.
Nə qədər fırıldaqçı olsa belə Kamil Məmmədovun “Hacı” tituluna heç olmasa hörmət edəcəyini nəzərə alan sahibkarlar 2013-cü ilin ilk günlərində tikinti işlərini öz hesablarına başladılar. Lakin “Hacı”nın əlaltısı Zaur heç bir layihə olmadan tikinti aparırdı. Sahibkarlar dəfələrlə inadla layihəni soruşanda işin icrası tapşırılan Zaur təkidlə deyirdi ki, Kamil Məmmədovun tapşırığıdır, heç kəs mane oloa bilməz. Buna baxmayaraq indiyədək layihə olmadan görülən tikinti işi bir neçə dəfə bəzi qurumlar tərəfindən dayandırılıb. Məlum olur ki, bunun başlıca səbəbi sahibkarların aldadılmasıdır, yəni aparılan tikinti işlərinə heç bir rəsmi sərəncamın verilməməsi və ortada layihənin olmamasıdır. İndi ərazidə tikinti növbəti dəfə dayandırılıb. İşin icrası tapşırılan Zauru isə Sumqayıtda gördüm deyən yoxdur. Biz bunun da səbəblərinə aydınlıq gətirə bildik. Araşdırmamız zamanı məlum olub ki, Sumqayıtda sahibkarları, eləcə də sıravi insanları incidən, daha doğrusu onlardan bu və ya digər məsələlərə görə rüşvət yığan 150-yə yaxın irili-xırdalı məmurun adı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verilib. Bu səbəbdən adıçəkilən idarədə həmin siyahıdakı məmurlarla bağlı ciddi araşdırma aparılır. Sən demə, həmin “qara siyahı”ya “Hacı” Kamilin pulyığanı Zaurun da adı düşüb. Hətta bir mənbənin məlumatına görə, Zaur özü də yaxınlarına deyib ki, adı korrupsiyaçıllar siyahısına düşdüyündən var, bir müddət Sumqayıtdakı fəaliyyətindən qıraqda durmalıdır. Biz “Hacı” məsələsini niyə dönə-dönə gündəmə gətiririk? Dəfələrlə mətbuatda “Hacı” Kamil Məmmədovun qanunsuz pul yığımı haqda danılmaz faktlar sadalanıb, Sumqayıtda elə bir sahibkar yoxdur ki, Eldar Əzizovun bu yaramaz məmurunun yaramaz əməlindən ziyana düşməsin. Amma hər dəfə bu yazılar çap olunandan sonra “Hacı” ətrafındakılara deyir ki, “əşi, nə istəyirlər yazsınlar, biz onsuz da itədiyimizi alacağıq, arxamızda Eldar Əzizov kimi başçı dayanır”. Bu, nə deməkdir? Meydan oxumaq deyilmi? Görünən budur ki, belələrini prezidentin xəbərdarlıqlar da islah edə bilmir. Görəsən, prezident İlham Əliyevin Eldar Əzizovun Sumqayıtda sahibkarların başına açdığı bunca oyundan xəbəri yoxdurmu? Ola bilsin ki, prezident Əzizova hələ də inanır. İnanır ki, icra başçısı onun xəbərdarlığından nəticə çıxaracaq. Amma bizim gördüklərimiz, sahibkarların isə başına açılan oyunlar onu deməyə əsas verir ki, Əzizovu və onun soyğunçu komandasını yalnız üsyan süpürüb ata bilər... Əzizovun öhdəsindən dövlət başçısı gələ bilərsə, “Hacı”nın öhdəsindən hələ ki Rəşid Babayev gəlir. Daha doğrusu, Babayev sözün həqiqi mənasında ona meydan oxuyur. Bəlkə onun da niyyəti “Hacı”nı həbs etdirməkdir. Bunun üçün Babayevin tutarlı dəlili var. Bu isə 66 sahibkardan 200 min manat alınmasına baxmayaraq onların obyektlərinin həndəvərində aparılacaq alkoponloşduma üçün layihənin olmamasıdır. Hətta Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Rəşid Babayevin iddiası ilə layihənin olmadığını əsas gətirərək ərazidə tikinti işlərinin dayandırılması haqda qərar çıxarıb. Düzdür, deyilənə görə, “Şərq bazarı”nın ortağı həmin qərarın nverilməsi üçün müəyyən haqq da ödəyib. Ancaq fakt budur ki, 66 sahibkara bu günədək tikinti üçün rəsmi layihə verilməyib. “Hacı” Kamil isə sahibkarları aldadaraq, bəzən təzyiq göstərək aldığı pullar hesabına hazırda 130 min manatlıq xarici avtomobildə gəzir. Onun pul yığanı Zaurun isə avtomobilinin 70 min manat dəyərində olduğu bildirilir. Sahibkarlar çıxılmaz durumdadırlar. Onlar son ümid yeri kimi prezidentə müraciət edəcəklərini istisna etmirlər. Ən son məlumata görə, icra hakimiyyəti başçısının müavinləri Akif Quliyevlə Tariyel Hacıyev də bu məsələdə Rəşid Babayevi və onun şəriki Afət Həsənovanı himayə edirlər. Ötən yazılarda qeyd etmişdik ki, Akif Quliyev Eldar Əzizovun ən ciddi rəqibidir və hər addımda ona badalaq gəlməyə çalışır. Rəşid Babayevin müdafiəsi isə məhz icra başçısının əleyhinə düşünülən ssenaridir. Bu oyunda hələ ki sahibkarlar uduzurlar. Digər məlumata görə, Sumqayıt şəhər Polis İdartəsinin yeni rəisi Sahib Mirzəyev bu prosesdə sahibkarların tərəfində durubmuş. Onun bir müddət əvvəl tikinti gedən zaman heç kəsin mane olmamsı üçün əraziyə çevik polis alayıpnın əməkdaşlarını göndərdiyi də bildirilir. Ancaq Rəşid Babayev polis rəisini də saymayaraq yenidən məhkəməyə müraciəıt edərək növbəti dəfə təcili qərar çıxarılmasına nail olub. 66 sahibkarla bağlı düyünün nə vaxt açılacağı sirr olaraq qalır. Görəsən, bir neçə məmurun qarşıdurmasında 66 sahibkarın haqqını kim müdafiə edəcək? Prosesi izləməkdə davam edəcəyik. Bizi izləyin...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?