Təhsil şöbəsinin müdiri Fərhad Vəliyev maliyyə yoxlaması girdabında
gundemxeber.az Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Artıq 2 ildən çox müddətdir ki, Ağstafada təhsilin son dərəcə acınacaqlı bir vəziyyətdə olması yerli ictimaiyyəti təşviş içərisində saxlayır. Ayrı-ayrı vətəndaşların müxtəlif instansiyalara ünvanladıqları həyəcandolu məktub və ərizələrdə durumun son dərəcə gərgin həddə çatdığı bildirilir. O cümlədən, bir neçə gün öncə redaksiyamıza daxil olan məlumatlarda da Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri F.Vəliyevin yarıtmaz fəaliyyətindən və işində yol verdiyi ciddi qanun pozuntularından bəhs olunurdu. ...Müəllim ən möhtəşəm ehramları, ən uca minarələri ucaldıb yaradan memarlara bənzəyir. Lakin onun ucaltdığı sal daşlar deyil, canlı insanlardır. Diqqət etsək ən böyük rəhbərlərin, ən böyük ədib və şairlərin, sərkərdələrin, alimlərin ilk rəhbəri, elm yolunun nuru, ziyası müəllimlərdir. Həqiqi müəllim zəif uşaqda müsbət imkanı tapıb, onu işıqlandırandı. Heç də təsadüfi deyil ki, peyğəmbərlərin peyğəmbəri Məhəmməd Əleyihsalam “ziyalıdan nur saçmalıdı”demişdir. Böyük rus pedaqoqu Uşinski demişdir: “Pis şagird yoxdur, pis müəllim var”. Ötən əsrin əvvəllərində, əslən Sarablı olan, Azərbaycanda memar, tağbənd kimi tanınan Usta Qafar belə bir məsəl çəkərdi: “Uca minarələrin özülü əyri olarsa uçar”. Xüsusən ibtiadi sinif müəllimləri balaca şagirdlərin təlim-tərbiyə sahəsində ilk bünövrə daşlarını yaradanlardır. Bu daşlar nə qədər düzgün qoyularsa, şagirdin də təhsili və əxlaqı heç zaman əyilmədən ucalacaqdır. Bir il bundan öncə təhsil şöbəsinin müdiri daşıdığı vəzifəsindən azad edilsə də, yeni təyinat alan şöbə müdiri F.Vəliyev xələfinin əməllərini davam etdirməyə başladı. Çoxları elə başa düşürdü ki, F.Vəliyev Ağstafa təhsilinə yeni abu-hava gətirəcək. Amma deyəsən belə olmadı. Çünki, yeni müdir də iştahasını cilovlaya bilmədi. Maraqlıdır ki, bir az əvvəl daşıdığı vəzifəsindən uzaqlaşdırılan L.Batıyeva nə üçün vəzifəsindən azad edilmişdir? Səbəb, çox böyük ehtimalla L.Batıyevanın rüşvət girdabında cabalamsı idi. Görəsən, sabiq vəzifə sahibinin taleyini yaşamaq, Ağstafa Təhsil Şöbəsinin bu günkü müdirinə nə vaxt müyəssər olacaq? Axı bu gün ölkə rəhbəri səviyyəsində rüşvət və onu əmələ gətirən amillərə qarşı hamılıqla mübarizənin aparıldığı bir vaxtda, Ağstafa Təhsil Şöbəsinin müdiri hansı səbəbdən mübarizəyə qoşulmur və əksinə, hətta rüşvət faktorunun tuğyan etməsi üçün lazım olan şəraiti belə yaradır? Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır. Təhsil şöbəsinə müdir təyin olunmazdan əvvəl Ağstafa Şəhər 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışmış F.Vəliyev o zaman maliyyə maxinasiyaları ilə diqqəti cəlb edirdi. Müxtəlif üsullarla dövlət vəsaitinin mənimslənilməsində xüsusi məharət nümayiş etdirən F.Vəliyev arasıra bəzi “yeniliklərlə” şəhər sakinlərini təəccübləndirə də bilirmiş. Misal üçün, məktəb binasının “kosmetik” təmiri. Belə ki, görüntü yaratmaq xatirinə direktor məktəbdə təmir işləri aparmışdır. Qəzetimizi gündəlik izləyib oxuyan, bəzən bizə də müəyyən faktları yazmamaqda irad tutan məsul bir idarənin səlahiyyətli nümayəndəsi qeyd etdi ki, yazılarınızın “həqiqi qəhərmanı olan” Fərhad Vəliyev əvvəllər maşının ehtiyyat hissələri alveri ilə də məşğul olub. O, Rusiyanın avtomobil istehsal edən şəhərələrindən Azərbaycana onların hissələrini daşıyaraq bazarlarda satıb. Səlahiyyətli nümayəndənin söylədikləri, Ağstafa təhsilində baş alıb getmiş maliyyə pozğunluqlarını ört-basdır etmək üçün F.Vəliyev yoxlama zamanı 8 saylı Şəmkir Region Maliyyə Nəzarəti müfəttişliyi ilə “dil tapmasını” da təsdiq edir. Deyilənlərə o da əsas verir ki, sözügedən maliyyə yoxlaması Ağstafa Təhsil Şöbəsində apardığı yoxlamalar zamanı F.Vəliyev tərəfindən rayonun məktəb direktorlarının üzərinə qoyduğu 2000, 3000 bəzən də 5000 manat məbləğində “pul gətir” tələbi birbaşa nöqsanları gizlətmək üçün olub. Belə olmasaydı, Poylu qəsəbəsində yerləşən tam orta məktəbdə istilik almaq üçün rayonun bəzi məktbələrində olduğu kimi “fanta” qablarında yanacaq daşınmazdı. Özü də nisiyə... Ələddin Kəsəmənli İlham Hacalı
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?