İmişlidən olan YAP-çı dostumuz bildirdi ki, 2012-ci il İmişli YAP-çılarına bəla gəldi. Vilyam Hacıyevin ayağı bizə düşmədi. Abadlıq adı ilə əksər YAP fəalları, idarə, müəssisə rəhbərləri, icra nümayəndələri xırtdəyəcən borca düşdü. Bankları araşdırsalar əksəri kredit götürüb abadlığa "sərf etdirildi." V. Hacıyevin gəldiyindən 4 ay sonra Maliyyə İdarəsi rəisi R. Rəhimovun kabinetində dünyasını dəyişdi. Digər YAP İdarə Heyətinin üzvü MRX rəisi T. Mikayılovu iflic vurmuşdu, ərizəsini alıb yaxşı yol dedilər. YAP Heyət üzvlərindən biri H. Tağıyevi mədəniyyət rəisliyindən çıxartdılar. Hazırda Türkiyədə operasiya olunmalıdır. Onun torbasını xalaoğlular maliyyə bossu R. Rəhimov, Təhsil bossu R. Əmirov tikmişdilər. Mədəniyyətin mühasibi Süleyman bəy də bu iki bossun qohumlarıdır. Aslan Manafov adlı sahibkar MRX-nın qarşısındakı Zərifə Əliyeva adına parkın sotunu bir manata almışdı. V. Hacıyev gələndən sonra parkda olan qiymətli 400-dən yuxarı sayı olan ağacları kəsdirib, satırdı. Parkın 4 bir yanını hasarlatdı. İndi parkın sotunu 2500 manatdan həyatyanı torpaq kimi satır. Park mədəniyyət nazirliyinin balansında idi. A. Manafov Ziya Məmmədovun adamıdır. Mədəniyyətin balansında olan qiymətli aksesuarlardan tikilmiş, səs udan daşlardan hörülmüş kinoteatrı da su qiymıtinə özəlləşdirib. Ölkədə kinoteatrların təmirinə yüksək xərc ayrılsa da bu kinoteatr İmişlilərin mal-qaralarının həbsxanasına çevrilib. Örüş sahələrini isə karxanalara, bazara, yanacaq doldurma məntəqələrinə çeviriblər. Karxanalardan yalnız mafiozlar xeyir görür. Bəldiyyələr isə onlardan ancaq toy pulu 20-50 manat ala bilirlər. İmişlidə 40 karxana var. Görən Vergilər Nazirliyi DSMF-yə vergi ödənilir mi? Çaxırlı kəndindən şəhid atası Cəfərov Əkbər qəzetimizə şikayət edib ki, 1977-ci ildən 17 saylı yol tikinti idarəsində mexanizator işləyib. 2000-ci ildə YTİ-ni özəlləşdirblər. 6 saylı YTİ MMC kimi qeydə alınıb. Orada işləyən 96 nəfərin özəlləşdirmə payını da yığıblar. Hələ də bu günə qədər bir manat almamışıq. 2007-ci ildə bildik ki, bizləri 47 "c" maddəsi ilə işdən azad ediblər. İdarə isə qaz vurub, qazanc doldurur. Karxanalar da onlara işləyir. 2 ildir Biləsuvar-İmişli maqistral yolunun həmin YTİ MMC guya çəkir. 62 km məsafəyə 52 milyon manat ayrılıb. Amma işin 30% görülməyib. Şəhid atası Əkbər Cəfərov prezidentə də şikayət edib. Oğlu Qarabağ müharibə iştirakçısı Yadigar Cəfərov İqtisad Məhkəmələrinə qəzalı evindən şikayət etsə də hər dəfə FHN-dən E. Əsədov, 01 mart 2013-cü il Fəxrəddin Sadiqov cavab yazlblar ki:"Dövlət aktlarında sizin eviniz haqqında məlumat olmadlğından tərəfimizdən hər-hansı tədbir görülməsi mümkün deyil." Nə yaxşı ki, yazmırlar ki, siz bu ölkənin vətəndaşı deyilsiz. Məmurlar vətəndaşı ağlasığmayan surətdə dovlətdən narazı salıb. Məhkəmələrə şikayət edən sel köçkünü 81 yaşlı YAP ağsaqqalı Sahib Dəmirov YAP üzvü şəhid ailəsi Bəxtiyar Qəhərmanov, Yaqub Qəhrəmanov, seyid övladı Babaşov Məhiyyəddin 13-16 mart 2012 -ci il aclıq aksiyası keçirmiş, aksiyanı bütün KİV-lər işıqlandırmışdı. Artıq 1 həftədir ki, Babaşov Məhiyyəddin dünyasını dəyişib. Bu dünyadan dərdli getdi. 81 yaşlı Sahib Dəmirov isə paraliç xəstəsidir. Şirvan İnzibati İqtisad Məhkəmələrində 61 nəfər İmişlili yollarda yorğun qalıb. Sonu gözləyirlər. Sonda Avropa Məhkəməsinə qədər gedəcəklər. Bu dəfə şikayət edənlər YAP-a talelərini bağlamış kəslərdir. YAP-ın heyət üzvü Mirqoca Mirişovu V. Hacıyev haqqlı olaraq sələmə salıb. V. Hacıyev oğru müdirlərə qarşı səlib yürüşünə çıxıb. İmişlilərin çörəyini yeyib, xoşbəxt olan kimsəni görməmişik. SSRİ vaxtı KP.MK birinci katibi olmuş N. Kərimovun Qubada ləzgi qardaş qulağını kəsdi. Başçı Əli Məmmədov ağır şəraitdə dünyasını dəyişdi. Sonrakı başçı Vidadi Quliyevin 3 metr bağırsağı kəsildi. Sonrakı 8 il olan başçı Ə. Ağayev ağır xəstəliyə yoluxub. Mədəniyyət idarəsinin boş rəis yerinə 7 namizəd var. Biri də xalaoğluların digər xalasıoğludur Ş. Əliyev. V. Hacıyev onu RİH-nin sosial və iqtisadi məsllər üzrə müavinliyindən çıxarmışdı. Həmin müavin kreslosunda deyəsən cadu var. Həmin kresloda 5 il əyləşən İmişlilərin sevdiyi insan Vilayət Məmmədov müəmmalı sürətdə Bakıda dünyasını dəyişmişdi. Sonra Səfa Ağayev 2 il işləyib, güclə birinci müavinliyə dəyişdi, sonrakı müavin V. Əliyev iqtisad elmlər namizədi olsa da, onu poçt rəisliyinə endirdilər. Bu da YAP-ın alimə xeyiri. Onu əvəzləyən isə dəfələrlə vəzifələrdən qovulan Saleh Səmədov 11 ay işlədi. O Nafatalan Başçısın da müavini işlyəndən sonra qovulmuşdu. 8 ay Məşğulluq İdarəsinin tramplin kimi rəislinə gəlib, sonra birinci müavin oldu. Böyük iqtisadi imperiyası İmilidə spirt-sok zavodu, Kral şadlıq sarayı, Kral çay evi, fermaları, iri torpaq sahələri, Bakıda böyük mağazalar şəbəkəsi olan S. Səmədov Standartlaşdırma və Paten İdarəsinin Sabirabad regional şöbəsinə rəis təyin edilib. Görən rəisliyi dövründə öz spirt zavodunun Depo məhlləsinə Cəfərli və Oruclu kəndlərinə verdiyi üfunətli iyi təbiət və ekologiyaya vurduğu zərərin standartını ölçə biləcəkmi? Şaiə gəzir ki, S. Səmədov başçı olmaq üçün tramplinə gəlib. 2 ayda 300 tirajla çıxan qəzetçiklərdən biri nəinsə qarışılığında S. Səmədovu mədh edərək, Sprut filminin qəhrəmanı Komissar Kataniyə bənzətmişdi. S. Səmədov görən bilirmi ki, K. Kataninin qızı oğurlanmış, arvadı zorlanmış, özü isə mafia ilə mübarizə aparan polis olub. Motosikletçi killer dəstəsi tərəfindən sürəkli atəşlərlə öldürülüb. İraq olsun Saleh Səmədov. Bu qədər var-dövlət vəziflərlə sənin K. Kataniyə oxşamaq axı nəyinə gərəkdir? K. Katani elə sənin kimilərlə mübarizə aparıb-dedi YAP-çı dostum. Mikel Plaçido bu əcaib qəzetinin yazısını oxusa dəli ola bilər. V, Hacıyev YAP pərdəsinə bürünmüş oğruları razborkaya çıxarmaqda haqqlı idi. Amma hamısını yox də. Seçkilərdə, saxtakarlıqda usta olan oğru usatlar kimi həkim müəllimlər və qeyriləri bu aqibəti yaşamalı idilər. Ölkəmiz balaca ölkədir. Kimin nəyi var, kim necə nəfəs alır, kimin qazancı nə qədərdir iqtidardakılar gözəl bilir. Vaxtı çatanda cəzalandırılır. Yolları hələdə bərbad, toz-torpaq olan, küçələri zibillə dolan, mağazaların nisyə dəftərləri ilə dolanşığını sürdürən 90% banklara kredit borca düşən, həkimə getməyə dərman almağa pul tapmayan İmişlilərin Novruz Bayramı mübarək. Qazancından imkansız, kimsəsiz, aylarla qazanı qaynamayan sakinlərin əlini tutanların da bayramı mübarək. Arzu edək ki, bu bayram xalqımıza sülh, əminamanlıq, iqtidarla xalq arasında barış gətirsin. Və sonda Henri Toronun kəlamı ilə yazını bitiririk. Avtoritar rejimlərə taleyini bağlayanların sonu rüsvayçılıqdır. Arzu edək ki, iqtidarımız avtoritar rejimdən üz çevirib, dinc inqilaba start götürsün.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?