Sumqayıt Dövlət Universitetinin tələbələri və müəllimləri təşkil etdikləri Rüşvətsiz Təhsil Hərəkatı və Korrupsiyaya qarşı Mübarizə qrupundan prezident İlham Əliyevə, Milli təhlükəsizlik Naziri E.Mahmudova, Daxili işlər naziri R.Usubova, Maliyyə Naziri Samir Şərifova, Respublika Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə idarəsinə müraciət ünvanlanıb. Bir nüsxəsi də redaksiyamızın elektron poçtuna göndərilən müraciətdə SDU rəhbərliyə qarşı səslənən ittihamları diqqətinizə təqdim edirik: “SDU-da rüşvətxorluq və korrupsiya tüğyan edir. Adamlar işə rüşvətlə götürülür. Texniki işçilər 3000-5000 manata, müəllim və dosentlər 5000-10000 manata. Dekanlar 20-25 min manata. Kafedra müdirləri 5-15 min manata. Və buna rəğmən Süni kafedralar yaradılır, laboratoriyalar yaradılır. Guya Təhsil Nazirliyinin 1646 sayli 2010 tarixli əmri ilə 2010-cu ildə yaradılmış Tətbiqi kimya üzrə elmi tədqiqat laboratoriyasını. Hansı zərurətdən yaranıb? 5 nəfər işçi buraya necə götürülüb? Orada hansı problem həll edilib və ya edilir? Təlim tərbiyə işləri üzrə prorektor Nizami Namazov 2008 –ci ildən SDU-da işləyir. Heç 5 ili tamam olmayıb. O, universitetin 50 illiyinə görə “Tərəqqi” medalı alir, burda 40 ildir işləyən (Riyaziyyatın tədrisi metodikası kafedrasında) Cəbrayıl müəllim və digərləri kənarda qalır. Cəbrayıl müəllim həm yaşlı, həm də səhhəti problemli adamdir. Belə şeylər ona mənəvi təsir edir. Nizami müəllimin yaxşı biznesi və pulu var. Büyük maddi imkanı var. Cəbrayil müəllim sadə və kasıbdır. Elə ona görə də 35 min manat pulunu alıb elmi dərəcəsi olmadan (indi o müdafiə edib, təzə b.e. üzrə fəlsəfə doktoru olub), digər potensiallı adamlar kənarda qoyub onu prorektor qoydu. Götürək kafedraları: ştatlar əsassız şişirdilərək kafedralar yaradılır , pul yığıb müdir və işçilər təyin edilir. Riyaziyyatın tədrisi metodikası kafedrasında 4 müəllim (birinin elmi dərəcəsi var) 2 köməkçı heyət, Coğrafiya kafedrasında 5 müəllim, 4 köməkçi heyət var. Burada 1 professor Ş.Göyçaylı işləmir, adı SDU-da olsa da, dərslərini laborantlar keçır. Azərbaycan dili və türkologiya kafedrasında 7 nəfər, 5 köməkçi heyət guya var. Onlardan 2 professor Nizami Cəfərov və C .Cəfərofun adı burda olsa da, faktiki olaraq onlar dərs keçmirlər, onlarin dərslərini laborantlar keçir. Gəlin, tələbələrində soruşun görün bu müəllimlərini tanıyırlarmı? Azərbaycan tarixi kafedrasında 4 nəfər müəllim, 2 tədris köməkçisi var. Mühasibat uşotu və audit kafedrasında 6 nəfər var, 1 professorun adı var, özü yox... Zoologiya kafedrasında 5 nəfər calışır və bu kafedra botanika kafedrası ilə birgə fəaliyyət gostrə bilər. Tibb hazırlığı kafedrasında 4 müəllim çalışır. 2 köməkşi heyət Kafedra müdirinin elmi dərəcəsi belə yoxdur. Bu kafedrada tələbələrə xəstəxanalarda təcrubə yazılır və bura tələbələrdən ən çox pul yığılan kafedralardan biridir. Nadir Qəhrəmanov SDU-ya rektor gələndən sonra Kimya kafedrasını bölüb ümumi və qeyri üzvü kimya kafedrası yaradıb qardaşı Rəşid Qəhrəmanovu kafedra müdiri təyin etdi. Bu adam dərs kecə bilmir, onun dərslərini ya kafedranın müəllimləri ya da laborantlar keçir. Kafedrada 10 müəllim olsa da, onların 4 ü yarım ştatdir . Məsələn, Telman müəllim 75 yaşli Universitetin Həmkatlar ittifaqının sədridir, Əntiqə Seyidova ( Səməd Seyidovun qohumudur deyə savadı olmasa da ) tələbə şöbəsinin müdiridir, Kamal müəllim Aspirantura şöbəsinin müdiridir, Suleyman müəllim Kimya-biologiya dekanının müavinidir. Bunlarin hamısının rektorun qardaşı Rəşidin kafedrasında işləmələri təsadüfi deyil. Rəşid müəllim həm Fəxri rektordur, hamı qorxusundan ona baş əyir . Kimin nə işi varsa, ona müraciət edir. Əsas pul yiğandır”. Onu da bildirək ki, müraciətdə kifayət qədər ciddi faktlar yer alıb və bunlarla bağlı olaraq araşdırmalara başlamışıq. Qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?