GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Özünəyadlaşmanın tarixi səbəbi

Özünəyadlaşmanın tarixi səbəbi

Tarix: 9-04-2013, 11:26 Bölmə :Ölkə Baxış: 660
Özünəyadlaşmanın tarixi səbəbi

Türkün yaratdığı nizam bir zamanlar başqalarını başqaların
özünə bənzədirdi, indi türkün bəşəri əməlsizliyi özünü özgələrə bənzədir


Azərbaycanda qeyri-milli, eləcə də antimilli təbliğatlar sürətlə işə keçir, ancaq milli təbliğatların etkisi ya yoxdur, ya da çox az hiss olunur. Bu gün toplumu özgələşməyə şirnikdirən təbliğatlar arasında yeni bir fikir də yayılmaqdadır. Son dövrlər ictimai fərdlərdən, eləcə də sadə insanlardan belə bir fikri tez-tez eşitmək olur: “İkinci dünya savaşında Bolşevik Rusiyası deyil, almanlar qalib olsaydı, Azərbaycan indi ən inkişaf etmiş ölkəyə çevrilmişdi, sosial problemlər də aradan qalxmışdı”. Çox qəribə faktdır, hər kəs də buna ciddiyyətlə inanır. Ən qəribəsi də odur ki, hər kəs eşitdiyi bu fikri özünün qənaəti kimi deyir. Sanki bu fikir deyildiyi anda onun ağlına gəlib. Əlbəttə bu hal ölkədə yaradılan ümumi halın və oturuşmaqda olan təbliğatın göstəricisidir. Şirin əsarət axtarmaq insanların qeyrətinin kəsərsizliyini göstərir. Ümumiyyətlə, əsarətdə xilas axtarmaq, inkişaf görmək, firavanlığın olacağına inanmaq iki cəhətdən düşündürücüdür: Birinci cəhət odur ki, ölkənin milli idarəetməsi mütləq sıradan çıxıb və insanlar ədalətin, qanunun təminatına ümid bəsləmirlər. Eyni halda ölkənin gücünə, gələcəyinə inanmırlar. İkinci cəhət də ondan ibarətdir ki, vətən və dövlət insanların gözündən düşüb. Ona görə də onlar maddi və sosial həyatın narahatlığını qıraqdan gələn təsirlərdə axtarırlar. Belə bir istəyin arxasında qlobal əsarətin oturuşa bilməsinin təhlükəsini düşünmək belə, istəmirlər. Əslində bu iki cəhətin hər biri iç-içə məsələlərdir, bir-biri ilə mərhələ təşkil etmir.
Bəs səbəb nədir?! Əslində bir çox düşünərlər səbəbi birbaşa indiki hakimiyyətin yarıtmazlığında axtarırlar. Bu axtarış səhv deyil, ancaq bu axtarışla məhdudlaşmaq səhvdir. Baxın, bu hakimiyyət parçalanmış, dağılmış, cılızlaşmış bir toplumun üzərində özünəyarar idarətmə qurub və talançılıqla məşğuldur. Ancaq bizə görə toplumun özgələşməyə meylini şərtləndirən səbəblər daha dərindədir. Həm də bu səbəblər təkcə bizim toplumumuzla bağlı deyil, ümumilikdə türk toplumunun etnik mahiyyətiylə bağlıdır. Bu səbəbdən millətlə bağlı ortaya gələn fikirlərin məsuliyyəti çox böyükdür. Bunu, milləti öz gözündən salmağa çalışanların təbliğatına uyanlar da hesablamalıdır, milləti özü üçün tərifləyib mənasız arxayınçılıqlar yaradanlar da. Ancaq bu tendensiyaların hər ikisi zərərli olsa da, bunlardan öyrəniləsi ciddi məqamlar var. Millətsevər insanlar bu cəhətlərin hər ikisini doğru təhlil edib öyrənməklə çaşqınlıqların təsirini azaltmağa qulluq göstərmiş olarlar. Gəlin, bu cəhətləri izah edən ayrı-ayrı faktları misal göstərək. Birinci cəhətin təmsilçiləri ən çox nəyə diqqət çəkirlər?! – “ Bu millət içində toparlanıb birlik yarada bilmir. Bir-birini aldadır, satır, sıradan çıxarır; mənəmlik ehtirası güclüdür; öz mənafeyindən başqa heç nə görmür; başqasının hesabına varlanmaq, yüksəlmək xarakterindədir; qanunsuzluğa meyil edəndir və b.k.”. İkinci cəhətin təmsilçiləri isə deyirlər ki: “Bu millət humanist, tolerant keyfiyyətlərə malikdir; qonaqsevərdir, öz evində qonağı başda oturdandır, başqa etnik toplumlara üstdən aşağı münasibət bəsləmir, əksinə, özündən üstün münasibət bəsləyir; Çox dözümlüdür, genişqəlblidir və b.k.”. Əslində bu təyinatların heç biri səhv deyil. Ancaq bu deyilişlərin hər biri ayrı-ayrılıqda nədəni açılmadan sərgilənəndə, əvvəldə vurğuladığımız kimi, zərərli olur. Bu deyilişlərin arxasında duranlar ayrı-ayrılıqda özlərini haqlı sayırlar. Bununla belə, bu haqlılığın zərərləri onu deyənləri haqsızlaşdırır. Birinci fikirdəki toplumsal qüsurlar beyinlərə milləti gözdən salmaq faktı kimi yeriyir. Hətta toplumun milli mahiyyətində deyil, xarakterində oturuşmuş qüsurları qabağa verib “dəyərlərin yenidən qiymətləndirilməsi” kampaniyaları həyata keçirirlər. Bununla da milli dəyərləri gözdən salıb “əsarətin dəyərləri” ni gözə mindirirlər. İkinci münasibətdə səslənən fikirlər isə, əsasən birinci münasibətə qarşı yönəlir (ondan az iş görsə də). Təbii ki, dəyərlərin qorunması gərəkdir. Ancaq gerçəklikdə zəmini olmayan, əsaslandırılmamış fikirlər dərin iş görmür, daha çox arxayınçılığa xidmət edir. Toplumda mənasız arxayınçılıq isə milli var olmağa əngəl yaradır. Bu səbəbdən də topluma mahiyyəti və xarakteri etibarilə bütöv yanaşmaq gərəkdir.
Yəni, milli kimliyimizi doğru qiymətləndirmək üçün etnos mahiyyətimizi prinsipial cəhətdən öyrənmək tələbi çıxır qarşıya. Bu gün artıq elmi araşdırmalar da sübut edir ki, qədim Şumer mədəniyyəti türk etnosuna bağlıdır. Deməli, bəlli sivilizasiya türkün mahiyyətinin bütövlüyünü, genişliyini nişan verir. Bir sıra tarixi xalqların mədəniyyətinin formalaşmasında, inkişafında türkün özəl etkiləri olmuşdur. Çünki ilk sivilzasiya - ilk mədəniyyət, ilk dövlətçilik, ictimai kuralların birgəyaşayışı təmin edən nizamları Şumerdən başlayır. Deməli, türkün bəşəri nizam yaratmaq görəvi mahiyyətindən irəli gəlir. Özünə sığmamaq, dünyalaşmaq, dünyada insani nizam yaratmaq - türkə xas olan böyük bir şərəf yüküdür. Özlərini ari sayan, ali bilən xalqların üstün cəhətlərini kölgələmək, aşağılamaq niyyətimiz yoxdur. Əslində üstün saymalar pis deyil, toplumu öz gözündə ucaltmaq, özünə inandırmaq məqsədi güdüb. Ancaq nə yazıqlar ki, sonralar toplumu öz gözündə ucaltmaq meyilləri dünyaya ağalıq etmək istəkləri ilə əvəz olunub. Türkdə isə ən çox dünyagirlik deyil, dünyasevərlik özünü göstərir. Bu, onun inanclarında açıqca təsdiqini tapıbdır. Göytanrıçılıq, Panteizm, İşıqçılıq, Xürrəmdinlik, Hürufilik inancları ciddi tarixi faktlardır.
Bəs bu deyilənlərin səbəblə nə əlaqəsi var?! Əvvəldə dedik ki, toplumun özgəliyə meyil etməsinin səbəbi bütövlükdə türkün etnos mahiyyətiylə bağlıdır. Onu da vurğuladıq ki, türk dünyaya xilas gətirmək görəvi daşıyır. Ancaq bugünkü gerçəklik türkün özünün əsarətdə olmasına şahidlik edir. Bunun da əsas nədəni odur ki, türk böyük sivilizasiya yaratdı, böyük mədəniyyət yaratdı, böyük tarix yaratdı, ancaq yazılı tarixini, yazılı mədəniyyətini yaratmadı. Nəticədə ondan bəhrələnənlər onun özünü danmağa, kiçiltməyə girişdilər. Türkü özünə bağlayan, bir araya gətirən sistem olmadı. İdarəetmə strukturu pozuldu, özümləşmə strukturu pozuldu. Qollara bölündü, bütövlüyü dağıldı, içinə əsarət yeridi. Bu gün də özgələşməyə meyil, əslində Dünyalaşmaq qüdrətinin təhrif olunmuş təzahürüdür. Türkün dünyasevərliyi, dünyalaşması - dünyaya inteqrasiyası deyildi. Dünyaya inteqrasiya Dünyalaşmaq deyil, dünyanın içində ərimək, özgələşməkdir.
Şumer əsilliyi, yəni dünyaya mədəniyyət vermək, xilas gətirmək əməli aradan getdiyi üçün türkün özünəyadlaşma meyli güclənibdir. Türkün yaratdığı nizam bir zamanlar başqalarını başqaların özünə bənzədirdi, indi türkün bəşəri əməlsizliyi özünü özgələrə bənzədir. Bu səbəbdən də öz içində dəyərləri tanımaq, özümləşmək, dünyaya münasibətini dəyişmək, hesab edirik ki, türkün yeni görəvi olmalıdır.

Soylu Atalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan əyilməz, türkün beli bükülməz"

    "Azərbaycan əyilməz, türkün beli ...

    10-11-2015, 16:29

  • 
  • Müxalifətlə iqtidarın seçki dərdi

    Müxalifətlə iqtidarın seçki dərdi ...

    8-01-2013, 10:08

  • 
  • Köçəryan deyir ki, qarabağlılar erməni deyil

    Köçəryan deyir ki, qarabağlılar erməni deyil ...

    20-01-2013, 13:21

  • 
  • “Bu görüş ABŞ-ın İlham Əliyevə olan etimadının göstəricisidir” - Siyasi şərhçi

    “Bu görüş ABŞ-ın İlham Əliyevə olan etimadının ...

    1-04-2016, 01:37

  • 
  • Siyasi dünyanın ermənisi

    Siyasi dünyanın ermənisi ...

    11-03-2013, 10:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu