GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DYP-NİN MƏŞUR İSMİ MÜŞFİQ RƏHİMOVUN ABBAS ABBASOVLA ORTAQLIĞI ÜZƏ ÇIXIB

DYP-NİN MƏŞUR İSMİ MÜŞFİQ RƏHİMOVUN ABBAS ABBASOVLA ORTAQLIĞI ÜZƏ ÇIXIB

Tarix: 7-04-2016, 14:34 Bölmə :Ölkə Baxış: 0
DYP-NİN MƏŞUR İSMİ MÜŞFİQ RƏHİMOVUN ABBAS ABBASOVLA ORTAQLIĞI ÜZƏ ÇIXIB

2012-ci ilin ortalarından başlayaraq, ta günümüzədək, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi bütün kritik situasiyalarda bir nəfərin – Baş nazirin sabiq müavini Abbas Abbasovun adı qabarıq şəkilidə üzə çıxıb.
Azinforum.az Azpolitika.infoya istinadən bildirir ki, sanki, cəmiyyətə təsiretmə imkanına sahib hansısa gizli bir ələ lazım olub ki, sabiq baş nazir müavininin adı mövcud hakimiyyətə ən real alternativlərdən biri kimi təqdim edilsin. İnsafən, Abbas Abbasovun keçdiyi yol və malik olduğu əlaqələr də bu imicin möhkəmlənməsində az rol oynamayıb – adam siyasətdə və dövlət idarəçiliyində kifayət qədər bişmiş, Azərbaycanın daxilində və xaricində olduqca geniş biznes-siyasi-kriminal əlaqələrə və yetərincə maddi kapitala sahib nüfuzlu, təcrübəli şəxsdir! Təkcə 2012-ci ilin sonlarında – 2013-cü ilin prezident seçkiləri öncəsi yaradılan “Milyarderlər İttifaqı”ndakı (Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı) fəaliyyəti ilə Abbas Abbasov sübut edə bildi ki, o, istənilən zaman Putin Rusiyasının əlində Azərbaycan hakimiyyətinə qarşı ciddi bir silaha – real siyasi alternativə çevrilə bilər…
Budur, Prezidentin ABŞ səfərindən sonra Azərbaycanın Qərblə yaxınlaşma meyli azacıq nəzərə çarpan kimi, son günlər Abbas Abbasovun adı yenidən ölkə siyasətinə transfer edilməkdədir… Və yenə də hakimiyyətə əsas iddiaçı qismində!
Belə ki, “Azpolitika.info”ya Rusiyada yaşayan çox nüfuzlu soydaşlarımızdan birinin verdiyi məlumata görə, son günlər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət Rusiyadakı azərbaycanlı diaspora arasında da ciddi fəallıq və ikitirəlik yaradıb. Daha çox sabiq baş nazir müavininə yaxın şəxslər azərbaycanlılar arasında fəal təbliğat apararaq, bu vəziyyətin Rusiyanın bölgədə nüfuzunun artmasına gətirib çıxaracağından, ötən ilin yayında buraxılmış “Milyarderlər İttifaqı”nın fəaliyyətinin yenidən bərpasına zərurətin olduğundan və hətta Abbas Abbasovun baş nazir gətirilə biləcəyindən danışmağa başlayıblar…
İşin daha maraqlı tərəfi isə odur ki, mənbəmiz Abbas Abbasovun təkcə Rusiyada deyil, son vaxtlar Azərbaycanın daxilində də təşkilatlanmaya cəhd göstərdiyini iddia edir. Onun söylədiyinə görə, Abbas Abbasova bu işdə əlaltdan dəstək verənlər sırasında yaxın qohumu olan ortağı – 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın siyahısından çıxarılmış sabiq deputat, “Diplomat-1” şirkətinin rəhbəri Aslan Cəfərov da var…

DYP-NİN MƏŞUR İSMİ MÜŞFİQ RƏHİMOVUN ABBAS ABBASOVLA ORTAQLIĞI ÜZƏ ÇIXIB

Qeyd edək ki, mənbəmiz Aslan Cəfərovla bağlı indiyədək bilmədiyimiz bəzi faktları da diqqətimizə çatdırdı. Sən demə, Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicisi imiş!
Mənbəmizin söylədiyinə görə, Abbas Abbasovun Aslan Cəfərova olan bu etimadı onun hansısa xüsusi qabiliyyətə malik olmasından deyil, çox yaxın qohumçuluq əlaqələrindən qaynaqlanır. Belə ki, mənbəmizin iddiasına görə, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında “Buta” sarayında çox dəbdəbəli şəkildə həyata keçirilib… O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb…
Maraqlıdır ki, Abbas Abbasov kimi nəhənglə qohumluqdan sonra Aslan Cəfərovun da “ulduzu” parlamış və bu biznesmen 2010-cu ildə – 37 yaşında 77 saylı Astara seçki dairəsindən deputat da seçdirilmişdi. Ancaq Abbas Abbasovun son 3 il ərzindəki məlum fəaliyyəti 2015-ci il seçkilərində Aslan Cəfərovun da hakimiyyət tərəfindən qələminin qırılmasına gətirib çıxarmışdı…
Hazırda Aslan Cəfərovun biznes fəaliyyətini daha da genişləndirdiyi və tez-tez Moskvaya – Abbas Abbasovla görüşə gedib-gəldiyi də xüsusi vurğulanır.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Aslan Cəfərovun qohumları və iş ortaqları sırasında adı media aləmi üçün çox yaxşı tanınan başqa bir maraqlı isim də var – Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov! Bu, o Müşfiq Rəhimovdur ki, media uzun müddətdir onun Lənkəranda dəyəri milyonlarla ölçülən “Xəzər Palase” adlı hotel-restoran tikdirdiyini yazır. Bizə ötürülən siyahıda isə bu obyektə də şəriklikdə Abbas Abbasovun ortağının – Aslan Cəfərovun payının olduğu vurğulanır…
Hazırda cənub zonasında fəaliyyət göstərən və tikilməkdə olan xeyli restoran və mağazaların adının salındığı bu siyahının Aslan Cəfərova və Müşfiq Rəhimova nə dərəcədə aidiyyətinin olub-olmadığını araşdırırıq…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mahir Abdullayev işində Abbas Abbasov adı

    Mahir Abdullayev işində Abbas Abbasov adı ...

    25-12-2012, 12:59

  • 
  • Abbas Abbasova təzyiqlər artır

    Abbas Abbasova təzyiqlər artır ...

    9-12-2012, 12:41

  • 
  • Abbas Abbasov prezidentlə görüşdü

    Abbas Abbasov prezidentlə görüşdü ...

    26-12-2012, 19:33

  • 
  • Abbas Abbasovun oğlu Bakı aeraportunda saxlanılıb?

    Abbas Abbasovun oğlu Bakı aeraportunda saxlanılıb? ...

    27-08-2018, 12:34

  • 
  • Abbas Abbasov siyasi burulğanda

    Abbas Abbasov siyasi burulğanda ...

    8-12-2012, 10:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu