Əsgər yoldaşını öldürən kiçik çavuş avtomat silahını da göstərək hərbi hissəni tərk etdi
Son vaxtlar hərbiçilər arasında baş verən cinayətlərin bir çoxu ictimayyətdən gizlədilir. Açıqlanan cinayətlər isə yarımçıq halda olur. Bildirilir ki, son illər hərbi cinayətlərin sayı iki qat artıb. Əsasəndə
hərbi hissələrdə baş verən qətl hadisələrin gizlədirilir. Bu gün söbhət açacağımız cinayət işi məhkəmə sənədlərinə əsasən hazırlanıb.
Ağdam rayonunun Baharlı qəsəbəsində qeydiyyatda olan Mahir Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonunda yerləşən “N” saylı Hərbi Hissəsində kiçik çavuş rütbəsində, manqa komandiri vəzifəsində xidmətdə olub.
Mahir Məmmədov 5 noyabr 2014-cü il tarixdə, saat 19.00-dan 6 noyabr 2014-cü il tarixə saat 19.00-a kimi hərbi hissənin ərazisində təşkil edilmiş qarovul naryadına dəyişdirici təyin edilib. O, noyabrın 5-də, saat 18.30 radələrində qarovul məntəqəsinin həyətində onunla birlikdə qarovula saatdar kimi təyin edilmiş əsgər Adil Musayev ilə görüşüb.
Mahir Məmmədov Adilin mütəmadi olaraq əsgərlərin yanında ələ salmaq niyyəti ilə onun verdiyi komandalara gülərək, iradını bildirdiyinə, ona 20 manat vermədiyi təqdirdə əsgərlər arasında təhqiredici söz hesab olunan “peysər» çıxarılmasına nail olacağına, buna görə Adil Musayevdən üzr istəməsini, əks halda onu vuracağını bildirib.
Adil Musayev ondan üzr istəməkdən imtina edib. Bundan sonra mahir Məmmədov qisas almaq niyyəti ilə onu posta apararkən öldürmək qərarına gəlib.
Bu niyyətini həyata keçirmək üçün Mahir Məmmədov həmin gün saat 20.50-də 2-ci növbənin saatdarları Adil Musayevi, Gəncəli Əlizadəni və Nicat İlyaszadəni müvafiq olaraq təyin olunduqları 5, 6 və 7-ci postlara aparmaq üçün qarovul məntəqəsindən çıxarıb. O, 5-ci post istiqamətində təxminən 295 metr hərəkət etdikdən sonra hərəkət cığırından sola çıxaraq geriyə dönüb və xidməti istifadə üçün ona təhkim olunmuş “AKM-74” markalı avtomat silahı atəşə yararlı vəziyyətə gətirib. O, öldürmək məqsədi ilə silahlı 3 metr məsafədən
Adil Musayevin baş nahiyəsinə tuşlayıb və atəş açıb. Silahdan açılan atəş nəticəsində Adil Musayev hadisə yerində ölüb.
Mahir Məmmədov Adil Musayevi öldürdükdən sonra hərbi hissənin hasarından aşıb və xidmət yerini özbaşına tərk edib. O, yalnız hərbi hissə daxilində qarovul xidmətinin aparılması və xidməti istifadə üçün ona verilmiş avtomat silahlı, həmçinin soyuq silah olan bir ədəd süngü bıçağıda özü ilə aparib.
Mahir Məmmədov gecəni ətraf ərazidə gizlənib və noyabrın 6-da, saat 24 radələrində Quba rayonunun Zərdabi kəndinə gedib və Bakı şəhərinə getmək məqsədilə həmin kənd sakini Məzahir Bədəlovun istifadəsində olan və həyət darvazasının qarşısında saxlanılmış “VAZ 2105” markalı avtomobilə əyləşib və naqilləri birləşdirməklə mühərriki işə salıb.
O, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib və Bakı şəhəri istiqamətində hərəkət edib. Noyabrın 7-də, saat 01.30 radələrində Şabran rayonu ərazisində avtomobilin yanacağının qurtarması ilə əlaqədar mühərrik dayanıb. Mahir yanacaq alması üçün piyada hərəkət edib və bu zaman onun hərəkətləri şübhə doğurduğu üçün Şabran rayon polis şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb. Həmin vaxt o, Şabran rayon polis şöbəsinə aparılıb.
Mahir Məmmədovun hərbi hissədən götürdüyü avtomat silah, süngü bıçağı və talamaq məqsədi olmadan qaçırdığı VAZ 2105 markalı 48-BA-452 dövlət nömrə nişanlı avtomaşın polis əməkdaşları tərəfindən götürülüb.
Mahir Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əhməd Fərhadov apelyasiya şikayəti verib. Vəkil təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azaltmaqla, Bakı Hərbi Məhkəməsinin 3 dekabr 2015-ci il tarixli hökmünün dəyişdirilməsini xahiş edib.
Əhməd Fərhadov bildirib ki, təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədib. O, qeyd edib ki, Mahir Məmmədov cavandır, məcburi köçkündür, hərbi xidmət üzrə müsbət xarakterizə olunur, ilk dəfə cinayət törədib.
Vəkil əlavə edib ki, Mahir Məmmədov törətdiyi cinayəti etiraf edib və peşmanlıq hissi çəkir. Lakin birinci instansiya məhkəməsi işin bu xüsusalarını, habelə cinayətin törədilməsi hallarını, şəraitini səbəblərini nəzərə almayıb, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətə və şəxsiyyətinə uyğun olmayan sərt cəza təyin edib.
Mahir Məmmədovun barəsində olan apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?