GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ

“Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ

Tarix: 30-06-2016, 22:39 Bölmə :Ölkə Baxış: 1 729
“Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ

Onlar üçün həyat çətin keçir. Kimisinin sevgiyə, kimisinin qayğıya ehtiyacı var... İşə, pula, normal yaşayışa ehtiyacı olanlar da az deyil. Bir sözlə, burda ehtiyac hakimdi. Biz də həyata bir gün onların gözü ilə baxmaq istədik. Bunun üçün Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən kimsəsizlər yataqxanasına yollandıq. Yataqxanada internat dövrünü başa vuran kimsəsizlər məskunlaşıb.

Onların yaşadığı qəsəbəyə gedib çıxmağımız da asan olmadı. Nəhayət, binanı tapdıq, həyətdə oturan qadından burada yaşayan kimsəsizləri soruşduq. Bildirdi ki, binadakıların hamısı kimsəsiz deyil. Kimsəsizlər 1-ci və 3-cü mərtəbədədir. Qalan mərtəbələrdə isə məcburi köçkünlər məskunlaşıb.

“Ülgüclə qollarımı doğramışam”

3-cü mərtəbədə ilk qarşımıza çıxan Şəhla Novruzova oldu.

Şəhla 1982-ci ildə Bakıda anadan olub. Deyir, valideynləri onu erkən yaşdan 2 nömrəli Mərdəkan internat evinə qoyublar: “Qardaşımı və məni eyni internat evinə veriblər. Sonra məni övladlığa götürdülər. Amma 7-ci sinifdə oxuyanda həmin ailə məndən imtina etdi, yenidən Mərdəkan internat evinə qaytardılar. Səbəbini bilmək istəsəm də, heç nə demədilər. Sadəcə istəmirik, vəssalam. İnternatda qaldım, 16 yaşım tamam olandan sonra isə Qızıldaşda 3 illik liseyi oxudum. İndi bu yataqxanada qalıram”.

Şəhla Novruzovanın sözlərinə görə, 34 illik həyatı çətinliklə keçib: “Bizim kimsəsiz olduğumuzu görən internat müəllimləri həmişə başımıza qapaz vururdular, döyürdülər. Elə Qızıldaşdakı liseydə də döyürdülər. Elə vaxt olub, həyatda yaşamağa gücüm çatmayıb, ülgüc götürüb qollarımı doğramışam. Yaşamağa zərrəcə ümidim olmayıb. Sacımı belə, oğlan saçı kimi kəsdirmişəm. Amma illər keçdikcə, Allaha dua edirdim ki, bir gün mənə yaxşı gün qismət eləsin. Hələ də o ümidlə yaşayıram”.

Gəlinlik paltarı geyinmək, toy xəyalı qurmaq...

Heç vaxt doğma ata-anasını görməyi arzulamayan müsahibim deyir, həmişə Allaha dua edir ki, valideynlərini onun qarşısına çıxarmasın: “Allah eləməsin, ailəmi görüm. Bəlkə onları görsəm boğub öldürmək istəyərəm. Bilirəm, Allah deyir, bağışlamaq lazımdır. Mən həmişə demişəm ki, Allahım, mənim cəzamı ver, amma valideynlərimi qarşıma çıxarma. İllər sonra öyrənmişəm ki, qardaşım və məndən əvvəl bacımı da internat evinə atıblar. Bacım təzəlikcə məni axtarıb tapıb, burada bir yerdə qalırdıq. İşlədiyi üçün Qızıldaşa gəlib-getmək çətin olur deyə şəhərdə qalır. Qardaşımızdan heç bir xəbər yoxdur”.

Şəhla Novruzova artıq ailə qurmaq istəmir: “Ailə qurmaq istəmirəm. Heç ailə qurmaq üçün düzgün kişi də yoxdur. Bilirəm ki, heç bir oğlan yetim qız almaz. Mən gəlinlik paltarı geyməkdən, toy xəyalı qurmaqdan çoxdan ümidimi üzmüşəm. Sadəcə evim, işim olsun. Bir ay bundan əvvələ kimi işləyirdim. Şəhərdə ev təmizliyi işi görürdüm. Hər gün səhər 7-də evdən çıxırdım ki, vaxtında işə çatım. 150 manat maaş alırdım.

Bəzən gecə geri qayıdanda marşruta çata bilmirdim, məcbur olub qazandığım pulu taksilərə verirdim ki, Qızıldaşa gəlim. Çətinlik oldu, maaş verə bilmədilər, işdən çıxdım. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə Masazırda ev almaq üçün müraciət etmişəm. Hər gün dua edirəm ki, adım siyahıya düşsün, evim olsun”.

“Kaş bir dəfə anam başımı sığallayardı”

Yataqxanada 40 nəfər kimsəsiz qalır. Onlardan 25-i oğlandır. Həmsöhbətim yataqxananın digər sakini Yeganə Allahverdiyevadır.

Müsahibim Gəncədə anadan olub. Valideynləri onu uşaq evinə qoyublar: “Daha sonra məni Maştağadakı internat məktəbinə yerləşdirdilər. Oradan da Qızıldaşa gətirdilər. Getməyə yerim yoxdur, 42 yaşım var, hələ də burda yaşayıram. Şəxsiyyət vəsiqəmdə Allahverdiyeva Yeganə Mirzə qızı yazılıb. Valideynlərim barədə bundan başqa heç nə bilmirəm. Bu yaşdan sonra onları axtarmaq arzusunda deyiləm. Ehtiyacım olanda onları yanımda görmədim. İndi də mən istəmirəm. Mən xəstə olanda başıma sığal çəkən anam yox idisə, bundan sonra nəyimə gərəkdir?

Necə ki, məni atıb öz həyatların yaşayıblar, indi də davam etsinlər. Amma hərdən yanımda uşaq yıxılanda, anası onu qucaqlayanda kənara çəkilib ağlayıram. Deyirəm, kaş bir dəfə də onun kimi anam mənim başımı sığallayardı. Bir dəfə internatda oxuyan vaxtı valideynlərimi tapmaq istədim. Çünki mən qalan internatda uşaqların valideynləri onlara baş çəkirdi. Sonra yavaş-yavaş ora mənim kimi yetim uşaqlar gəlməyə başladı. Mən də onlara alışmağa başladım. Elə valideynlər var uşağa həsrətdir, amma mənim valideynlərim məni atıb”.

“Yetim qızları sevib alan olmur”

Yeganə Allahverdiyeva deyir ki, ailə qurmaq istəmir: “Bir oğlanı sevirdim, o da məni çətin vəziyyətdə qoyub qaçdı. Ailəsi razı olmadı. Ondan sonra heç kimə inamım qalmayıb. Yetim qızları sevib alan olmur. Bizim kimi insanların arxası, köməyi Allahdır”.

Səhhətində problemlər olan müsahibim deyir ki, çətinliklə dolanır: “Respublika Klinik Xəstəxanasında müalicə alıram. Mənimlə eyni palatada qalan xəstələrin yanına kimsə baş çəkməyə gələndə sıxılıram. Dəhlizə çıxıb ağlayıram. Onların yanına gələn analar boynumu qucaqlayır, gətirdikləri yeməkdən mənə də pay ayırırlar. Orucluq ayında bizə fitrə verirlər. Keçən il mən o pulu yığıb xəstəxanaya getdim. Düzdür, həkim dedi, heç kimə pul vermə, amma qan götürən qız dedi ki, mənə pul verməsən, pis xəbər deyəcəm. Mən də qorxdum...”

Atası tanınmış vəkil, qüsurlu uşaq...

Burada yaşayan insanların hər birinin bir ayrı səbəbdən internat evinə atsalar da, Bacı Nuriyeva deyir ki, onu qüsurlu olduğuna görə internetə qoyublar: “Qaradağ rayonunda anadan olmuşam. 2 yaşımda valideynlərim məni internata qoyublar. Müəllimlərim mənə dedi ki, sənin dodağının bir hissəsində qüsur olduğu üçün valideynlər bura gətirdilər. Hər uşağı bir şeyə görə atırlar...

Burada Günay adlı qız var. Atası tanınmış vəkil işləyib, anası həkimdir. Xəstə olduğu üçün valideynləri ondan imtina ediblər. Valideynlərini tapdı, amma atası onu qəbul etmədi. Atası deyib ki, küçədə böyüyən qızı qəbul edə bilmərik. Demək istədiyim odur ki, bizi bura atan valideynlərin heç birinin vicdanı yoxdur. Hər gecə onlar başlarını yastığa qoyub necə yatırlar?”

Söhbətimiz zamanı qucağında uşaqla otağa bir qadın daxil oldu. Əvvəl danışmaq istəmədi, sonra dili açıldı.

Oksana adlı qadın deyir ki, bir oğlanı sevib: “Ailə qurduq. Hamilə olanda bildim ki, valideynləri bizim evliliyimizə razı deyilmiş. Bir müddət sonra oğlan Rusiyaya getdi, bir də gəlmədi. Dövlətdən 60 manat sosial yardım alıram. Onunla dolanırıq. Mən çətinliklə də olsa, oğlumu böyüdəcəm. Valideynlərim kimi onu heç vaxt internata atmayacam”.

Kiçik bir otaq, 4 oğlan

Qeyd etdiyimiz kimi, “kimsəsizlər yataqxanası”nda qızlarla yanaşı oğlanlar da qalır. Qızlar qalan otaqlar səliqə-sahmanlı olsa da, oğlanların yaşadığı otaqlar elə deyil. Bir balaca otaqda 4 oğlan yaşayır.

Toğrul İsmayılov deyir ki, anası rəhmətə gedəndən sonra atası ona baxmaqdan imtina edib: “Xalam məni internata verdi. Sonra bura gəldim. Burdakıların əksəriyyəti işləmir. Əvvəllər “Sevil” massivində işləyirdim. Ora bağlanandan işsizəm. Hamımızın bir ümidi var – dövlət bizə köməklik göstərsin”.

Oğlanlar da valideynlərini görmək istəmədiklərini söylədilər, amma valideynlərini tapmaq ümidi ilə yaşadıqları gözlərindən hiss olunurdu.

İlhamə ƏBÜLFƏT

“Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ
“Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ
“Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ
“Yıxılan uşağı anası qucaqlayanda ağlayıram” – “Kimsəsizlər yataqxanası”ndan REPORTAJ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Yataqxanada məcburi köçkünlər qaranlığa qərq oldu

    Yataqxanada məcburi köçkünlər qaranlığa qərq oldu ...

    20-02-2015, 22:55

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu