GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Vəhhabiyə silah satacağını dedi”

“Vəhhabiyə silah satacağını dedi”

Tarix: 1-08-2016, 22:55 Bölmə :Ölkə Baxış: 391
“Vəhhabiyə silah satacağını dedi”

Silah alverçisi məhkəmədə günahsızlığını sübut etməyə çalışdı

Polis rəisinin müavini: “Prezidentin səfəri ilə bağlı rayonunda təhlükəsizlik tədbirləri gücləndirilmişdi”

Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Aruz Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Aruz Həmidov “Kalaşnikov” konstruksiyalı, “AK74” modelli, atəş üçün yararlı 1084140 nömrəli avtomatı, həmin konstruksiyalı avtomatlarda istifadə oluna bilən 27 ədəd patronları və bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan zavod üsulu ilə hazırlanmış sandıqçanı əldə edib.

Aruz Həmidov 5 sentyabr 2015-ci il tarixdə, saat 06.30 radələrində Siyəzən rayon polis şöbəsi tərəfindən rayonunun Zarat kəndi ərazisində saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış keçirilərkən həmin silah-sursat ondan aşkar olunub.

Aruz Həmidov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Siyəzən rayon Məhkəməsində araşdırılıb.

“Həm işdə, həm də parkda gecələmişəm”

Aruz Həmidov məhkəmədə verdiyi ilkin ifadəsində özünü elan olunmuş ittihamda özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonunun Çərəkə kəndində yaşayır: “19 avqust 2015-ci il tarixdə işləmək üçün Bakı şəhərinə getdim. Həmin vaxtdan Bakı şəhər Nərimanov rayonunda Türk Liseyinin yanında olan kafenin söküntüsündə fəhlə kimi işləmişəm, həm işdə, həm də parkda gecələmişəm. Sentyabrın 4-də, saat 20 radələrində Nərimanov parkında oturacaqda tək oturan zaman

tanımadığım 40-45 yaşında olan bir kişi gələrək yanımda oturdu. Həmin şəxs məndən hansı rayondan olduğumu, nə işlə məşğul olduğumu soruşdu. Ona Göyçay rayonundan olduğumu və fəhlə işlədiyimi dedim. Həmin şəxs adının Elmir olduğunu, fəhlə yığaraq söküntü işlərinə briqadirlik etdiyini, lazım olsa mənə də iş tapa biləcəyini dedi”.

“200 manat verəcəyini dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2-3 saat parkda söhbət edəndən sonra həmin Elmir adlı şəxs ona birlikdə çay içməyi təklif edib: “Parkın ətrafında olan çayxanaya gəldik. Orada çay içib söhbət edən zaman Elmir mənimlə yoldaşlı Siyəzən rayonuna getməsini, orada bir nəfərə sellofan torba verib qayıdacağımızı dedi. Elmirlə razılaşaraq tanımadığım taksi ilə Siyəzən rayonuna “Beş Barmaq” adlanan pirin yanına gəldik. Saat 05 radələrində taksidən düşərək orada olan kafelərdən birində oturduq. Oraya gələn zaman Elmirin əlində göy sellofan torba olduğunu gördüm”.

Aruz Həmidov bildirib ki, kafedə oturandan sonra Elmir ona əlindəki göy sellofanda silah olduğunu, silahı satmaq üçün gətirdiyini, bir nəfər vəhhabiyə 3800 manata satacağını və ona da 200 manat pul verəcəyini deyib: “Pula ehtiyacım olduğu üçün razı oldum və orada gözlədim.. Kafedə oturub bir az çay içəndən sonra Elmir çölə çıxaraq qayıdacağını dedi və sellofan torbanı yanımda qoydu. Elmir kafedən çıxandan bir az sonra tanımadığım mülki geyimli polis əməkdaşları mənə yaxınlaşdı. Onlar özlərini təqdim etdi və məndən sellofan torbada nə olduğunu soruşdular. Polis əməkdaşlarına torbada nə olduğunu bilmədiyimi dedim. Bundan sonra polis əməkdaşları iki nəfər tanımadığım hal şahidinin iştirakı ilə həmin sellofan torbanı baxış keçirdilər. Torbada bir ədəd qundaqsız avtomat, bir ədəd avtomat darağı, 27 ədəd patron və qara plastirin olub. Polis əməkdaşları baxış keçirəndən sonra torbada olan avtomatı, sursatı və plastirini qablaşdırdılar. Bu barədə protokol tərtib edildi, özüm də həmin protokola imza etdim. Bundan sonra isə məni Siyəzən rayon polis şöbəsinə apardılar”.

“Təhlükəsizlik tədbirləri gücləndirilmişdi”

Cinayət işi üzrə şahid qismində dindirilən Rasim Nəsibov bildirib ki, Siyəzən rayon polis şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində xidmət edir: “Hadisə ilə əlaqədar qeyd edirəm ki, həmin ərəfədə ölkə prezidentinin Siyəzən rayonuna səfəri gözlənildiyindən rayonda gücləndirilmiş iş rejimi müəyyən olunub, təhlükəsizliyin təmin olunması məqsədi ilə hər yerə ciddi nəzarət olunub. Siyəzən rayonu, “Beş Barmaq” adlanan pirin yerləşdiyi ərazidə daha çox kriminal hadisələr baş verdiyindən orda da güclü nəzarət olub. Sentyabrın 5-də, təxminən 06 radələrində Siyəzən rayon polis şöbəsinin əməliyyat müvəkkili Turan Hacıyev cinayət-axtarış bölməsinin rəisi Sadıq Həsənova zəng vuraraq ziyarətgahın yanındakı kafedə bir nəfərin özünü çox şübhəli apardığını, yanında bağlama olduğunu, verilən suallara isə şübhəli cavab verdiyini bildirib. Bu barədə məlumatı aldıqdan sonra dərhal polis əməkdaşları ilə birlikdə həmin kafeyə getdik. Kafeyə çatdıqdan sonra Aruz Həmidovdan sellofanın içində nə olduğunu soruşduq. O əvvəlcə sellofanın içində nə olduğunu bilmədiyini, daha sonra isə ümumiyyətlə sellofanın ona aid olmadığını bildirdi. Bundan sorna hal şahidlərinin iştirakı ilə sellofana baxış keçirildi və sellofanda qundaqsız “Kalaşnikov” avtomatı, həmin avtomatın darağı, 27 ədəd patron və qara rəngli plastirinə oxşar maddə olduğu müəyyən edildi. Baxış keçirildikdən sonra Aruz Həmidov özünü səmimi aparmağa başladı, silahın özünə məxsus olmadığını, lakin Bakı şəhərindən Siyəzən rayonuna müəyyən pul müqabilində satmaq üçün gətirdiyini göstərdi.

“Suallara dəqiq cavab verməyib”

Aruz Həmidovun silahın Elmir adlı şəxsə məxsus olması barədə ifadəsi ilə əlaqədar deyə bilərəm ki, Aruz Həmidovu kafedə ilk görən polis əməkdaşı Turan Hacıyev də onlara məlumat verərkən onun tək olduğunu bildirib. Bundan başqa polis əməkdaşları Elmir adlı şəxsin kimliyini müəyyən etmək üçün Aruz Həmidova suallar versələr də, o bu suallara dəqiq cavab

verməyib. Yalnız həmin şəxsin adını bildiyini göstərib. Eyni zamanda Aruz Həmidovun dediklərini yoxlamaq məqsədi ilə ərazidə yerləşən video kameralara polis əməkdaşları tərəfindən əməliyyat tədbiri kimi qeyri-rəsmi baxış keçirildi və Aruz Həmidovun yanında hər hansı bir digər şəxsin olmadığı müəyyən edildi”.

“Onun ailəsi ağır vəziyyətdədir”

Şahid qismində dindirilən Göyçay rayonunun Çərəkə kənd sakini, eyni zamanda Aruz Həmidovun qonşusu Mehman İsmayılov bildirib ki, Aruz Həmidovu uşaq vaxtlarından tanıyır: “Onun ailəsi ağır vəziyyətdədir, atası Fəniyaz Həmidov Aruz Həmidovun uşaq yaşlarından anası Güleykə Həmidovadan ayrılaraq Rusiya Federasiyasında başqa bir qadınla yaşayır və uzun illərdir ki, ailəsinə baxmır. Aruz Həmidov əvvəllər cinayət əməli törətməyib, kənddə hər kəsin hörmətini qazanaraq öz zəhməti ilə ailəsini dolandıran şəxs olub. Onun Bakı şəhərinə getməsi isə ailəsini dolandırmaq xatirinə məcburiyyətdən olub. Onun himayəsində heç yerdə işləməyən xəstə arvadı, yaşlı anası və iki azyaşlı uşaqları var. Aruz Həmidovun həbs olunması xəbərini eşitdikdən sonra arvadında psixoloji pozuntular yaranıb və tibbi yardım göstərilməsi üçün tez- tez evlərinə təcili yardımın əməkdaşları gəlir”.

Siyəzən rayon Məhkəməsinin hökmü ilə Aruz Həmidov 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror İsgəndər Cabbarov apelyasiya protesti verib.

Prokuror protestində göstərib ki, məhkumun əməli cinayət qanunu ilə düzgün tövsüf edilsə də, ona törətdiyi cinayət hadisəsinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətə uyğun olmayan yüngül cəza verilib: “Belə ki, məhkəmə cəza təyin etmənin ümumi prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 2, 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almayıb. Bundan başqa məhkəmə Aruz Həmidovun himayəsində azyaşlı uşaqlarının, yaşlı anasının olmasını,

əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edərkən, bu halların hansı səbəbdən yüngülləşdirici hallar kimi qəbul edildiyini əsaslandırmayıb. Hökmün məhkuma təyin edilmiş cəza ağırlaşdırılmaqla dəyişdirilməsi xahiş edirik”.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Protest hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya protestinin dəillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokurorluğun şikayəti təmin edilmədi

    Prokurorluğun şikayəti təmin edilmədi ...

    1-06-2016, 23:36

  • 
  • Sabirabadda xeyli sayda silah-sursat tapılıb

    Sabirabadda xeyli sayda silah-sursat tapılıb ...

    8-12-2013, 20:57

  • 
  • “Səhvən məni radikal dinci hesab ediblər”

    “Səhvən məni radikal dinci hesab ediblər” ...

    18-05-2016, 00:48

  • 
  • Cavid Məmmədova hökm oxundu

    Cavid Məmmədova hökm oxundu ...

    3-02-2013, 11:52

  • 
  • Avtobusdakı dəhşətli qətli kimin oğlu törədib?

    Avtobusdakı dəhşətli qətli kimin oğlu törədib? ...

    18-07-2013, 13:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu