Türkiyədə baş vermiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.
gundemxeber.az xəbər verr ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.
Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.
Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.
10.46
İstanbulun Beşiktaş ərazisindəki otellərdən birinin qarajından çıxan Azərbaycan dövlət nömrə nişanlı Range Rover Saray prospekti istiqamətində gedərkən nəməlum şəxslər tərəfindən atəşə tutulub. Range Rover-də olan 2 nəfərdən 1-i öldürülüb, digəri isə ağır yaralanıb. Yaralı şəxs yoldan keçən taksi ilə xəstəxanaya çatdırılıb.
gundemxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 00:30 radələrində baş verib.
Avtomobildə qətlə yetirilən şəxsin azərbaycanlı avtoritet Rövşən Сaniyev (Lənkəranski) olduğu, sürücünün isə yaralandığı bildirilir.
***
Lənkəranskinin avtomobilinə hücum edən şəxslər lüləli tüfəngə səs boğucu bağlayıblar. Qəsdi törətdikdən sonra isə silahı hadisə yerində qoyaraq qaçıblar.
Lənkəranski Beşiktaşda qaldığı oteldən avtomobillə 10 metr irəlilədikdən sonra sui-qəsdçilərin hücumuna məruz qalıb. Hadisədən dərhal sonra əraziyə çoxlu sayda polis və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, təhlükəsizlik tədbirləri gücləndirilib. İlkin araşdırma zamanı hadisə yerindən çoxlu sayda güllə gilizi tapılıb.
Hadisənin baş verdiyi ərazinin yaxınlığında tapılan daha bir avtomobil polisin diqqətini cəlb edib. Hazırda polis həmin avtomobillə bağlı araşdırma aparır.
Bəzi xəbərlərə görə isə, Florance Nightingale Xəstəxanasına aparılan Rövşən Caniyevin sürücüsü vəfat edib. Rövşən isə Şişli Etfal Xəstəxanasına aparılıb və həkim nəzarəti altına alınıb.
Polis sui-qəsdi törədənləri həbs etmək üçün əməliyyatlara başlayıb.
Onu da qeyd edək ki, Rövşən Lənkəranskinin gerçək soyadı Rövşən Canıyevdir. Lakin Türkiyə mediası sui-qəsdin Rövşən Əliyev adlı şəxsə qarşı törədildiyi xəbərini yayıb. Lakin təcrübədə kriminal avtoritetlərin sənədlərini tez-tez dəyişdiyi, müxtəlif adlar altında yaşadıqları hallarına rast gəlinir.
Xatırladaq ki, Lənkəranski MDB məkanında Sabirabadlı Hikmət və Bəxtiyardan sonra ən nüfuzlu azərbaycanlı avtoritet hesab olunurdu.
Hətta onu təcrübəli avtoritet Ded Xasanın ölümündən günahkar hesab edirdilər. Bu səbəbdən də Ded Xasandan sonra bu qruplaşmanın başına keçən Şakro Molodoyun Rövşən Lənkəranski haqqında ölüm qərarı verdiyi iddia olunurdu.
O zaman yayılan xəbərlərdə bildirilirdi ki, Ded Xasanın ölümündən sonra Rövşən Lənkəranski Rusiyanı tərk edərək Dubaya gedib.
Sorğu
Yeni dizaynımız necədir?