Avqustun 18-nə keçən gecə İstanbulda azərbaycanlı iş adamı Rövşən Canıyev (Lənkəranski)-in “Range Rover” markalı avtomobili killerlər tərəfindən gülləboran edilib
Rövşən Lənkəranskiyə yaxın mənbələrdən əldə olunan məlumata görə məşhur avtoritet doğurdan da aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. İlkin məlumatlara görə killerlər Rusiyadan gəlib və Rusiya Xüsusi Xidmət orqanları ilə əlaqəli olduqları da istisna olunmur. Daha bir məlumata görə, Lənkəranski keçən gecə Türkiyədə qətlə yetirilərkən, onunla bərabər sürücüsü də öldürülüb. Qeyd edək ki, Rövşən Canıyev (lənkəranski) 90 ND 011 dövlət nömrə nişanlı “Range Rover”i İstanbulun Beşiktaş səmtindəki oteldən çıxarkən yaxınlıqda pusqu qurmuş killerlər səsboğucu taxılmış avtomat silahlarla avtomobili güllə yağışına tutub. Hadisə yerli vaxtla saat 00.30 radələrində Beşiktaş Cihannüma məhəlləsi, Saray küçəsində baş verib. Avtomobil otelin 10 metrliyində pusqu qurmuş killerlər tərəfindən atəşə tutulub, maşına çoxlu sayda güllə dəyib. Killerlər istifadə etdikləri silahları hadisə yerində ataraq piyada qaçıblar. Hadisədən sonra bölgəyə çoxlu sayda polis səfərbər edilib, o cümlədən zirehli polis avtomobili təhlükəsizlik tədbirlərinə cəlb olunub. Hadisənin baş verdiyi yerin yaxınlığında park edilmiş şübhəli avtomobil polislər tərəfindən araşdırılıb. Sürücü Florance Nightingale xəstəxanasına aparılıb və orada keçinib. Yaralı iş adamı Rövşən Lənkəranski isə Şişli Etfal Xəstəxanasına aparıldığı bildirilir. Polis qaçan killerlərin axtarışına başlayıb. Mənbələr məşhur avtoritetin Barbaros Bulvarı, Yıldız Küçəsində yerləşən oteldə “toplantıda” iştirak etdiyini bildirir. Ehtimal olunur ki, Rövşən Caniyev öz avtomobili ilə Azərbaycandan bu toplantıya qatılmaq üçün gedib. Hadisənin kriminal “razborka” olduğu ehtimalı var.
Türkiyədə baş vermiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq. bu barədə onun yaxınları məlumat verib.
Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.
Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.
Gələn məlumatlarda o da bildirilir ki, İstanbulun Beşiktaş ərazisindəki otellərdən birinin qarajından çıxan Azərbaycan dövlət nömrə nişanlı Range Rover Saray prospekti istiqamətində gedərkən nəməlum şəxslər tərəfindən atəşə tutulub. Range Rover-də olan 2 nəfərdən 1-i öldürülüb, digəri isə ağır yaralanıb. Yaralı şəxs yoldan keçən taksi ilə xəstəxanaya çatdırılıb.
Avtomobildə qətlə yetirilən şəxsin azərbaycanlı avtoritet Rövşən Сaniyev (Lənkəranski) olduğu, sürücünün isə yaralandığı bildirilir.
Lənkəranskinin avtomobilinə hücum edən şəxslər avtomata səs boğucu bağlayıblar. Qəsdi törətdikdən sonra isə silahı hadisə yerində qoyaraq qaçıblar.
Bəzi xəbərlərə görə isə, Florance Nightingale Xəstəxanasına aparılan Rövşən Caniyevin sürücüsü vəfat edib. Polis sui-qəsdi törədənləri həbs etmək üçün əməliyyatlara başlayıb. Onu da qeyd edək ki, Rövşən Lənkəranskinin gerçək soyadı Rövşən Canıyevdir. Lakin Türkiyə mediası sui-qəsdin Rövşən Əliyev adlı şəxsə qarşı törədildiyi xəbərini yayıb. Lakin təcrübədə kriminal avtoritetlərin sənədlərini tez-tez dəyişdiyi, müxtəlif adlar altında yaşadıqları hallarına rast gəlinir.
Bundan başqa, Lənkəranski ilə uzaq qohumluq əlaqələrinə malik olan deputat Fəzail Ağamalı da Rövşən Lənkəranskinin öldürüldüyünü təsdiqləyib. Bununla belə ziddiyyətli xəbərlər yayılmaqda və Lənkəranskinin yaşadığı barədə xəbərlər yazılmaqda davam edir.
“Gündəm Xəbər” qəzetinin media üzərindən apardığı araşdırma zamanı məlum olub ki, teleqraf.com Şişli Etfal Xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlayaraq bu ziddiyyətli xəbərləri dəqiqləşdirməyə çalışıb.
Qəbul şöbəsindən deyiblər ki, Rövşən bəy yaşayır, lakin hazırda reanimasiya şöbəsinə yerləşdirilib və ciddi həkim nəzarətindədir.
Qəbul şöbəsinin xanım əməkdaşı deyib ki, hazırda Lənkəranskinin yanında kimlərin olduğu məlum deyil:
“Yanında kimlərin olduğunu bilmirəm. Lakin həkimlər məlumat vermirlər. Mən Azərbaycanın Konsulluğuna da xəbər verdim, gəlib buradan informasiya ala bilərlər. Yəqin ki, konsulluqdan bura gələcəklər. Hazırda Rövşən bəy yaşayır və həkim kontrolundadır”.
Qəbul şöbəsindən deyiblər ki, Lənkəranskinin qardaşının xəstəxanada olması haqda onlarda informasiya yoxdur: “Bu haqda bilmirəm. Mən yerimdən ayrıla bilmərəm. Reanimasiya ilə əlaqə saxladım və mənə Rövşən bəyin yaşadığını dedilər. Həkimlər telefonda məlumat vermirlər”.
Qəbul şöbəsindən həmçinin deyiblər ki, xəstəxananın qarşısında kimlərində toplaşması haqda xəbərsizdirlər: “Mən bunu görmürəm, otaqdayam. Burada polis məmurumuz var və istəyirsinizsə, sizinlə birləşdirə bilərik...”
Rusiyadan Rövşən Lənkəranskinin ölümü ilə bağlı ilginc versiya “Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub”.
Yayılan məlumata görə, bu barədə "Rosbalt" agentliyinə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkaranski fəallaşmağa başlayıb. Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar "qanuni oğru" tituluna qoyduğu qadağını ləğv ediblər.
Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.
Qeyd edək ki, bir müddət əvvəl İrəvanda keçirilən "qanuni oğrular"ın "sxodka"sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin "sxodka"da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər.
Xatırladaq ki, Lənkəranski MDB məkanında Sabirabadlı Hikmət və Bəxtiyardan sonra ən nüfuzlu azərbaycanlı avtoritet hesab olunurdu.
Hətta onu təcrübəli avtoritet Ded Xasanın ölümündən günahkar hesab edirdilər. Bu səbəbdən də Ded Xasandan sonra bu qruplaşmanın başına keçən Şakro Molodoyun Rövşən Lənkəranski haqqında ölüm qərarı verdiyi iddia olunurdu.
O zaman yayılan xəbərlərdə bildirilirdi ki, Ded Xasanın ölümündən sonra Rövşən Lənkəranski Rusiyanı tərk edərək Dubaya gedibmiş.
Sonda aldığımız rəsmi məlumata görə, Rövşən Lənkəranski Etfal Xəstəxanasında keçindi.
Dünən 16:00 radələrində Azərbaycanın İstanbuldakı konsulluğundan bildirilib ki, Rövşən Lənkəraniski bir neçə dəqiqə əvvəl vəfat edib. Artıq Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yayacaq. Vətandaşımızın yaxınlarına və doğmalarına dərin hüzünlə başsalığı veririk. Qeyd edək ki, dünən günorta saatlarında Lənkəraniskinin yaralı halda yerləşdirildiyi İstanbul Şişli Etfal Xəstəxanasının rəsmisi Nişə Yeldir, onun ağır vəziyyətdə olması haqda yuxarıda qeyd etdiyimiz kimi açıqlama vermişdi.
Rövşən Lənkəranskinin Tərcümeyi halı
Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.
İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.
Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Son vaxtlar o, gah Türkiyədə, gah da Ukraynada yaşayır, biznes fəaliyyəti ilə məşğul olurdu.
Bu yaxınlarda kriminal avtoritetlərin Ermənistanda keçiirlən toplantısında R.Lənkəranski haqqında ölüm hökmü çıxarılmışdı. “Gündəm Xəbər”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?