“Azadlıq” qəzetinin nəşri maliyyə problemləri ilə bağlı bu gündən dayandırılıb. Xatırladaq ki, "Azadlıq" Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanıdır.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev Turan-a etiraf edib ki, qəzetin maliyyə problemləri həqiqətən də kəskin pisləşib: “Bu səbəbdən "Azərbaycan" nəşriyyatına borcumuz yaranıb. Qəzetin çapı sual altındadır. Çünki maliyyə durumumuz hədsiz dərəcədə gərgindir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?