Ötən gecə Bakıya yağmış güclü yağış “Azadlıq” qəzetinin redaksiyasını, bütün otaqlarını su basması ilə nəticələnib.
Bu barədə baş redaktorun birinci müavini Rahim Hacıyev açıqlama verib: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, uzun müddət ərzində göstərdiyimiz səylərə baxmayaraq, binanın damının lazımi səviyyədə təmir olunmaması nəticəsində yenidən redaksiya yağışdan sonra bərbad vəziyyətə düşüb. Qəzetin köhnə nüsxələrindən ibarət olan arxivə ciddi ziyan dəyib, texniki avadanlıqların bir hissəsi sıradan çıxıb. Dünyanın dörd bir yanında binalar tikib başqa ölkələrin vətəndaşlarının sərəncaməna verən Azərbaycan hökuməti yerləşdiyimiz binanın damındakı problemi aradan qaldırmaq istəmir. Biz növbəti dəfə mətbuata olan “qayğı”nı üzərimizdə hiss etdik. Nə qədər ümidsiz olsam da ümid etmək istərdim ki, bu problemin həlli üçün hansısa müsbət addımlar atılacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?