GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlidən olan milyonçuların keçmişi və bu günü...

İmişlidən olan milyonçuların keçmişi və bu günü...

Tarix: 14-09-2016, 21:01 Bölmə :Ölkə Baxış: 936
İmişlidən olan milyonçuların keçmişi və bu günü...

Əsabil Qasımov ona mandat verənlərə salamı belə çox gördü və müharibə qazisini isə qovdu!... Daha bir Şuşa köçkünü Əsmayə Əliyeva da dünyasını dəyişdi
07 sentyabr 2016-cı ildə 79 saylı İmişli DSK-nın qarşısında söhbət edirdik. Bu zaman ağ rəngli “Mersedes-class” avtomobilini digər inomarka markalı avtomobillərin müşayəti ilə DSK-nın qarşısında dayandırdı və ağ avtomobildən keçmiş iş yoldaşım, hal-hazırda deputat olan Qasımov Əsabil və digərləri düşdülər. Əsabil Qasımov heç kimə salam vermədi. Çünki 79 saylı DSK-nın üzvləri ona layiq olmasalar belə, ona millət vəkili mandatı vermişdilər, cəzaları idi ki, bu gün də çəkirlər. Çox keçmədən Əsabil Qasımov onu müşayət edən dəstə ilə birlikdə İmişli RİH-nə daxil oldu. Beş dəqiqə ərzində şikayətçilər toplaşdılar, onun ağ avtomobilini 10 AF 877–ni dövrəyə aldılar. On dəqiqədən sonra Əsabil Qasımov, RİH-nin başçısı Vilyam Hacıyev və YAP İmişli rayon təşkilatının sədri S.Ağayev İH-nin binasından çıxsalar da, onlarla şikayətçi onunla görüşmək istədi. Amma, Əsabil Qasımov heç kəslə görüşmədi. Çünki kifayət qədər var-dövləti, ölçüyə gəlməz dərəcədə sərvəti olan bu şəxs, şikayətə gələnlərdən qurbağadan iyrənən kimi iyrəndi. İcra başçısı Vilyam Hacıyev isə şikayətçilərə: “Sizi mən qəbul edəcəyəm, bunu deputatımız məndən xahiş edir” dedi. Əsabil Qasımova könüllü döyüşçü, Qarabağ müharibəsi veteranı, ulu öndər Heydər Əliyevin çağrışı ilə 16 oktyabr 1993-cu ildə döyüşə gedən Quliyev İsa Arif oğlu yaxınlaşmaq istədikdə, Ə.Qasımov ona “ə, yenə sən gəldin”, əli ilə onun ondan uzaqlaşmasını tələb etdi. İsa Quliyevin iki azyaşlı məktəbə hazırlaşan övladları var və həyat yoldaşı da müəllimədir. Hər ikisi işsizdir və onun bildirdiyinə görə, bədəninin bir hissəsi də iflic vəziyyətdədir. İsa Quliyev onu da bildirdi ki, “atəşkəsə qədər ordu sıralarında olmuşam. Bir həftə bundan əvvəl Bakıda Ə.Qasımovun qəbuluna getdim. Məqsədim ondan azyaşlı övladlarımı məktəbə yola salmaq üçün kömək almaq idi. O, mənə kinayə ilə “sənin biləyin mənimkindən iki dəfə yoğundur, utanmırsan məndən yardım istəyirsən?”-dedi.
Hal-hazırda ərizə yazıb bu ölkədən getməyə hazırlaşıram. Mən bu Vətən üçün döyüşdüm, Əsabillər də milyarder oldular. Vətən mənə oğul demirsə, deputat mənə həqarətlə baxırsa, artıq bu vətən mənim deyil! Bu vətəndə övladlarımın qarşısında xəcalətli qalmaq istəmirəm, mənə köməklik edin ki, icra başçı Vilyam Hacıyev məni qəbul etsin. İmişlili milyarderlərdən Vilyam Hacıyev daha yaxşı insandır, amma pullu deyil”.
Ə.Qasımova yazıçı M.Şahverdiyeva və Günay Qurbanova da məktubla müraciət etsələr də, hepatit xəstəsi olsalar da, o, onlara köməklik etməmiş və telefonlarına da cavab verməmişdir. Günahkar həmin insanların özləri idi ki, onlar Ə.Qasımova beş-on manatdan ötəri səs vermişdilər. Ə.Qasımovun bir “işverənlə” səmimi görüşməsi, çox keçmədi ki, DSK üzvləri tərəfindən gülüşlə qarşılandı.
Bu gün Əvəz Şükürov və adını çəkib şərəfləndirmək istəmədiyim, tərbiyədən uzaq, İmişli RPŞ-də rəis müavini Habil Ağayevin və digər polis əməkdaşlarının sevimlisi olan birisi barədə, Baş Prokurora yazdığım şikayətlə bağlı İmişli rayon prokuroru Pənah Abbasovla görüşdüm. Gənc və yüksək mədəniyyətə malik olan prokuror köməkçisi Sultan Muradova ilk izahatımı verdim. Səmimiyyətə görə rayon prokuoru cənab P.Abbasova təşəkkür edirəm. Eləcə də mənə verdikləri dəstəyə görə “Gündəm xəbər” qəzetinin yaradıcı kollektivinə, ADP sədrinin müavini Həsrət Rüstəmov və xüsusilə də analitik təhlili açıqlamalarına görə “Konflikt” xəbər-portalına təşəkkür edir, hər birinin qarşısında baş əyirəm!. “Hər şeyin təzəsi, dostun köhnəsi” Həsrət bəy! Sizə təşəkkürlər!
Kim kimə borcludur, borcunuzu beləmi qaytardınız Əvəz Şükürov! Talehin işinə bax!. 2001-ci ilin əvvəlində Əvəz Şükürovun mərhum qardaşı, dostum Rüstəm Əvəzovdan İmişli bazarının sahibindən, Əziz Quliyev adlı şəxs Naxçıvanlı iş adamı olan bəy Mamedə söykənərək, məhkəmələr vasitəsilə bazarı əllərindən alanda, həmin qardaşlara, ilk dəstəyi Davud və Məhbub Zülfüqarlılar verdi. Qardaşları Məcnun Şükürovu infakt vurmuşdu, o zaman gedib səbr dilədim. Başçı Əli Məmmədov bunların 72 min manatını qaytardı. Əvəz Şükürov Əziz Quliyevə bir sillə vurduğuna görə, sabiq polis rəisi Zahid Məmmədov Əvəzi həbs etdi və nəyinsə qarşılığında az sonra onu azad etdi. Əvəz Şükürov 12 yanvar 2001-ci ildə biz qardaşlara Qurani-Kərimə and verdirdi. Bakıda ADP baş katibi Sərdar Cəlaloğlu ilə görüşdən qayıdırdıq. Əziz Quliyev biz qardaşları polislə təqib etdirirdi deyə, Davud Zülfüqarlı o vaxtdan BAXCP-a keçdi. Qüdrət Həsənquliyev Davud bəyi qoruya bildi və 31 may 2001-ci ildə isə RPŞ rəisi olmuş Zahid Məmmədov məni “polisə müqavimət” adı ilə 15 günlük həbs etdirdi. Əziz Quliyev Davud bəyi 52 dəfə bəndənizi, 21 dəfə məhkəmələrə çəkdirdi. Nəhayət 25 sentyabr 2009-cu ildə İmişli rayon Məhkəməsində bir il müddətinə məni CPM-147-2 maddəsi ilə cəzalandırdı. Həmin iş Avropa Məhkəməsinin icraatındadır.
Bugünkü milyarderlərin 2000-ci illərə qədər və bu günə olan var-dövlərinin həcmi aydınlaşdırılmalı, Vergilər, DSMF eləcə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu şəxslərin qazanc mənbələrini aydınlaşdırmalıdırlar. Əziz Quliyev, Əvəz Şükürov eləcə də Əsabil Qasımov yuxarıda qeyd etdiyim kimi aşağı təbəqədən qurbağadan iyrənən kimi iyrənirlər. Əziz Quliyev 70 yaşlı qadından yer haqqı 4 manat, eləsindən 5 manat rusum aldırır. Bazardakı apteklər 500-700 manat, mağazalar 200-400 manat yer haqqı ödəyirlər. Heç kəsdən heç birinin çəkinəcəyi yoxdur. Vergilər Nazirliyindən tələb edirəm ki, araşdırsınlar bu sahibkarlar aldıqlarından nə qədər rüsum vergi ödəyir. Referendiumdan sonra yəqin ki, cənab Prezident vətəndaşları halallıq, sahibkarlıq adı ilə dövlətindən, prezidentindən asi salanların kimliyini aydınlaşdıracaq. Yəqin ki, ..... inanıram. Amma politoloqlar əksini deyir, onları da başa düşmək olar. Biz qardaşlar bu xalqdan, dövlətdən ötəri canımızı fəda etdik, ikinci dəfə dünyaya gəlsək, yenə də bu gözəl, səmimi, siyasətdən uzaq, bir qədər də talehinə laqeyd, sadəlövh xalqımızdan ötəri canımızı əsirgəmərik. Amma, kimsələr var-dövlət hərislərinin bizləri təqibini də anlayırıq, sağ olsunlar, biz qardaşları bu xalqa sevirdiklərinə görə Əsabillərə təşəkkür edirik!
Ətəyində günahsızların qanı olan, günahkarların qüdrətinə qüdrət qatan dünyanın (oxu Ə.Qasımovların, İmişlidən olan milyard sahiblərinin) lüğətində “Ədalət” sözünün var olduğuna şübhəm var...
Uşaq qanı ilə, uşaq göz yaşı ilə gülləri sulanan bir dünyada ədalət günəşinin doğmasına da şübhəm var. Facebookdan L.Fikrətli, “bəli, dünya baş ayaq dünyadı”. Şükür ki, ölkəmizin müxalifəti qeyri-zorakıdır və prezident İlham Əliyevin belələri ilə müqayisədə ürəyində Allah xofu var. Ölkəmizi hələ ki, Suriya, İraq, Liviya, Əfqanıstana dönməyə imkan verilmir və müxalifətin qeyri-zorakılığı, eləcə də prezidentin hadisələrə layiq yanaşması var. Prezident harınlaşmışları qandallatsa da, milçək toxumu kimi artırlar, onlar öz bildiklərini edirlər, xalqı sobotajla, qiymət artımı ilə təxribata çəkirlər.
Məni faş olmuş MTN-lər hədələyirlər ki, “sən radikal müxalifətçi olaraq İlham Əliyevin düşmənisən”. Onlara yazıqlar olsun deyirəm: “Mən prezident İlham Əliyevi yenilməz etmək üçün müxalifətçiyəm, rəsmən müxalifətdən çıxsam da, qəlbən müxalifətçiyəm, Ali Baş Komandan İlham Əliyevə isə, “əsgərəm”-deyirəm.
Əsabil Qasımovun qovduğu İsa Quliyev Qarabağ müharibəsi iştirakçısı, qan-qada görmüş əsgər, ulu öndər Heydər Əliyevin çağrışı ilə silaha sarılmış vətən oğludur. Ə.Qasımovdan bu vətən üçün başı uca əsgərdir. Bəs şəhid olsa idi necə? Qəbrinin üstünə, üzünə yalançı qəmginlik verməklə gül-çiçəkmi qoyacaqdın? Üstümə reket qaldıranlar, məhz sənə söykənirlər cənab Qasımov! Axı sən ruspərəstsən, istəyirsənmi rusların sənə qoyduğu ayamanı da deyim?
ADƏM-dən HƏVVA-ya üzü bu yana biz qardaşlar heykəl qurbanlarıyıq. Qardaşım Davudu 11 mart 1990-cı ildə Səməd Vurğunun heykəlini mərmərə batırdığı üçün həbs etmişdilər. Bəndənizi isə, mərhum prezidentimiz Heydər Əliyevin parkını öz adına qaytartmaq istəyinə görə cəm iş verənlər təqib etdirirlər.
P.S. Bu gün daha bir şuşalı köçkün Əsmayə Əliyeva dünyasını dəyişdi. Onu İmişli Kommunal Təsərüfat İstehsalat Birliyinin rəisi Rasim müəllim və işçiləri təmtəraqla, lazımı qaydada dəfn etdilər. 4 il əvvəl isə, onun bacısı Sevil müəllimə dünyasını dəyişmişdi. Şuşalılar ilk dəfə İmişliyə gələndə, bu insanlara ilk yardımı cəbhəçi olaraq bəndəniz və mərhum dostum Sumbat Kazımov etmişdi. Bütün ləvazimatlarla, hətta stəkan, çaynik və ərzaqla biz təmin edib qarşılamışıq. RİH-nin hüquqşünası Rahim Zahidov yerlə təmin etmişdi. Hətta, geyəcək paltarlarını qoyub çıxmışdılar. Mərhum Sumbat Kazımov hər şeylə təmin etmişdi.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsabil Qasımovla Eldar Mahmudovu bağlayan tellər...

    Əsabil Qasımovla Eldar Mahmudovu bağlayan ...

    20-11-2015, 01:14

  • 
  • İmişlidə Əsabil Qasımov dövranı

    İmişlidə Əsabil Qasımov dövranı ...

    3-06-2013, 16:12

  • 
  • İmişlidə deputatla icra başçısının komik “seçki texnologiyası”

    İmişlidə deputatla icra başçısının komik “seçki ...

    9-10-2015, 19:59

  • 
  • Deputat oğlunun adına ərazi aldı, bağça tikdirir

    Deputat oğlunun adına ərazi aldı, bağça tikdirir ...

    29-09-2014, 14:32

  • 
  • Deputatın oğlu məşhur iş adamı ilə məhkəmədə! - Borc qalmaqalı

    Deputatın oğlu məşhur iş adamı ilə məhkəmədə! - ...

    26-11-2013, 22:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu