GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gürcüstan azərbaycanlılarının Bakı dərdi

Gürcüstan azərbaycanlılarının Bakı dərdi

Tarix: 9-12-2012, 11:06 Bölmə :Ölkə Baxış: 765
Gürcüstan azərbaycanlılarının Bakı dərdi
Neft və milyonlar ölkəsinin öz soyundan olanlardan yığdıqları

gundemxeber.az «Beş-altı gün əvvəl gəlinimlə getdik sərhədə ki, Gürcüstana keçək. Bizə dedilər ki, Azərbaycanda qalmaq üçün üçaylıq müddətiniz bitdiyindən Miqrasiya İdarəsinə adambaşına 400 manat cərimə ödəməlisiniz. Yalnız bundan sonra bizi Gürcüstana buraxa biləcəklərini dedilər. 800 manatdan çox pul edir. Qoca adamam, mən bilmirəm nə edim, hara gedim, haradan tapıb bu pulu? Qalmışam belə».
84 yaşlı İsgəndər Cəfərovun ailəsi Azərbaycanda çoxdan yaşasa da, bənzər problemlə ilk dəfə üzləşir. Cəfərovlar ailəsi cəriməni ödəməsə, ölkədən çıxarılacaq və demək, Azərbaycana gəlmək üçün düz 5 il gözləməli olacaqlar. İsgəndər Cəfərov bunu istəmir və çıxış yolunu qaydaların yumşaldılmasında görür.
Bir aya yaxındır ki, Gürcüstanda yaşayan azərbaycanlılar yaranmış vəziyyətə etiraz etməkdədirlər. «Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədlihəmin qanunun birdən-birə tətbiqini yanlış addım sayır. Deyir 1996-cı ildən qüvvədə olan miqrasiya qanunvericiliyinin Gürcüstandan olan azərbaycanlılara qarşı bu cür tətbiqi anlaşılan deyil: «İndiyədək insanlarda bir arxayınçılıq olub. Qanunun tətbiqinə qəfil başlayıblar. Azərbaycanda bu problemlə üzləşən 70 minədək Gürcüstan vətəndaşı var. Onların da çoxu xırda alış-verişlə və ya tikinti işlərində çalışmaqla gündəlik çörəkpulu qazanır. İndi bu insanların qəfil «qəfəsə» salınması yolverilməzdir. İnsanların günahı nədir ki, qanun, qaydalar izah edilmədən cərimə olunurlar?». Zəlimxan Məmmədlinin fikrincə, cərimələrə başlamazdan öncə hökumət televiziya və mətbuatda maarifləndirmə işi aparmalı, bu məsələlərə aylarca zaman ayırmalı idi: «Yalnız bundan sonra inzibati cəzalara keçmək olardı. Amma elələri var ki, onlar 6 ay və ya 1 il əvvəl Azərbaycana gəliblər, indi onlara deyirlər ki, sizin də adınız siyahıda var, siz də cərimə ödəməlisiniz. Bu, yolverilməzdir».
Cəmiyyət sədri yaranmış narazılıqları aradan qaldırmaq üçün miqrasiya qanunvericiliyində dəyişikliyi vacib sayır. Deyir ki, bu yaxınlarda Nazirlər Kabinetinə göndərdikləri müraciətdə də azərbaycanlılarla bağlı yumşaldıcı qaydaların hazırlanmasını istəyiblər.
Dövlət Miqrasiya Xidməti hər hansı problemin olmadığını deyir. Xidmətin adının çəkilməsini istəməyən məlumatlı əməkdaşı hesab edir ki 3 ay müddətində Azərbaycanda qalmaq istəyən Gürcüstan vətəndaşı buna görə 3 gün ərzində yaşadığı yerin pasport masasına üz tutaraq məsələni çözə bilər. Bir aylıq müddətə gəlincə, qanunvericilikdə bunun üçün qeydiyyat nəzərdə tutulmur. «Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev xəbərdarlıq edilmədən və maarifləndirmə işi aparılmadan qanunun tətbiqini insan hüquqlarına sayğısızlıq sayır və icranın müvəqqəti dayandırılmasını təklif edir: «Bu, indiyədək Azərbaycana gələn Gürcüstan vətəndaşlarına şamil edilməməlidir. Daha sonra gələnlərə də məsələ açıqlanmalıdır. Dövlət bir yandan məsələni insanlara izah etmir, o biri yandan da sanki kommersiya xidməti göstərərək, insanlardan külli miqdarda pul alır. Heç həmin pulların hara getdiyi də məlum deyil. Miqrasiya xidməti öz işini cərimələr üzərində deyil, maarifləndirmə üzərində qurmalıdır».
«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanunun 12-ci maddəsinə görə, viza tələb olunmazsa, Azərbaycana gələn əcnəbinin ölkədə müvəqqəti qalma müddəti 90 günü keçə bilməz. Bu müddət bitəndən sonra uzadılmalıdır. Müddət yenidən uzadılmazsa, əcnəbi vətəndaş ölkə ərazisini tərk etməlidir.
Maarif Çingizoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Borçalıların Azərbaycan dərdi

    Borçalıların Azərbaycan dərdi ...

    8-12-2012, 10:33

  • 
  • Gürcüstan azərbaycanlılarının problemi həll olunmur

    Gürcüstan azərbaycanlılarının problemi həll ...

    3-02-2013, 11:28

  • 
  • Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan XİN-dən dəstək tələb etdi

    Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan ...

    21-12-2014, 10:44

  • 
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti”

    “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” ...

    12-10-2015, 18:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu