Azərbaycanlı mərhum avtoritet Rövşən Canıyevə (Lənkəranski) aid olduğu bildirilən şadlıq sarayı bağlanıb. Regioninfo xəbər verir ki, bu barədə Ölkə.Az saytına məlumat daxil olub.
Bakının Nizami rayonu Mikayıl Əliyev 17 ünvanında yerləşən və kriminal avtoritet Rövşən Canıyevə məxsus olduğu bildirilən “Neon Palace” şadlıq sarayı Canıyev qətlindən sonra fəaliyyətini dayandırıb.
“Neon Palace” şadlıq sarayının bağlanmasının səbəbini aydınlaşdırmaq üçün restoranın telefonlarına zəng etsək də zəngimizə cavab verən olmayıb.
Xatırladaq ki, Lənkəranski avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalıb. Vəziyyəti ağır olan Canıyev xəstəxanada dünyasını dəyişib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?