GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Cinayəti narkotik maddəyə olan tələbatı ödəmək üçün etmişəm”

“Cinayəti narkotik maddəyə olan tələbatı ödəmək üçün etmişəm”

Tarix: 21-10-2016, 23:27 Bölmə :Ölkə Baxış: 638
“Cinayəti narkotik maddəyə olan tələbatı ödəmək üçün etmişəm”

Narkotik alverçisi məhkəmədən yüngül cəza istədi, amma hakim onun istəyini nəzərə almadı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Saməddin Vahidovun cinayət işi üzrə proses başa çatıb.

İttihama görə, Saməddin Vahidоv şəхsiyyəti məlum оlmayan digər şəхslərlə qabaqcadan əlbir оlaraq, bir qrup şəхs halında satış məqsədi ilə külli miqdarda narkоtik vasitələri qanunsuz оlaraq əldə edib.

Cinayətkar qrupun şəхsiyyəti məlum оlmayan üzvləri tərəfindən məlum olmayan mənbədən satış məqsədi ilə əldə edilən 2 kilоqram 500 qram narkotik vasitə olan tiryəki Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisində yerləşən “Lukoil” yanacaq dolruma məntəqəsinin yaxınlığında yоlun kənarında gizlədilib.

Saməddin Vahidov narkotik vasitəni götürmək üçün 25 avqust 2015-ci il tarixdə tanışı Bəhlil Əliyev ilə birlikdə taksi sürücüsü Səməd Hüseynovun idarə etdiyi “Mercedes E 230” markalı avtomobillə Sumqayıt şəhərindən Biləsuvar rayonuna gəliblər. Avtomobildən düşən Saməddin Vahidov gecə saat 22 radələrində Biləsuvar rayonun Xırmandalı kəndinin ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yоlun kənarında gizlədilmiş yerdən bir ədəd sellоfan tоrbanın içərisində оlan 2 kilоqram 500 qram narkotik vasitə olan tiryəki götürüb.

Bu zaman Biləsuvar rayоn pоlis şöbəsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-aхtarış tədbirləri nəticəsində yaхalanıb.

İşdə adı keçən Bəhlul Əliyevin cinayət işi ayrıca icraata verilib. Səməd Hüseynov isə taksi fəaliyyəti ilə məşğul olduğu üçün narkotik vasitələri əldə etmə ilə bağlı iştirakçılıq ittihamı verilməyib.

Saməddin Vahidov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saməddin Vahidov 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmçinin onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan Saməddin Vahidovun vəkili Akif Əliyev apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Saməddin Vahidov məhkəmədə ifadə verərək ittiham olunduğu maddələrlə özünü qismən təqsirli bilib. Törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edən təqsirləndirilən şəxs əlavə edib ki, uzun müddətdir narkotik maddənin istifadəçisi olub: “Bu cinayəti də narkotik maddəyə olan tələbatı ödəmək üçün etmişəm”.

Məhkəmədə çıxış edən Saməddin Vahidovun vəkilin sözlərinə görə, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 5 oktyabr 2015-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Saməddin Vahidovda tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunub: “Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür”.

Vəkil əlavə edib ki, narkotikdən asılı olan Saməddin Vahidov xəstə hesab olmalı, bu səbəbdə də ona təyin olunmuş uzun müddətli azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin prinsiplərinə uyğun deyil və cəza siyasətinin məqsədlərinə xidmət etmir: “Xəstəyə ağır cəza təyin edilməli deyil, o, sadəcə müalicə olunaraq, reabelitasiya edilib cəmiyyətə yararlı bir şəxs kimi qaytarılmalıdır. Bununla belə cinayət işinin materiallarından müəyyən edilir ki, Saməddin Vahidovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyibm. Əksinə Saməddin Vahidovun səmimi peşmançılığı, istintaqla əməkdaşlıq edib, cinayətin üstünün açılmasına köməklik etməsi, öhdəsində iki aşağını itirmiş atası Zöhrab Vahidovun olması, Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul olunmalıdır. Eyni

zamanda məhkəmə nəzərə almalı idi ki, Saməddin Vahidovun məhkumluğu yoxdur, əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmayıb, yaşadığı ünvan üzrə müsbət xarakterizə olunur, ailə qurmayıb, cavandır. Saməddin Vahidovu şəxsiyyət kimi səciyyələndirən bu hallara görə də onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü ilə 8 il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həddindən artıq ağırdır. Bu səbəbdən də hökm cəza hissəsində dəyişdirilməli, Saməddin Vahidova ittiham olunduğu maddənin sanksiyasında göstərilən cəzanın aşağı həddində cəza təyin edilməlidir”.

Prokuror Samir İsmayılov bildirib ki, Saməddin Vahidоvun müdafiəçisi Akif Əliyevin apelyasiya şikayətinin dəlilləri əsassızdır. O, birinci instansiya məhkəməsi tərəfindən Saməddin Vahidоvun əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif оlunduğunu, məhkum edilmiş şəхsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəхsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və хarakteri, təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla оna ədalətli cəza təyin оlunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların оlmadığını göstərib. Prokuror müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməsini istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Saməddin Vahidovun apelyasiya şikayəti təmin edilməyib.

Amil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • Ölkələr arası narkotik biznesi

    Ölkələr arası narkotik biznesi ...

    28-12-2015, 21:51

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • Narkotik alverçisinə 8 il cəza

    Narkotik alverçisinə 8 il cəza ...

    11-09-2016, 14:23

  • 
  • Taksidən 2 kq narkotik çıxdı

    Taksidən 2 kq narkotik çıxdı ...

    12-11-2013, 17:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu