Mətbuatın internet yayımı üzrə yeni portal qəzetlərin tam veb formatını təklif edərək ödənişlərin tezləşdirilicəyini bildirir. Abunə yazılaraq səhifədəki virtual “oxu zalına” göndərilən bir neçə və yaxud sadəcə bir nüsxəni alaraq oxumaq mümkündür. Layinəni Era S, "Altın Kitab Nəşriyyatı", "Yeni Nəsil" və Azərbaycan Jurnalistlər Birliyi hazırlayıb. Saytdakı qəzet artıq gecə yarıdan bir qədər sonra portala yerləşdirilə bilər və onun qiyməti kağız buraxılışının qiymətindən xeyli ucuzdur. “Bu nəşriyyat və nəqliyyat xərclərinin aradan qaldırılması sayəsində mümkün olub”, - layihə barədə danışan Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. Mediapark saytında hazırda 10 qəzet yerləşdirilib. Arif Əliyevin sözlərinə görə internetin inkişafı ilə saytın auditoriyası genişlənəcək. Onun sözlərinə görə Mediapark satışlardan daxil olan pulların köçürülməsi və nəşrlərin oxuculara çatdırılmasında ənənəvi yayım şirkətlərinin tənqid olunduğu ləngiməni aradan qaldıracaq ki, bu qəzetlərin layihəyə marağını artırmalıdır. Yeni layihəyə münasibəti öyrənmək üçün Qasid Yayım Firması ilə əlaqə saxlamaq mümkün olmayıb. Bəzi redaksiyalarsa kağız mətbuatının yayımında ləngimələri etiraf etsə, oxuculara PDF formatında qəzet çatdırmaqla yayım problemlərinin çözülməyəcəyi fikrindədir. BBC Azərbaycancaya müsahibəsində belə redaksiyalar bildirib ki, onlar, Mediaparka auditoriyaya müraciət formasının müxtəlifləşdirilməsi üçün qatılıb. “Yaxşı təşəbbüsdür. İstəyirik ki, oxucumuz olsun. İstədiyi şəkildə oxusunlar. Mühafizəkar qismi kağızdan oxuyacaq. Digərləri Facebook-da tanış ola bilər. İnnovativ yola marağı olanlara isə bu müstəvidə təklif edirik”. Qəzetlərin intermet versiyası ilə PDF formatı arasında fərqi izah edən layihə müəllifləri deyirlər ki, qəzetlər səhifəyə tam versiyasını qoymaq praktikasından getdikcə uzaqlaşırlar. “Bəzi qəzetlər hazırda internet səhifəsinə kağız buraxılışının yalnız 40 faizini qoyurlar. Müxtəsər şəkildə çap olunmuş məqalə isə ödənişli olur. İndiki təmayül belədir”, - Arif Əliyev deyib. Azadlıq qəzeti hazırda layihədə iştirak etməsə də, ona yaxında qatılacağı vaxtı Mediapark saytına verəcək versiya ilə qəzetin internet variantı arasında fərqin olmayacağını deyib. Borclar və gəlir Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev onlayn platformanı pul cəlb etmək vasitəsi kimi gördüyünü deyib. “Müəyyən səbəblərə görə reklamdan məhrum olduğumuz üçün bu Mediapark saytı maliyyə cəlb etmənin yolu ola bilər”, - BBC Azərbaycancaya Rahim Hacıyev bildirib. Bəzi qəzetlərr mətbuatın rayonlarda satışı habelə satışdan əldə olunan pulların vaxtında çatdırılmadığını bildirirlər. Ötən ili sonunda “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları “Qasid” yayım firmasının qarşısında piket keçirərək “Pulumuzu verin!” şüarını səsləndiriblər. Qasid firması borcların ödəniləcəyini vəd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?