GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıtda əlilə qarşı ədalətsiz qərarlar

Sumqayıtda əlilə qarşı ədalətsiz qərarlar

Tarix: 9-12-2016, 12:24 Bölmə :Ölkə Baxış: 477
Sumqayıtda əlilə qarşı ədalətsiz qərarlar

Nizami Məmmədov: “Hazırki iş üzrə iddia tələbim, avtomobilə görə cavabdehə verdiyim 6 min dollar pulumun geri qaytarılmasıdır”

Bu gün məhkəmələrdə hakimlik fəaliyyəti ilə məşğul olan bəzi hakimlərin, əksər hallarda qanunun aliliyini deyil, hansısa maraqlarını güdmələri səbəbindən ədalətsiz qərarlar çıxartmaları, çox zaman haqqı-hüququ pozulanların media qurumlarına müraciət etmələri ilə də nəticələnir. Onların məqsədləri həm üz-üzə qaldıqları problemlərin ictimailəşməsinə nail olmaq, həm də çıxarılmış ədalətsiz qərarlarla bağlı haqlı narazılıqlarını ifadə etmək olur. Dünən “Gündəm Xəbər”in redaksiyasına da, Abşeron rayonu, Xırdalan şəhəri R.Behbudov küçəsi-43 ünvanında yaşayan Məmmədov Nizami Hümbət oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi üz-üzə qaldığı problemlə bağlı bir çox dövlət qurumlarına, o cümlədən bizim redaksiyaya da şikayət ərizəsini göndərib. O, yazdığı şikayət ərizəsində bildirir ki, “mən DQ müharibə veteran və 2-ci qrup əliləm. Döyüşlərdə gösdərdiyim igidlik və şücaətə görə 1 orden və 8 medalla təltif olunmuşam. Bundan əlavə, sonrakı dövrlərdə ölkəmizdə ictimai asayişin qorunub saxlanmasında göstərdiyim xidmətlər barədə, hörmətli akademikimiz cənab Ramiz Mehdiyevin, mərhum prezidentimiz Heydər Əliyev haqqında yazdığı “Qəsd” kitabında müəyyən açıqlamalar da qeyd olunub. Hal–hazırda oğlum cəbhə bölgəsində zabitdir və dövlətimizə sədaqətlə xidmət edir. Ölkə rəhbəri cənab İlham Əliyev etdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, “mən döyüş bölgələrində xidmət edən hər bir zabit və əsgərimizlə fəxr edirəm” deyir. Amma, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Lətifə xanım Məmmədova, ölkə rəhbərinin etdiyi çıxışlarda səsləndirdiyi fikirlərdən numinə götürmək əvəzinə, Vətəninə xidmət edən zabitin əlil atasının qanunla qorunan hüquq və mənafeyini, mülkiyət hüququmu kobud surətdə pozaraq, qəbul olunmuş qanunların aliliyini deyil, öz maddi maraqlarını üstün tutur. Yəni, o, qanunsuz qətnamə qəbul etməklə, minbir əzab-əziyyətlə əldə etdiyim əmlakımın mənimsənilməsini qanuniləşdirmışdi. Gəncliyimi, sağlamlığımı fəda etdiyim Azərbaycan Dövləti adından belə bir qətnamənin qəbul olunması, məni olduqca üzür, nəinki əldə etdiyim əmlaklarımı digər yollarla itirsəydim, o halda bu qədər üzülməzdim. Mənə qarşı edilən qanunsuzluqların həqiqət olduğunu dəqiqləşdirmək üçün yuxarıda qeyd etdiyim 2(105)-194/2016 saylı mülki iş üzrə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Lətifə xanım Məmmədovanın elan etdiyi qətnaməni oxumaq, yəqin ki, kifayət edər. Hakimin mənə qarşı etdiyi qanunsuzluqlar barədə, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevi məlumatlandırmaq üçün, dəfələrlə ona müraciət etsəm də, təəssüflər olsun ki, məni onun qəbuluna buraxmyıblar.
Mən xeyli müddət bundan öncə Rəciyev İlqar Cavadxan oğlu adlı şəxsdən, onun mülkiyyətində olan BMW-318 markalı 50-BT0-70 dövlət nömrə nisanlı avtomobili, şahidlərin iştrakı ilə ondan 6 min dollara almışdım. İlqar Rəciyev də mənim ondan 6 min dollara avtomobil almağımı təsdiq edən və öz xətti ilə yazdığı qəbzı, eyni zamanda dövlət notariat kontoru tərəfindən həmin avtomobilə verilmiş, baş etibarnaməni də mənə vermişdi. Qeyd etdiklərimi şahidlər məhkəməyə ünvanladıqları və notarial qaydada təsdiq etdikləri ərizələrində də göstərmişdilər. İş üzrə qəbul olunmuş qətnamədə, bu hallar qeyd olunub.
Amma, İ.Rəciyev müqavilə öhdəliyini yerinə yetirmədi və həmin avtomobili mənim adıma sənədlərdirməkdən imtina etdiyindən, mən son anda məcbur olaraq 6 min dollar aldığım avtomobil üzərində mülkiyyət hüququmun tanınması barədə, Sumqayıt şəhər Məhkəməsinə müraciət etməli oldum. İddiamın təmin edilməsi üçün, həmin avtomobilin üzərinə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4521 sayli 08 dekabr 2010-cu il tarixli icra sənədinə əsasən həbs qoyulmuşdu. Sumqayıt şəhər Məhkəməsi 22 dekabr 2010-cu il tarixli qətnaməsi ilə, mənim iddiamı təmin etmədi. Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt şəhər Məhkəməsinin qəbul etdiyi qərarın mahiyyətcə həqiqət olduğunu,

Mülki Məcəllənin dəyişilməsi nəticəsində 335-ci maddənin Mülki Məcəllədən çıxarılması və baş etibarnamənin MM-nin 181.4cü maddəsi ilə nəzərdə tutulmuş əqdləri əvəz etmədiyini, yəni baş etibarnamənin alqı-satqı müqaviləsini əvəz etmədiyini əsas tutaraq, Sumqayıt şəhər Məhkəməsinin çıxarmış olduğu qətnamənin dəyişdirilmədən saxlanılması və apelliyasiya şikayətinin təmin olunmaması barədə, 12 aprel 2011-ci il tarixdə qətnamə qət etmişdir. Sonra cavabdeh İ. Rəciyevin 13 mart 2011-ci il tarixdə vermiş olduğu baş etibarnamə əsasında, onun nümayəndəsi Ağazahid Qulamov 05 may 2011-ci il tarixdə yazdığı qəbzlə, mübahisəli avtomobilin sənədlərini Sumqayıt İcra Şöbəsindən götürmüş və az sonra avtomobili geri almışdı. İş materallarında olan və ərizəyə daxil edilən Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin 24 aprel 2015-ci il tarixli arayışından da görünür ki, cavabdeh mənə etibarnamə verdikdən təqribən 2 ay sonra, mübahisəli avtomobilə dair Oktay Mehdiyevə baş etibarnamə vermişdir. Verilmiş arayışdan o da görünür ki, qeyd olunan avtomobilə cavabdeh İ.Rəciyev, 17 fevral 2012-ci il tarixdə Cabbarov Xaqani Hüsü oğluna alqı-satqı əsasında vermişdir. Həmin arayışdan da görünür ki, cavabdeh İ. Rəciyev, həmin avtomobil satılana qədər ayrı-ayrı şəxslərə baş etibarnamələr vermişdi. Mənə satdığı avtomobilə görə o, məndən aldığı 6 min dollar pulu mənə qaytarmamışdı.
Belə olan halda mən Sumqayıt şəhər Məhkəməsinə müraciət edib, 6 min dollar pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdim. Azərbaycan dilində yazıb-oxumağı bacarmayan Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov, özünü çox da əzab-əziyyətə salmayaraq bir vərəqdən ibarət qəbul etdiyi əsassız və qanunsuz qətnamə ilə, mənim iddia tələbimi rədd etmişdir. Əsas kimi MM-nin 181.4-cü maddəsini , Sumqayıt şəhər Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli qətnaməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin 12 aprel 2011-ci il tarixli qətnaməsini göstərmişdir. Halbuki onun gətirdiyi belə bir əsaslar mənim iddia tələbimin rədd edilməsinə deyil, əksinə təmin olunmasına əsasdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinovun qəbul etdiyi qətnamənin əsassız və qanunsuz olmasını, mən ərizəyə əlavə etdiyim apelliyasiya şikayətimdə də ətraflı qeyd etmişəm. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsindən verdiyim apelliyasiya şikayətim də, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Lətifə Məmmədova tərəfindən 27 iyul 2016-cı il tarixdə, öz marağını Dövlətin mənafeyindən üstün tutaraq, qanunları açıq-aşkar pozaraq mənim hüquq və mənafeyimi kobud surətdə pozmaqla, Azərbaycan Respublikası adından əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5454/2015 saylı, 11 avqust 2015-ci il tarixli qətnaməsini də dəyişdirilmədən saxladığıəndan, mənim apellyasiya şikayətim təmin olunmamışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Lətifə Məmmıdovanın qəbul etdiyi ərizəyə əlavə etdiyim qətnaməni və bu qətnamə ilə bağlı verdiyim kassasiya şikayətini oxumaq kifayət edər ki, o, qanunları necə pozmuş və əsassız qətnamə də qəbul etmişdir. Yuxarıdı göstərdiyim hallar iş maerallarinda və məhkəmənin qəbul etdiyi qətnamədə öz əksini tapmaqla bir daha onu göstərir ki, cavabdeh İ.Rəciyev mübayisəli avtomobili mənə satmaq bəhanəsi ilə məni aldatmış və 6 min dollar pulumu aldıqdan sonra həmin avtomobili başqa şəxsə sataraq, mənim pulumu qaytarmamışdır. Cavabdeh İ.Rəciyevin avtomobilə görə məndən aldığı pulu və avtotomobili mənə satmasını, onun avtomobilə görə başqa şəxsə etibarnamə verməsini, onun nümayəndəsi Ağazahid Qulamov məhkəmə çıxışı zamanı etraf etmışdır. Cavabdeh İ. Rəciyevə 6 min dollar pul verməyim və aldığım avtomobilə görə onun öhdəliyi yerinə yetrilməməsi, avtomobilin cavabdeh tərəfindən geri alınaraq başqa şəxsə satması halı, iş materiallarında da tam təsdiqini tapmışdır. Qeyd etdiyim etibarnamə, qəbz, icra qərarı və bununla bağlı digər sənədlər, mülki işə əlavə olunub. Lakin məhkəmə apellyasiya şikayətimin təmin edilməməsi üçün, heç bir əsaslı dəlil gətirməmiş və qətnaməni əsası olmayan şəxsi mülahizələri ilə əsaslandırmışdır. Cavabdeh İ. Rəciyevin mübahisəli avtomobilin alqı-satqısı üçün aldığı 6 min dollar pulun müqabilində, öz əlilə yazdığı qəbzi təkzib edən mülki işin materiallarında heç bir sübut yoxdur. Mülki Məcəllənin 372-ci maddəsinin tələblərini pozan apellyasiya məhkəməsinin hakimi Lətifə Məmmədova, Qətnaməni birtərəfli olaraq MPM-nin 77.1; 14.2; 217.4-cü maddələri ilə, cavabdehin xeyrinə əsaslandırmağa çalışmışdır. Mənim xeyrimə olan işin obyektiv hallarına, yəni 6 min dollar pulun alınması cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsinə, mübahisəli avtomobilə görə qeyd olunan məbləğin cavabdehə verilməsi barədə şahid ifadələrinə, (iş vər. 147, 174) Ali Məhkəmənin Qərarında avtomobilin alqı-satqısını əks etdirən qəbzə dair olan göstərişinə qərəzli olaraq əhəmiyyət verməmiş və özünün istinad etdiyi MPM-nin 77.1; 14.2; 217.4-cü maddələrinin və MPM-nin 420-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.1-ci maddəsində isə göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-nin 89.1-ci maddəsinin tələblərinə görə, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair, sənəd və materiallardır. Həmin məcəllənin 88-ci maddəsində isə, sübutların qiymətləndirilməsi ilə bağlı göstərilir ki, “məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Maraqlıdır ki, məhkəmə qətnaməsində cavabdeh İ.Rəciyevə avtomobilin alqı-satqısına dair verdiyim 6 min dollar pulun müqabilində, cavabdehin avtomobilə dair mənə verdiyi baş etibarnaməni əsas götürərək belə hesab edir ki, “İ. Rəciyev avtomaşını ona satmış və buna görə avtomobilə dair etibarnamə vermişdir. Yəni, cavabdeh iddiaçı ilə aralarında olan razılığa əməl etmişdir”. Məhkəmənin belə bir dəlili də əsassızdır. Ona görə ki, MM-nin 181.1-ci maddəsinə əsasən “Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün, mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir”. Qeyd edilən normanın tələbinə görə, cavabdeh Rəciyev İlqar Cavadxan oğlunun qeyd olunan avtomobilin 6 dollar məbləğin qarşılığında mənə baş etibarnamə və hətta maşının texniki pasportunu verməsi də, alqı-satqı üzrə öhdəliyin icrası hesab edilə bilməz. Bundan başqa, apellyasiya məhkəməsinin qətnaməsində mübahisəli avtomobil üzərində mülkiyyət hüququnun tanınması tələbi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 aprel 2011-ci il tarixli qətnaməsinə istinadən qeyd edilir ki, “Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2011-ci il tarixli qətnaməsində göstərilmişdir ki, mübahisəli avtomobillə bağlı cavabdehin (İ. Rəciyev nəzərdə tutulur) onun adına etibarnamə verməsinə iddiaçının istinad etməsi əsassızdır. Çünki həmin etibarnamə Azərbaycan Respublikası MM-nin 181.4-cü maddəsi ilə nəzərdə tutulmuş əqdləri əvəz etmir və bu hal cavabdehin mülkiyyət hüququnun ləğv edilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Hazırki iş üzrə apellyasiya məhkəməsinin bu dəlili də əsassızdır. Məhz, ona görə ki, hazırki iş üzrə iddia tələbim cavabdehə avtomobilə görə verdiyim 6 min dollar pulun geri alınması tələbidir.
Avtomobilə mülkiyyət hüququnun tanınması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, avtomobilin alqı-satqısına dair əqdi icra etdiyimə, qarşı tərəfin isə avtomobilin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üzrə öhdəliyini icra etməməsinə əsaslanmışam. Pozulmuş mülkiyyət hüququmun bərpasını, alqı-satqı əqdinin bağlanmış hesab edilməsini məhkəmədən istəmişəm. Lakin Mülki Məcəllənin dəyişdirilməsi nəticəsində 335-ci maddəsinin məcəllədən çıxarılması ilə bağlı məhkəmə iddia tələbimi təmin etməmişdir. Mülki Məcəllənin 181.4-cü maddəsində isə göstərilir ki, “Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və yaxud da, əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əqdin icra edilməsi halında digər tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdıqda, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı olmasını təsbit edən, Mülki Məcəllənin 335-ci maddəsinin məcəllədən çıxarılmasına görə, məhkəmə qətnaməsinin Mülki Məcəllənin 181.4-cü maddəsi ilə əsaslandılmasına etirazım olmadı. Mübahisəli avtomobilə mülkiyyət hüququnun tanınması üçün, baş etibarnaməyə istinad edilməsinin əsassız hesab edilməsinə dair məhkəmə qətnaməsi ilə razılaşmışam. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2011-ci il tarixli qətnaməsini mübahisələndirməyib, avtomobilə görə cavabdeh İ.Rəciyevə verdiyim pulu geri tələb etməyi qərara almışam. Apellyasiya məhkəməsinin qətnaməsində proses iştirakçılarının izahatları hissəsində, cavabdeh İ. Rəciyevin nümayəndəsi Ağazahid Qulamovun apellyasiya şikayətinin dəlillərinə etirazı qeyd edilmişdir. O, bildirmişdir ki, “cavabdeh Rəciyev İlqar Cavadxan oğlu avtomobili 6 min dollar məbləğin qarşılığında iddiaçı Məmmədov Nizami Hümbət oğluna satmış, ona maşına görə etibarnamə və texniki pasportunu da vermişdir....
Cavabdehin nümayəndəsinin qətnamədə qeyd olunan ifadəsindən də görünür ki, mübahisəli avtomobili 6 min dollar pulun qarşılığında, həmin avtomobilə dair mənə baş etibarnamə versə də, alqı-satqı üzrə öhdəliyini yerinə yetirməmiş, yəni alqı-satqının rəsmiləşdirilməsindən boyun qaçırmışdır. Cavabdehin avtomobilə dair mənə verdiyi baş etibarnaməni alqı-satqı öhdəliyinin icrası kimi qiymətləndirən hakim Lətifə Məmmədova unudmuşdur ki, mülki qanunvericiliyin tələbinə əsasən, həmin etibarnamə cavabdeh tərəfindən verilmiş birtərəfli və uydurma əqddir. Uydurma və yalan əqdlərin etibarsızlığını nəzərdə tutan Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinə əsasən “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cavabdehlə razılaşmaya əsasən, biz avtomobilin alqı-satqısını nəzərdə tutmuşduq. Mən alqı-satqı üzrə öhdəliyimi yerinə yetirib 6 min dollar pulu ona versəm də, cavabdeh alqı-satqının rəsmiləşdirilməsindən boyun qaçırmışdır. Həmin normanın tələblərinə əsasən, avtomobil üçün verilmiş baş etibarnamə əslində əhəmiyyətsiz əqddir. Avtomobilin alqı-satqısı cavabdehin təqsiri səbəbindən baş tutmadığı üçün, mən avtomobil üçün cavabdehə verdiyim 6 min dollar pulu geri istəyirəm. Bundan başqa, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutan, Mülki Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, “Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır”. Azərbaycan Respublikası MM-nin 575.1-ci və 575.2-ci maddələrinə əsasən “Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin məcəllənin 452.2-ci maddəsində isə göstərilir ki, “Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə, zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Yuxarıda qed etdiyim normaların tələbindən də görünür ki, cavabdehə verdiyim 6 min dollar pulun məbləğində pulu tələb etməkdə haqlıyam. Hakim Lətifə Məmmədova isə, işdə olan sübutlara əhəmiyyət verməyərək, mənim iddia tələbimi rədd etmişdi. Hazırki məhkəmənin qətnaməsindən belə nəticəyə gəlmək olar ki, mən 6 min dollar pulu cavabdeh İ.Rəciyevə əvəzsiz olaraq vermişəm (bağışlamışam).
İddianın təmin edilməməsi üçün, məhkəmənin əlində heç bir hüquqi əsası olmamışdır. İşin yuxarıda qed etdiyim hallarından görünür ki, cavabdeh İlqar Rəciyev yalnız mülkiyyət hüquqlarımı pozmamış, həm də etibarımdan sui-istifadə edərək əmlakımı talayıb. CM-nin 178-ci maddəsində göstərilən dələduzluq cinayətini törədib. O, birbaşa mənim etibarımdan sui-istifadə edərək, mənə məxsus əmlaka ziyan vurmuşdur. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya, əmlak hüquqlarını əldə etmə birbaşa dələduzluq cinayəti hesab olunur. Bu cinayət hadisəsinin mütəşəkkil dəstə tərəfindən törədilməsi və yaxud da, külli miqdarda ziyan vurmaqla törədilməsi ağır cinayətdir. İşin bu halarına rəğmən məhkəmə MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul etməli idi. Bu imperativ normada göstərilir ki, məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o halda bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
İşdə olan sübutlar onu göstərir ki, apellyasiya instansiyasının MİÜMK-nın qətnaməsi maddi və mülki-prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdi. Hazırda iş Ali Məhkəmənin hakimi Ə. Mirzəliyevin icraatındadır. İşə obyektiv baxılaraq ona qanunu qiymət verilməsinə ümidim az olduğundan, kütləvi informasiya vastələrindən xahiş edirəm ki, mənə qarşı törədilmiş belə bir qanunsuzluqları diqqətdə saxlayıb, baş verənlərin ictimailəşməsini həyata keçirsinlər”.
Şikayətçi “Gündəm Xəbər”ə ünvanladığı müraciəti vasitəsilə ölkə rəhbəri onu da çşatdırır ki, “Möhtərəm Prezident! Siz hər zaman müharibə veteranlarına, əlillərə, şəhid ailələrinə, cəbhədə xidmət edən əsgərlərə, zabitlərə diqqət və qayğı göstərib səlahiyyətli şəxslərə göstərişlər verdiyiniz halda, hakim Lətifə Məmmədova nəinki bundan nəticə çıxarır, əksinə aşıq-aşkar qanunla qorunan hüquq və mənafeyimizi kobud surətdə pozmaqla, mənə maddi və mənəvi zərər vurur. Oğlum sual edir ki, ata sən gəncliyini, sağlamlığını dövlətin müdafiəsi yolunda fəda etmisən, bu gündə bunu mən edirəm, ancaq biz çəkdiyimiz əziyyətləri qarşı tərəf çəkmədiyi halda, hər cür şəraiti və maddi təminatı ilə təmin olunmuş halda, rahat kobinetlərdə oturub dövlətin adından qərar qəbuletmə səlahiyyəti verilmiş hakimlər, nə üçün öz maraqlarını dövlətin marağından üstun tuturlar və cəzasız qalacaqlarına əmin olduqları üçün dövlətimizin adına bu cür açıq-açkar xələl gətirirlər. Bizim əmlakımızınn mənimsənilməsinə haqq qazandırırlar? Mən ona cavab verə bilmirəm.
Yuxarıda göstərilənləri, mənim xidmətlərimi və cəbhədə xidmət edən zabitin 2-ci qrup müharibə əlili atası olmağımı nəzərə alıb, bu mülki işi öz şəxsi nəzarətinizə götürməyinizi, eyni zamanda Ali Məhkəmənin hakimi cənab Ə.Mirzəliyevin icraatında olan bu işin obyektiv, qərəzsiz, qanuni baxılmasına, məni Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin qəbul etməsinə və MPM-nin 421-2.1 və 421-2.2-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, prosessual normaların kobud pozulmasına yol vermiş hakim Lətifə Məmmədova barəsində xüsusi qərardad çıxarilaraq, onunla bağlı intizam icraatının başlanması üçün, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilməsinə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Bu açıqlama yuxarıda qeyd etdiyimiz kimi “Gündəm Xəbər”in redaksiyasına Abşeron rayonu, Xırdalan şəhəri R.Behbudov küçəsi-43 ünvanında yaşayan Məmmədov Nizami Hümbət oğlu tərəfindən göndərilmişdir. Biz də, KİV nümayəndəsi olaraq ünvanımıza çatdırılmış açıqlamanı, kiçik dəyişiklilər etməklə dərc etməyi özümüzə borc bildik. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Cəfər

GündəmXəbər.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qusar rayon Məhkəməsindən daha bir şikayət

    Qusar rayon Məhkəməsindən daha bir şikayət ...

    3-06-2015, 13:53

  • 
  • Beyləqanda şah qanundur

    Beyləqanda şah qanundur ...

    23-06-2015, 12:49

  • 
  • “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

    “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik ...

    25-01-2016, 17:51

  • 
  • Milli Təhlükəsizilk Nazirliyinin əməkdaşları şəhid ailəsinə necə divan tutub – ŞOK İDDİA

    Milli Təhlükəsizilk Nazirliyinin əməkdaşları ...

    23-10-2015, 20:47

  • 
  • Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir?

    Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir? ...

    22-05-2015, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (63)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu