GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Tarix: 25-12-2016, 20:41 Bölmə :Ölkə Baxış: 628
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Baxımsız qalan park yararsız vəziyyətə düşüb; dövlətin bir neçə yüz min manatı göyə sovrulub

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2014-cü ilin may ayında istifadəyə verilən "Ecoland" parkı sular altında qalıb.

Bura əvvəllər Bakı Yod Zavodunun Ramana istehsalat sahəsinin çirklənmiş ərazisi olub. Ərazinin reabilitasiya edilib, təmizlənib və yerində park salınıb. Bütün proseslər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.

Park əhalinin istifadəsinə veriıən zaman belə bir xəbər yayılmışıdı: “Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr, kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi layihəsi əsasında salınan parkın ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə geniş yaşıllıq zolağı salınaraq, müxtəlif dekorativ ağaclar əkilib. Uşaqların istirahəti üçün ayrıca oyun sahəsi, açıq havada idmanla məşğul olmaq üçün trenajorlar quraşdırılıb. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub və fəvvarə kompleksi yaradılıb"...

Parkın indiki halı isə orada təmizlik işləri aparılmadan öncəki durumunu xatırladır. Ərazi bərbad gündədir. Büdcədən ayrılan pullar hesabına ərsəyə gələn park nəzarətsizlik ucbatından yararsız hala düşüb. "Ecoland" parkı ilə bağlı ötən il də məqalə hazırlamışdıq. Həmin günlərdə parkın nəzarətsiz qaldığını, getdikcə bərbad hala düşdüyü qeyd edilmişdi. Üzərindən 1 il keçdi və artıq bura park deyil, zibilxanadır.

Parkda bahalı ağaclar çürüyüb və aşıb. Oturacaqların hərəsi bir tərəfə yuvarlanıb. İşıq dirəkləri aşıb. Yerə döşənən daşlar su altında qalıb. Bir sözlə, buraya park demək mümkün deyil.

  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Reportaj zamanı diqqətimizi bir məqam çəkdi: İşıq dirəklərinə nəzər yetirəndə hiss olunur ki, onları kimsə qəsdən aşırıb. Onların zərbə səbəbindən yerə yıxıldığı aydınca sezilir. Elektrik naqilləri də yoxa çıxarılıb. Sanki parkın ilk günündən sökülməsi üçün plan qurulub və 2 ilə məqsədə çatılıb.

Həqiqət budur ki, parka xərclənən pullar göyə sovrulub. Parkın düz 10 metrliyində yekə bir tullantı gölü var. Burada toplanan çirkab suları əsl zəhər saymaq olar. Çünki suyun tərkibi neft tullantıları, ətrafına tökülən zibillərdən yaranan bakteriya və mikroblarla doludur; üfunət qoxusu hər yanı bürüyüb.

  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Belə bir çirkab gölün kənarında salınan parkın sonu belə də olmalı idi: Çünki parkda yağış sularının axması üçün heç bir kollektor yaradılmayıb. Təmir zamanı yerə döşənən daşlar düzgün vurulmayıb deyə, yağış suları bir yerdə toplanır və gölməçələr yaranır.
Parkın daimi nəzarət və təmizlik işçiləri yoxdur.

Belə görünür ki, burada işlər görüntü xətrinə görülübmüş. Görünən isə budur ki, kimlərinsə bu əraziyə “gözü düşüb”, buranı özəlləşdirib, yerində bina, obyekt tikəcəklər. Parka da ona görə nəzarət yoxdur ki, ərazinin satılması planı mövcuddur. Necə ki, bu ətrafda evlərin bir hissəsi xırda göllərin yerində tikilib. əvvəl gölməçəni qurudub, sonra ev tikiblər.

  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Bəzi məlumatlara görə, buranı qəsdən bərbad hala salmalarının 2 səbəbi var.

Birinci səbəb - yenidən pul xərcləməkdir. Yəni parkı bərbad hala salaraq təmirə ehtiyacı olduğunu göstərib, büdcədən təmir-bərpa işləri üçün pul çıxarmaq...

İkinci səbəb - Ərazini satmaq. Əslində köhnə üsuldur, amma indi də işə yarayır. Əgər bir ərazini satmaq istəyirlərsə orada olan ağacları məhv etmək, ərazinin yararsız olduğunu göstərmək lazımdır. Əgər məqsəd budursa, aidiyyəti şəxsləri artıq istəklərinə çatmış saymaq olar.

  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, parkda mal-qara otaranlar belə var: "Buranı düzəltdilər, açılış oldu, getdilər. Cəmi 1-2 ay parkda mühafizəçi oldu. Ondan sonra heç kim nəzarət etmədi. Park salmaqla iş bitmir, ona diqqət də ayırmaq lazımdır. Görün nə vəziyyətdir ki, ərazidə camaat mal-qara otarır".

Parkın salınmasına nə qədər pulun xərcləndiyini heç bir qurum açıqlamır. Amma belə bir layihə heç də ucuz başa gəlməyib, azı bir neçə yüz min manat dövlət vəsaiti xərclənib.

Məhəmməd Türkmən
Musavat.com
Fotolar və video müəllifindir



  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  Ramanada 2 il öncə salınan parkda indi mal-qara otarılır - FOTOLAR, VİDEO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmaz Şəxsiyyətlər Parkında gözətçinin “haqq” tələbi

    Xaçmaz Şəxsiyyətlər Parkında gözətçinin “haqq” ...

    14-08-2013, 11:42

  • 
  • Cahangir Əsgərova görə “AAAF Park” da “uçdu” – Tkinti dayandı, narazılıqlar başladı

    Cahangir Əsgərova görə “AAAF Park” da “uçdu” – ...

    23-07-2015, 12:49

  • 
  • "Gecə ikən 40 illik ağacları qoparıblar" - ŞİKAYƏT - fotolar

    "Gecə ikən 40 illik ağacları ...

    24-03-2014, 17:20

  • 
  • Hacıbala Abutalıbov park çəmənliklərdə oturmağı qadağan etdi- QƏRAR

    Hacıbala Abutalıbov park çəmənliklərdə oturmağı ...

    11-05-2016, 13:47

  • 
  • İmişlidə torpaq alveri

    İmişlidə torpaq alveri ...

    22-06-2013, 23:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu