GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...

Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...

Tarix: 8-01-2017, 21:43 Bölmə :Ölkə Baxış: 459
 Əli İnsanova iki şərt – qəbul etsə, azad olunacaqmı...

Sabiq nazirin barəsindəki qərar yanvarın 11-də bitir; həbs müddəti uzadılacaq, yoxsa...

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun ətrafında yaranan müəmmalar tükənmək bilmir. Bu ilin oktyabrında 11 illik cəzası başa çatdıqdan sonra 3 əlavə cinayət maddəsi ilə üz-üzə qalan sabiq nazirin barəsində seçilən həbs qətimkan qərarının müddəti yanvarın 11-də bitir.

Amma hələ də onun məhkəməsinin başlayıb-başlamayacağı məlum deyil. İnsanovun istintaqından da bir xəbər yoxdur. Adətən indiyə qədər bu tipli işlərdə həbs qətimkan tədbirinin müddətinin bitməsinə ən azı bir həftə qalmış nəzərdə tutulan müddətin ya uzadıldığının ya da istintaqın bitib işin məhkəməyə göndərildiyinin şahidi olmuşuq. Amma sabiq nazirlə bağlı hələ də bunların heç biri yoxdur. Bu isə onun həbs müddətinin artırılacağı ehtimallarını daha da sürətləndirir.

Maraqlıdır ki, hələ də məhkəmə gözləmə mövqeyini seçib. Bu da bəzi iddiaların meydana çıxmasına səbəb olub. Belə ki, İnsanovu azad etmək üçün hakimiyyətin onun qarşısında bəzi şərtlər irəli sürdüyü deyilir. Hələ azadlığa çıxmasına aylar qalmış bu şərtlərdən imtina edən sabiq nazir üçün bunların şans olaraq qüvvədə qaldığı bildirilir. Hakimiyyətin onu azad etmək fikrində olduğu, lakin sabiq dövlət məmurunun israrının azadlığa qovuşmasına əngəl yaratdığı söylənilir.

İnsanovun yaxın çevrəsindən musavat.com-a verilən məlumatda da yayılan iddialar dolayısı yolla təsdiq olundu.

Hətta sabiq nazirlə anlaşmaq üçün ölkə iqtidarının vazkeçilməz iki şərtinin olduğu bildirildi. Bunlardan biri azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaması barədədirsə, digəri ölkəni tərk etməsi ilə bağlıdır. Hələ 2013-cü ildə İnsanova onunla bərabər həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birlikdə bu şərtlərin irəli sürüldüyü, qəbul edəcəkləri təqdirdə hər ikisinin eyni vaxtda azad olunacağı vədinin verildiyi də qeyd olundu. O zaman ikincinin bu şərtləri qəbul etdiyi, lakin sabiq səhiyyə nazirinin qətiyyətlə bundan imtina etdiyinə görə hazırda da dəmir qapılar arxasında olduğu söylənildi.
Bu fikirlərdə müəyyən qədər həqiqət payı var. Çünki 2013-cü ildə azadlığa çıxdıqdan sonra Fərhad Əliyev dərhal ölkəni tərk etdi və o hazırda Almaniyadadır. Azadlıqda olduğu müddət ərzində isə sabiq iqtisadi inkişaf nazirinin bir dəfə də olsun siyasətdə göründüyünün şahidi olmamışıq. İnsanovun heç vəchlə ölkəni tərk etmək fikrində olmadığı, azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaq fikrində qəti olduğu deyilir.

Sabiq nazirin yaxın çevrəsi qətiyyətlə onun şərtləri qəbul etməyəcəyini də bildirdilər. Hətta bunun üçün həbsxanadan məlumat göndərdiyini də qeyd etdilər. Verilən məlumatda o da iddia edildi ki, 11 ildən çox məhbəs həyatı yaşayan İnsanov belə şərtləri qəbul etməsini özü üçün “sınmaq” kimi qəbul edir.

Bütün bu amillərə görə onun həbs müddətinin uzadılması barədə məhkəmənin tələsmədiyi göz önündədir. Əgər sabiq nazir şərtləri qəbul edərsə, həbs müddətinin başa çatdığı günlərdə məhkəmə qərarı ilə onun “ev dustaqlığı”na buraxılacağı barədə xəbərlər yayılan iddialar sırasındadır. Əks halda həftənin ilk günləri onun həbs müddətinin uzadılacağı qaçılmazdır.
Ə.İnsanovun vəkili Toğrul Babayev “Yeni Müsavat” açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxs barəsində hansı qərarın veriləcəyi ilə bağlı istintaqın ona hələ də heç bir məlumatın verilmədiyini bildirdi. Vəkil məlumat verilən kimi bu barədə ictimaiyyəti məlumatlandıracağını da söylədi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.

Cavanşir ABBASLI
Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs müddəti uzadıldı

    Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbs ...

    28-10-2015, 15:13

  • 
  • Gülər Əhmədovanı buraxacaqlar?

    Gülər Əhmədovanı buraxacaqlar? ...

    6-08-2013, 12:17

  • 
  • Əli İnsanov sürpriz şəkildə azad oluna bilər

    Əli İnsanov sürpriz şəkildə azad oluna bilər ...

    31-01-2014, 10:36

  • 
  • Əli İnsanov barəsindəki 11 illik həbs qərarı qüvvədə saxlandı

    Əli İnsanov barəsindəki 11 illik həbs qərarı ...

    25-02-2014, 14:06

  • 
  • Əli İnsanovun əfvi yenidən gündəmdə

    Əli İnsanovun əfvi yenidən gündəmdə ...

    28-11-2016, 22:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu