GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlidə məmur özbaşınalığı

İmişlidə məmur özbaşınalığı

Tarix: 14-01-2017, 12:06 Bölmə :Ölkə Baxış: 372
İmişlidə məmur özbaşınalığı

İdarə rəisləri sahibkarlara divan tutur

İmişlidə bəzi yerli məmurların harınlığı, özbaşınalığının sonu Cəbrayıl köçkünlərinin etirazı ilə nəticələnməli idi. Belə də oldu.

Ötən ilin oktyabrında sahibkar Qurbanov Murad çörək sexi açıb. Orada 4 nəfər imkansız qadın təndir çörəyi bişirir, evlərinə ruzi aparırlar. Sahibkarın sözlərinə görə, işıq idarəsinin rəisi Mətləb müəllim işığa görə 1500, qaz idarəsinin rəisi İsrafil Məmiyev 1500, su idarəsinin rəisi Etibar müəllim isə 1000 manat haqq –“şirinlik” istəyir. Artıq sahibkar sexi bağlamaq üzrədir.

Hüquq müdafiəçisi kimi bu məsələ ilə maraqlanıb Muradın köhnə “Jiqulisi” ilə işıq idarəsinə getdik. Katibədən xahiş etdik ki, rəisə deyin sahibkar və hüquq müdafiəçisi qəbulunuza gəlib. Lakin rəis kameradan bizi görmüşdü deyə katibə “qəbul etmir”dedi. Müavini Yusif isə qapısı açıq, rəislə üzbə-üz otaqdan “1500 manatı gətir, baxarıq” deyəndə, “hansı ədalətlə belə edirsiz” dedim. Muradla mərkəzə qayıtdıq. Bu barədə mətbuatda yazı dərc olundu. Yazı dərc olunandan sonra - 20 noyabr 2016-cı ildə su idarəsinin rəisi Etibar dedi ki, müqavilə bağlansın. Qaz idarəsinin rəisi İ. Əliyevlə Qarabağ qaziləri ilə birgə Heydər Əliyev Mərkəzinin arxasında təsadüfən görüşdük. Onun əməllərini üzünə sadalayanda, “idarəyə gələrsiz, söhbət edərik” dedi. Bu adamdan bütün rayon şikayətçidir. Hətta icra başçısı Vilyam Hacıyev çoxsaylı vətəndaş şikayətlərinə görə, İ. Məmiyevi bir-neçə dəfə tənbeh etsə də, himayədarları onu müdafiə edir.

İmişlidə məmur özbaşınalığı

Nəhayət, 22 dekabr növbəti dəfə qaz kəsildiyinə görə, 200-ə yaxın yerli sakin qaz idarəsi qarşısında etiraz aksiyası keçirdi. Həmin gün şaxtalı havada Cəbrayıl köçkünləri şaxtaya dözməyərək, etiraza qalxdı, 5 nəfər həbs olundu. Nəhayət, qaz puluna nəzarətçilər Ağasəlim Hadıyev, Rabil Məmiyev 03 yanvar 2017-ci il məndən xahiş etdilər ki, rəislə görüş, məsələni dinc yolla həll edin. 05 yanvar 2017-ci il saat 12:05-də həmin idarədə olub, katibəyə içəri qəbula girməyimi xahiş edəndə, “buyurun, rəis təkdir” deyə cavab verdi. Salam verdim. İ. Məmiyev telefonla danışığı bitirdikdən sonra “Hərə bir qırmızı qalstuk vurub, gəlib pul istəyir” dedi. Ona sakitcə bildirdim ki, kim səndən pul istəyir? Masa üstündə “Həqiqət və Reallıq” qəzetini görüb, dedim ki, bu qəzet reket qəzetidir. Bu dərgi YAP RT sədri Səfa Ağayevi, mərhum birinci katib Qadir İsmayılzadəni və eləcə də məni təhqir edib, mərhum Q. İsmayılzadəni “erməni” adlandırıb, siz də bu qəzeti təbrik etmisiniz ki, nə yazıb düz yazıb, sevə-sevə mütaliə edirəm”. Rəis yenə mənə hücuma keçdi, təhqiramiz ifadələr işlədib, vəsiqəni istədi, hüquq müdafiəçisi vəsiqəni alan kimi telefonu ilə fotosunu bir-neçə dəfə çəkdi. “Gör sənin başına nə oyun açacam, səni məhv etdirəcəyəm” deyərək, məni vurmaq istədi, bağıra-bağıra itələyərək, divara çırpdı, qapını açıb, katibələrin otağına itələdi. Oradan çıxıb rayon prokuroru Pənah Abbasovun qəbuluna yazıldım. Saat 12:13-də ərizə verdim. 09.01.2017-ci ildə prokuror köməkçisi Tural müəllim zəng edib, izahat verməyimi xahiş etdi. Bakıda olduğumu bildirdim. Oradan isə RİH başçı əvəzi cənab Valid Ağayevin qəbuluna gəldim, bina qarşısında şifahi şikayət etdim:

Bir qədər də Şəhər İcra nümayəndəsi Məmi Atakişiyev barədə. Cənab Məmi müəllim 530 hektar pambıq əkib, 3 ay işə gəlməyib, pambığını yığdırıb. Məmi müəllimin nəzarətsizliyindən şəhəri sahibsiz itlər bürüyüb. İtləri tutub, çinlilərə təhvil verir, həm özü qazanar, həm də çinlilər. Heyvan hüquqları komitəsi də Məmi müəllimi qınamaz.


Etira aksiyasında həbs olunanlara gəlincə, Cəbrayıl köçkünləri təxribata çəkildi.Halbuki “Qaçqınkom”un sədri Əli Həsənova, xalqa “otxod” deyən Astan Şahverdiyevə köçkünlər məlumat veribmiş ki, biz şaxtadan donuruq, xəstə düşürük, qoca, uşaq əziyyət çəkir.

8 yanvar 2017-ci il İmişli rayon Yalavac kənd sakinləri də bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun talançılığına, korrupsiyaya yol verdiyinə, kəndin torpağını saxta və hərracsız tikinti kralı Əvəz Şükürova, eləcə də kərpic zavodun ərazisini satdığına görə etiraz mitinqi keçiriblər.

Məhbub Zülfüqarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi oldu

    General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin ...

    29-10-2015, 16:26

  • 
  • Ya pul, ya da ki, işıq -başqa yolun yox!

    Ya pul, ya da ki, işıq -başqa yolun yox! ...

    28-12-2015, 22:57

  • 
  • Daha bir polis rəisi vəzifəsindən azad edildi

    Daha bir polis rəisi vəzifəsindən azad edildi ...

    25-03-2013, 10:32

  • 
  • Gəncədə polis idarəsinin rəisi işdən çıxarılıb

    Gəncədə polis idarəsinin rəisi işdən çıxarılıb ...

    16-01-2016, 17:26

  • 
  • Astara gömrüyündə sahibkar soyğunçuluğu

    Astara gömrüyündə sahibkar soyğunçuluğu ...

    3-10-2013, 21:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu