GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Övladlarına aliment ödəməkdən imtina etdi, arvadını yandırdı

Övladlarına aliment ödəməkdən imtina etdi, arvadını yandırdı

Tarix: 18-02-2017, 21:15 Bölmə :Ölkə Baxış: 518
Övladlarına aliment ödəməkdən imtina etdi, arvadını yandırdı

Ölkəmizdə boşanan cütlüklərin sayı minlərlədir. Bu cür ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntı içərisində böyüyür. Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi isə müşkülə çevrilir. Bununla bağlı problemlərin doğurduğu acı nəticələr uşaqların həyatında silinməz izlər buraxır, onların gələcəyinə təsirsiz ötüşmür.

gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, psixoloqların fikrincə, ailədaxili zorakılığın səbəbləri ailə üzvləri arasında anlaşılmazlıq, məsuliyyətsizlik, fiziki və ruhi problemlər, şəxsiyyət pozğunluqları, maddi problemlər, xəyanət, spirtli içki və narkotik vasitələrdən asılılıq, depressiya anlayışlarıdır. Boşanmış cütlüklər arasında isə bu cür zorakılıqlara daha tez-tez rast gəlinir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Göygöl rayon sakini 35 yaşlı Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Ceyhun Zeynalov 29 oktyabr 2016-cı ildə səhər saatlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki körpünün yaxınlığında keçmiş həyat yoldaşı, 29 yaşlı Arzu Zeynalova ilə mübahisə edib. Keçmiş arvadının uşaqlarına müəyyən edilmiş alimenti ödəməməsinə iradı Ceyhun Zeynalovu özündən çıxarıb. O, plastik qabda gətirdiyi benzini Arzunun üstünə tökərək ona od vurub. Qonşuluqda yaşayan taksi sürücüsünün köməkliyi ilə Ceyhun alovu söndürüb və Arzu Zeynalovanı xəstəxanaya çatdırıb.

"Qardaşlarına qoşulub Suriyaya gedəcəyini deyirdi"

Təqsirləndirilən şəxs qismində dindirilən Ceyhun Zeynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Arzu Zeynalova ilə 2006-cı ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladlarının dünyaya gəldiyini, hadisədən bir müddət öncə ayrıldıqlarını, buna ailədaxili mübahisənin səbəb olduğunu göstərib. Belə ki, 2016-cı ilin əvvəlində ər-arvad arasındakı yaranan gərginlik kəskin həddə çatıb: "Hadisədən 9 ay əvvəl aramızda mübahisə düşmüşdü. Yuxudan oyananda Arzunu evdə tapmadım, anasıgilə getmişdi. Zəng vurub xəstələndiyini söylədim. Həmin gün axşam saat təxminən 16-17 radələrində evə gəldi. Ona dedim ki, paltarlarını götür, keç uşaqların otağına, oradan bayıra çıxma".

C.Zeynalovun ifadəsinə görə, Arzuya iradı cavabsız qalmayıb. Qadın ona sözünə baxmayacağını və yaxın günlərdə qardaşlarına qoşulub Suriyaya gedəcəyini söyləyib: "Dedi ki, qardaşlarım Suriyaya gedir, onlara qoşulub mən də gedəcəyəm. Həmin gün evə tək gəlmişdi, uşaqları anasıgildə qoymuşdu. Uşaqları gətirmək adı ilə evdən çıxsa da, həmin gündən sonra bir daha geri qayıtmadı. Ertəsi gün işdən gələndə gördüm ki, Arzunun anası ilə bacısı evin əşyalarını ortalığa yığıblar. Onların bu hərəkətinə əsəbləşib hər ikisini evdən qovdum".

Boşanma qərarı

Bir neçə gündən sonra C.Zeynalovu Xətai rayon məhkəməsinə çağırıblar. Orada Ceyhuna məlum olub ki, arvadı boşanmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Çağırılmasının səbəbi həm də uşaqlara aliment kəsilməsi ilə bağlı olub.

C.Zeynalov məhkəmədən vaxt istəyib. Bundan sonra bir daha onu məhkəməyə çağıran olmayıb.

"Uşaqları da özləri ilə Suriyaya aparmaq istəyirdilər"

Söz-söhbətdən uzaq durmaq istəyən Ceyhun bir müddət Göygöl rayonunda yaşayan qohumlarının evinə gedib, qəbiristanlıqda fəhləlik etməklə dolanıb. Günlərin birində isə Gəncə məhkəməsinin icraçıları onun iş yerinə gəliblər:

"Yaxınlaşıb dedilər ki, həyat yoldaşının boşanma istəyi təmin olunub, uşaqların aliment pulu ödənilməyib. Bundan xəbərim olmadığını bildirdim. Xahiş etdim ki, qeydiyyatım Göygöl rayonuna olduğu üçün sənədləri bura göndərsinlər. On gündən sonra Arzunun qardaşları - Vüsal və Vüqar iş yerimə gəlib uşaqlara görə Arzuya etibarnamə verməyimi tələb etdilər. Onlara qəti şəkildə Arzuya etibarnamə verməyəcəyimi dedim. Çünki bildiyimə görə, onlar Suriyaya köçmək istəyirdilər. Uşaqları da özləri ilə aparmaq niyyətindəydilər. Qayınlarımla mübahisəmiz düşdü. Məni hədələyib getdilər".

"Aliment ödəyə bilmədiyimə görə həbs edildim"

Göygöl rayon məhkəməsinin icra şöbəsinə çağırılan C.Zeynalova bildirilib ki, məhkəmənin qərarı var, hər uşağa görə ayda 134 manat aliment ödəməlidir: "Dedilər ki, yığılan pullar 1800 manat edir. Bu qədər pula gücüm çatmayacağını, 500 manat verə biləcəyimi təklif etdim, razılaşmadılar. İcraçılar inzibati qaydada sənədləşdirib işi məhkəməyə çıxardılar. Göygöl rayon məhkəməsinin qərarı ilə mənə 10 gün inzibati həbs verildi. Həbsdə olanda başa düşdüm ki, qayınlarım məni tutduracaq, uşaqlarımı Suriyaya aparacaqlar".

"Benzini üstünə töküb od vurdum"

On günlük inzibati həbsdən sonra Ceyhun Bakıya gedib Arzu ilə haqq-hesab çəkməyi planlaşdırıb:

"Aylıq məvacibi yığıb Bakıya yola düşdüm. İstəyirdim ki, Arzudan başıma açdığı oyunların haqq-hesabını soruşum. Oktyabrın 29-da səhər təxminən saat 6-da Bakıya çatdım. Avtovağzalda düşəndə taksi sürücüsünə dedim ki, şalvarım bulaşıb, mənə qabda bir az benzin versin. O da 200 qramlıq kapron qabın dibində benzin verdi. Həyat yoldaşımı qorxutmaq niyyətində idim. Qabı alıb Mərdəkana yollandım. Evə tərəf gedərkən Arzu qarşıma çıxdı. Məni görən kimi qaçmaq istədi, arxasınca qaçıb ona çatdım. Məndən nə istədiklərini soruşdum. Məni hədələyərək tutduracaqlarını dedi. Əlimdəki kapron qabın ağzını açıb benzini Arzunun üstünə tökdüm, kibrit çıxarıb yandırdım. Onun alışdığını görüb tez alovu söndürdüm. Könüllü olaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə gedib təslim oldum".

"Ailəyə qarşı soyuq idi, evə baxmırdı"

Zərərçəkmiş Arzu Zeynalova ifadəsində Ceyhunla evliliyinin ilk illərində normal yaşadıqlarını, son üç ildə aralarında ailədaxili narazılıqlar yarandığını göstərib:

"Son illər Ceyhun ailəyə qarşı soyuq münasibət bəsləyirdi, evə baxmırdı, yersiz qısqanclıqlar edirdi, işləmirdi. 2015-ci ilin axırlarında məktəb başlayan zaman evdə şəraitimiz pis olduğundan, Ceyhun məni valideynlərimin evinə qoydu. Uzun müddət uşaqlarla birgə anamgildə qaldım. Hərdən evə təmizlik üçün gedirdim. Ceyhun da deyirdi ki, get atandan pul al gətir, evə bazarlıq edək, uşaqları gətirək. Mən də dedim ki, axı nə vaxta qədər atam bizə baxacaq. Bu sözə görə məni döydü.

Atamgilə qayıdıb Ceyhunun məni döydüyünü onlara dedim. Atam zəng vurub Ceyhunla danışdı, nə baş verdiyini soruşdu. Ceyhun həmin gün axşam qardaşım Daşqınla birlikdə gəldi. Daşqın atamla söhbət edib mənim Ceyhundan boşanmağımı təklif etdi. Etiraz etmədilər".

"Bu günə qədər də alimenti ödəməyib"

Zərərçəkmişin ifadəsinə görə, ötən ilin aprel ayının 1-də Xəzər rayon məhkəməsinə boşanma ərizəsi ilə müraciət edib. Məhkəmənin qərarı ilə rəsmi qaydada ayrılıblar. Hər uşağa görə Ceyhun hər ay 117 manat aliment ödəməli olsa da, onlar bir daha üz-üzə gəlməyiblər.

Aliment məsələsi ortaya çıxandan sonra Ceyhunun qohumları onları barışdırmağa çalışıb. A.Zeynalova bu günə qədər də Ceyhunun alimenti ödəmədiyini bildirib.

"Alov bədənimi bürüdükdə odu söndürməyə başladı"

Ötən ilin oktyabr ayının 29-da səhər tezdən satıcı işlədiyi mağazaya yollanan Arzu Mərdəkan qəsəbəsində körpünün yanındakı keçiddə Ceyhunla rastlaşıb. Ceyhunun onu döyəcəyindən qorxub tələsik taksiyə oturub. Bu zaman Ceyhun da onun arxasınca gələrək taksiyə əyləşib:

"Zob xəstəliyindən əziyyət çəkdiyimə görə, həyəcandan boğulmağa başladım. Ceyhun nə səbəbə ondan aliment istədiyimi soruşdu. Aliment məsələsinə görə on gün həbsdə yatdığını dedi. Ona "bu mənim özüm üçün yox, uşaqların məktəb xərcini ödəmək üçündür" dedim. Alimentdən imtina etməyi tələb etdi. Həmin vaxt onun əlində kapron butılka, içərisində sarı maye vardı. Mayenin nə olduğunu bilmirdim. Ondan qorxduğum üçün alimentdən imtina edəcəyimi söylədim. Ceyhun qabdakı mayeni üstümə tökdü, dartıb maşından çıxartdı. İyindən hiss etdim ki, benzindir. Maşından düşürəndən sonra yerdə qalanı da üstümə səpdi, kibrit çıxarıb od vurdu. Alov bədənimi bürüdü.

Bu zaman Ruslanla Ceyhun məni yaxınlıqdakı gölməçəyə atdılar və alovu söndürməyə başladılar. Alov sönəndən sonra Ruslandan xahiş etdim ki, məni xəstəxanaya aparsın. Amma özünü itirmişdi. Ceyhun məni yola çıxartdı, taksi saxlamağa çalışsa da, heç kim maşın saxlamırdı. Bu vaxt yoldan gələn polis maşını saxlayıb məni xəstəxanaya apardı. Ceyhun yolda hadisəni törətdiyini və təslim olduğunu dedi".

Məhkəmənin hökmü ilə Ceyhun Rzayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaynını öldürmək istədi, ölmədi, amma özü 7 il həbsə girdi

    Qaynını öldürmək istədi, ölmədi, amma özü 7 il ...

    31-07-2015, 00:03

  • 
  • Azərbaycanda dəhşətli boşanma tendensiyası

    Azərbaycanda dəhşətli boşanma tendensiyası ...

    15-01-2014, 22:56

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Arvadından boşanan kişi qaynanasını döydü

    Arvadından boşanan kişi qaynanasını döydü ...

    18-11-2015, 14:25

  • 
  • Taksi sürücüsünü qətlə yetirənlər: 40 il cəza

    Taksi sürücüsünü qətlə yetirənlər: 40 il cəza ...

    13-07-2015, 18:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu