GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının hər küçəsində “pul paylayırlar”

Bakının hər küçəsində “pul paylayırlar”

Tarix: 20-02-2017, 00:45 Bölmə :Ölkə Baxış: 462
Bakının hər küçəsində “pul paylayırlar”

Banklar krediti lombardlara “uduzdu”

“Sizə təcili pul lazımdır. O zaman bizə müraciət edin”. Bu elanla tez-tez rastlaşa bilərsiz. İndi artıq paytaxtın hər küçəsində sizə ehtiyacınız olan pulu verməyə “hazır olan” lombardlar açılıb. Sayları günbəgün artır, əhalinin əlindəki nağd pul və gələcəyə olan ümidi azladıqca onun bu çarəsizliyindən istifadə edib pul qazanmaq istəyənlərin sıralarına yeniləri qoşulur. Dollar-manat münasibətlərinin düz xətt üzər inkişaf etməməsi, məzənnənin az qala hər gün dəyişməsi və uzun müddət üçün proqnoz vermənin çətinliyi nağd pula ehtiyacı olan insanları məhz lombardlara aparır.

Bakının hər küçəsində “pul paylayırlar”

Lombardlar girovu satmaqda maraqlıdır

Banklar hətta 1000 manata qədər olan manat kreditlərini belə çox ağırlaşdırılmış şərtlərlə verdiklərindən vətəndaşların yeganə ümid yeri onları soymağı qarşısına məqsəd qoymuş lombardlara qalır. Banklarda problemli kreditlərin həcmi artdıqca kredit verilməsi çətinləşdirildiyindən, proses çox uzun zaman və ağır şərtlərlə müşayiət olunduğundan əlində son ümid yeri kimi bir-iki zinət əşyası qalan vətəndaşın lombarda üz tutmaqdan başqa çıxış yolu qalmır.

Məhz bu çarəsizlikdən istifadə edən lombardlar bəzən yuxari faizlə verdikləri vəsaiti sonda bütünlüklə geri qalmaqda yox, girovların mənimsənilməsində maraqlı olurlar. Çünki girov qoyulan zinət əşyaları qiymətləndirilərkən dəyərindən çox aşağı məbləğ verilir və bu da həmin girov üzrə ödənişlər olmadığı təqdirdə kredit verənə daha çox pul qazandırır.

20 qram qızıla 500 manat: 2 dəfə ucuz

“Xəstəmizə təcili əməliyyat lazım oldu. 700 manat əlimizdə vardı, amma azlıq edirdi. 1000 manat kredit götürmək istədik. 3 banka getdik, hamisi iş yerindən arayış və zamin istədi. Evdə 2 işləyənimiz var, amma biri gündəlik restoranda ofisiant işləyir, o biri də firmadan mağazalara mal daşıyır. Heç birinə iş yerindən arayış vermədilər.

Dedilər ki, işçi kimi müqaviləsi yoxdur, sosial sığorta ödənişi olmur, buna görə də arayış verə bilməzlər. Məcbur qalıb lombarda gəlinin qızıllarını qoyduq. Utana-utana gəlindən qızıllarını istədik. 20 qram qızıl qoyduq, minnət-xahişlə 500 manat pul götürdük. Qramını 25 manatdan hesabladılar. 535 əyar qızıl idi. Amma satanda o əyarda qızılın qramını 50 manatdan aşağı vermirlər.

Az qala 2 dəfə aşağı hesabladılar. Çarəsiz idik, heç nə demədik. Onsuz da bütün lombardlar bu cür işləyir”- bunu “Cümhuriyət” qəzetinə Almaz Seyidova deyib. Onun sözlərinə görə, həmin vəsaiti əldə etmək üçün bir neçə lombard gəzib və ən uyğun şərtlə olanı tapıb:
“Burda ayda 30 manat ödəyirik. 7 fazilə veriblər. Amma başqa lombardla da oldum, ən ucuz verəni 8 faizlə veriridi. Qalanları da manatla yox dollarla kredit verir”.

Devalvasiyadan sonra lombardlara “yaşıl işıq”

Problem yaradan məqamlardan biri də məhz bu dollar məsələsidir. Manatın məzənnəsinin aşağı düşməsi, dolların bahalaşması lombardları daha bir qanunsuzluğa sövq edib. Kreditləri dollarla verən lombardlar peyda olub. Devalvasiyaya qədər bankların krediti və kredit kartlarını sağa-sola payladıqları dövrdə bazarları ölən və sayları kəskin şəkildə azalan lombardlar devalvasiyadan sonra meydanı ələ alıblar. İndi onlar təkcə banklar üçün rəqib deyil, həm də onların kredit imkanlarının qarşısına sədd çəkən maneədir. Təbii ki, söhbət nisbətən daha az- 5 min manata qədər olan məbləğlərdən gedir. Bundan daha yuxarı məbləği bir müştəriyə verən lombardların sayı o qədər də çox deyil.

Üsul 1: Manat verən lombardlar

Hazırda lombardlarda 3 növ kredit “üsulu” var. Birinci üsul manatla kredit verilməsidir ki, bu zaman faizlər ən azı 7-dən başlayır. Təbii ki, cəlbedicilik xatirinə, hətta 4 faizlik kredit elanlarına da rast gələ bilərsiniz. Ancaq bu real deyil və realda ən yaxşı rəqəm indiki halda müştərilər üçün 7 faiz hesab olunur. Ancaq bu lombardlarda da müqavilə bağlanan zaman müştəriyə elan edilir ki, əsas məbləğ azaldıqca faiz dərəcəsi 8, hətta 9 faizə yüksələcək. 8-9 faiz əksər lombardların iş qaydasıdır. Bu qayda ilə işləyən lombardlar faiz dərəcəsinin adətən əsas məbləğin dəyişməsindən asılı olmayaraq sabit saxlayır. 10, hətta 12 faizdən yuxarı kredit verən lombardlar da var, ancaq onlar bazardakı rəqabətə davam gətirməkdə çətinlik çəkirlər. Çünki təklif çoxdur.

Üsul 2: Dollar verən lombardlar

İkinci üsul dollarla kredit verilməsidir. Bu lombardlar qızılı qiymətləndirib, yekun məbləği günün məzənnəsinə uyğun olaraq dollara çevirir. Krediti isə milli valyuta ilə ödəyir. Hətta faizlər də sənədlərdə dollarla göstərilsə də günün məzənnəsinə uyğun olaraq manatla alınır. Ancaq əsas məbləğ geri ödənilərkən girov sahibindən dollar ya da həmin günün məzənnəsinə uyğun olaraq manat qəbul edilir. Lombardlar manatın kəskin ucuzlaşmasını gözləmədiklərindən dollarla rəsmiləşdirməni özləri üçün daha çox qazanc yolu seçiblər.

Üsul 3: Manat verib dollar alan lombardlar

Lombardlardakı üçüncü üsul kreditin manatla verilməsi, ancaq geri ödənilən zaman günün məzənnəsinə uyğun olaraq əlavə vəsaitin tələb edilməsidir. Hər iki devalvasiyadan sonra lombardlar arasında bu üsula üstünlük verənlərin sayı artıb. Bu lombardlarda sənədləşdirmə manatla aparılır, ancaq sənədlərin bir küncündə kredit verilən günü üçün dolların məzənnəsi qeyd olunur. Bu məzənnənin aylıq faizlərə heç bir təsiri olmur və faiz müqavilədə göstərilən dərəcə ilə ödənilir. Ancaq kredit götürən şəxs girovunu lombarddan çıxarmaq istədikdə məzənnə söhbəti gündəmə gətirilir. Əsas məbləğdən əlavə girov qoyan şəxsdən günün məzənnəsinə uyğun olaraq əlavə pul tələb edilir. Məsələn, şəxs kredit götürəndə manat 1,8 manat idisə, kredit bütünlüklə geri ödəniləndə məzənnə 1,9 manata yüksəlibsə, arada qalan məbləğ tələb olunur.

Ümumilikdə isə lombardlar aylıq 5-7% ,illik 60% -dən yuxarı kredit təklif edir. Banklarda isə illik faiz dərəcəsi 26-34% olduğundan ikincilər birincilərə nisbətən daha sərfəli olsa da, kredit əldə etməyin çətinliyi vətəndaşları bundan yayındırır. Digət tərəfdən müştərinin qızıl-zinət əşyasını bankda girov saxlaması daha təhlükəsizdir. Ancaq son zamanlar lombardlar girovların daha təhlükəsiz saxlanmasına nəzarəti artırıb. Adının çəkilməsini istəməyən lombard əməkdaşının dediyinə görə, girovlar gündəlik olaraq inkasator vasitəsilə banklara aparılır ki, bu da təhlükəsizliyin təmini məqsədi daşıyır. Çünki girovlar lombardların yerləşdiyi, adətən, kiçik və xüsusi qorunması olmayan ofislərdə saxlandığı təqdirdə oğurluq ehtimallarında sığortalanmır. Narahatlıq yaradan digər məqam lombard sahibi olan fiziki şəxslərin girovları qaytarmaması, mənimsəməyə cəhdi, hətta qaçması kimi hadisələrə rast gəlinməsidir. Ancaq banklarda belə bir təhlükə olmur. Digər tərəfdən lombardlar kredit üzrə faizlərin 2 ay ardıcıl olaraq ödənməyəcəyi təqdirdə sahibinə xəbər vermədən satılacağına dair sənədə qol çəkdirir. Banklarda isə bu satış əsasən hərrac vasitəsilə keçirilir və girov sahibinin də həmin hərracda iştirak etmək imkanı olur.

Müştəri sənədə qol çəkdirilir və... girov artıq satıla bilər

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, Mülki Məcəllənin 295-ci (girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları), 296-cı (girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası), 297-ci (girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) və 298-ci (girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi) maddələrində lombardlarda girov qoyulmuş qızıllarla bağlı məsələ də yer alıb. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Bu da lombardlara girov qoyan şəxslərin həmin hərracda iştirakına imkan yaradır. Ancaq istisnasız bütün lombardlar 2 ay ardıcıl ödəniş olmayacağı təqdirdə müştərilərindən girovun onların xəbəri olmadan satışa çıxarılmasına etiraz etmədiyini bildirən sənədə qol çəkdirir. İndiyə qədər hansısa lombardın açıq hərrac keçirdiyi barədə məlumata rast gəlinməyib. Ekspert deyir ki, Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Mülki Məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır”.

“Əvvəlcədən deyin, pulu hazır edək”

Lombardların fəaliyyətinin ümumiyyətlə, qanunsuz olduğunu deyən Ə.Həsənov son zamanlar onların sayının artmasını da banklarda kreditlərlə bağlı yaranmış vəziyyətlə izah edib: “Elə lombardlar var ki, vəsaiti çox kiçik bir məbləğdir- məsələn, 200 manat. O zaman sual yaranır ki, kredit vermək üçün vəsaiti olmayan şəxs necə lombard aça bilər? Deməli, onları hansısa əl himayə edir. Kredit verdikləri məbləğ də kimlərsə tərəfindən ötürülür. Kimlərlə lombardların əli ilə pul qazanır”. Ekspertin dediyini söhbətləşdiyimiz lombard əməkdaşları birbaşa olmasa da, dolayısı ilə təsdiqləyirlər.

“Əgər sizə 1000 manatdan artıq pul lazımdırsa, əvvəlcədən bildirin ki, biz pulu hazır edək” deyə lombard əməkdaşı deyir. Zərgər olan bu əməkdaşların əsas işi qızıl girovunun qiymətləndirilməsindən və kreditn həcminin müəyyən edilməsindən asılıdır. Burda insaflı-insafsız adam söhbəti də keçmir: Sanki tapşırıq bir mərkəzdən verilirmiş kimi icra edilir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lombardlar əhalini necə girova çevirir?

    Lombardlar əhalini necə girova çevirir? ...

    24-02-2014, 13:08

  • 
  • Fazil Məmmədov lombardlara müharibə açdı

    Fazil Məmmədov lombardlara müharibə açdı ...

    22-09-2013, 23:37

  • 
  • Yoxsullar üçün “Lombard tələsi”

    Yoxsullar üçün “Lombard tələsi” ...

    4-04-2014, 10:47

  • 
  • Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb

    Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb ...

    11-01-2016, 23:26

  • 
  • Dollarla krediti olanları nə gözləyir? – EKSPERT RƏYİ

    Dollarla krediti olanları nə gözləyir? – EKSPERT ...

    21-12-2015, 15:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu