GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müstəqilliyə qarşı olan dövlət məmuru

Müstəqilliyə qarşı olan dövlət məmuru

Tarix: 28-05-2013, 12:43 Bölmə :Ölkə Baxış: 1 123
Müstəqilliyə qarşı olan dövlət məmuru
Dövlət müstəqiliyyimizin əleyhinə səs vermiş Əhməd Əhmədzadəni yaxından tanıyaq
Əhməd Əhmədzadə. Bu ad bəlkə də sıravi azərbaycanlı üçün heç nə demir. Amma bu adın sahibi Melorasiya və Su Təssərüfatı ASC-yə rəhbərlik edir. Hər il dövlət büdcəsindən milyonların ayrılmasına baxmayaraq, onun rəhbərlik etdiyi sahədə durum acınacaqlıdır.
Sanki Əhməd Əhmədzadəyə dövlət büdcəsindən pulu ona görə ayırırlar ki, həmin vəsaiti təyinatı üzrə xərcləməsin. Bunu Kür ətrafı rayonlarda baş verən bir az təbii, bir az da qeyri-təbii fəlakət çox açıq şəkildə sübuta yetirdi. Qəhrəmanımızın “igidiyi” bununla yekunlaşmır, adam həm də dövlət müstəqilliyimizin əleyhdarlarından biri olaraq tanınır. Xoş olmasa da, onu yaxından tanımağa çalışaq.
Qaranlıq keçmişə işıq salmaq cəhdi
Əhməd Əhmədzadə ölkənin starteji sahələrindən birinə rəhbərlik etməsinə baxmayaraq, onun tərcümeyi-halı ilə bağlı nə internet saytlarında, nə də jurnalist əlinin yetə biləcəyi digər mənbələrdə heç bir məlumat yoxdur. Olduqca paradoksal və müəmmalı haldır ki, ölkənin az qala sıravi vətəndaşı haqqında belə məlumatların geniş yayıldığı internet məkanında Əhməd Əhmədzadənin keçmişi ilə bağlı bir cümlə də yazılmayıb. Bunun qaranlıq keçmişi gizlətmək cəhdi yoxsa, texniki yanlışlıq olduğunu araşdırmaq niyyətimiz yoxdur. Amma hər halda özü haqqındakı məlumatları cəmiyyətdən gizlətməyin nazir səlahiyyətli bir şəxs üçün yolverilməz olduğunu da qeyd etməyə bilməzdik.
Ciddi cəhdlə dəqiqləşdirmək istədiyimizə baxmayaraq, onun konkret olaraq neçənci ildə anadan olması faktını da öyrənə bilmədik. Özəl kanallarla onu aydınlaşdırdıq ki, Əhməd Əhmədzadə Qax rayonunda anadan olub. Uşaqlıq və gənclik illərini rayonda keçirən Əhməd Əhmədzadə sonralar ali təhsil almaq məqsədilə Bakıya gəlir. Tələbəlik illəri ilə bağlı hər hansı məlumat əldə edə bilmədiyimizə görə, onun həyatının bu mərhələsi haqda konkret nəsə yazmaq çox çətindir. Amma məlum olan budur ki, ali təhsilini başa vurduqdan sonra Əhməd Əhmədzadə yenidən doğma rayonuna qayıdır və elə burada da əmək fəaliyyətinə başlayır. Müxtəlif illərdə rayonda müxtəlif vəzifələrdə çalışan qəhrəmanımız artıq bir neçə ildən sonra Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə qədər yüksələ bilmişdi.
Pul yığmağı yaxşı bacarırdı
Ə.Əhmədzadənin hələ gənc yaşlarından vəzifə pillələrində gözləninlməz yüksəlişlər fəth etməsinin əsas səbəbləri onun yaxşı icraçı olması və pul toplamaq bacarığı idi. Hələ Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyərkən yerli rəhbərlərlə gözəl münasibətlər quran Ə.Əhmədzadə tez-tez onlara bahalı hədiyyələr etməyi xoşlayırdı. Rəhbərlər üçün lazım olan “defisit” malları yerin deşiyindən də olsa tapıb gətizdirən Ə.Əhmədzadə bu bacarığına görə rayon elitasında sayılıb-seçilən adamlardan hesab olunurdu. Elə buna görə də pul qazanmağın və maliyyə fırıldağının ustadlarından sayılan Ə.Əhmədzadə tez bir zamanda parladı və Qax Rayon Partiya Komitəsi Bürosunun üzvü seçildi. Bu hələ gənc olan Ə.Əhmədzadə üçün çox böyük uğur sayılırdı və onun sonrakı yüksəlişində bu amil çox böyük rol oynadı.
Həmin vaxt Qax Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Səfiyyə xanım Dibirova ilə yaxşı münasibətlər quran Ə.Əhmədzadə məhz onun təqdimatı əsasında daha yüksək vəzifəyə təyinat ala bildi. O zaman Mərkəzi Komitədə Qax rayonu üzrə kurator Ramiz Mehdiyev idi və o rayon rəhbərliyindən Xalq Deputatları Sovetinə sədr seçmək üçün “məsləhətli” kadr istəyəndə Səfiyyə Dibirova tərəddüd belə etmədən Ə.Əhmədzadənin adını çəkir.

“Cavan oğlan, səni seçəcəklər get işlə...”
Ramiz Mehdiyev gənc Ə.Əhmədzadəni Azərbaycan Kominist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə təqdim etmək üçün Bakıya çağırtdırır. Onunla əvvəlcə Mərkəzi Komitənin Təşkilat Şöbəsinin müdiri İsmayıl Əsgərov söhbət aparır, daha sonra isə Ramiz Mehdiyev ona bəzi məsləhətlərini verir. Bütün bu prosedurlardan sonra Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev tərəfindən qəbul edilən Ə.Əhmədzadə artıq onun kabinetindən çıxdıqdan sonra özünü Qax rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri kimi hiss edə bilərdi. Çünki artıq hər şey danışılmış və H.Əliyev ona »cavan oğlan, səni seçəcəklər, get işlə» demişdi.
1975-ci ilin iyun ayında baş verən bu hadisə Ə.Əhmədzadənin karyerasında mühüm mərhələ olur. Ə.Əhmədzadə artıq Qax rayonuna məsul olan rəhbər şəxslərdən biri idi. Onun həmin vəzifədə bir neçə il işlədiyi məlumdur. Çox güman ki, rəhbərlik bu seçimdən narazı qalmamışdı. Hər halda Ə.Əhmədzadə »yuxarı»dan gələn tapşırıqları can-başla yerinə yetirməyə və hamını razı salmağa çalışırdı. Görünür, elə onun »çalışqanlığını» nəzərə alan »yuxarılar» Ə.Əhmədzadəyə daha yüksək etimad göstərmək qərarına gəlmişdi.
Əhmədzadə Füzuli rayonunun birinci katibi olur
1981-ci ildə respublika rəhbərliyi Ə.Əhmədzadəni Füzuli rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edir. Buna qədər isə artıq Ə.Əhmədzadə özü üçün kifayət qədər böyük kapital toplaya bilmişdi. Hər kəsin »haqqını» vaxtında çatdırdığından buna görə ona »gözün üstə qaşın var» deyən yox idi. Onun Füzuliyə birinci katib gətirilməsində də güman ki, »təmizliyi» çox böyük rol oynamışdı. Füzuli rayonuna rəhbərlik etdiyi illər ərzində »pripiska» sayəsində planı yüz faiz yerinə yetirən Ə.Əhmədzadə bu bacarığı sayəsində rəhbərliyin sevimlisinə çevrilir. Hətta rəhbərliyin bir neçə dəfə Ə.Əhmədzadəni digər rayon rəhbərləri üçün örnək göstərildiyi də faktdır.
Həmin illər ərzində R.Mehdiyevlə daha da yaxınlaşan Ə.Əhmədzadə artıq onun siyasi komandasının əsas üzvlərindən birinə çevrilmişdi. Eyni zamanda H.Əliyevin də rəğbətini qazanması onun gələcək karyerasının uğurlu olmasını şərtləndirirdi. 1982-ci ildə H.Əliyevin Moskvaya gedişindən sonra da müxtəlif vəzifələrdə çalışmış Ə.Əhmədzadə bütün birinci şəxslərlə dil tapa bilirdi. Elə buna görə də o tezliklə Azərbaycan SSRİ Ali Sovetinin deputatı mandatını qazana bilir. Deputat kimi fəaliyyəti hiss olunmayan Ə.Əhmədzadəni geniş ictimaiyyət yalnız 1991-ci ildə xalqa zidd mövqeyi ilə tanıdı.
Müstəqillik aktının əleyhinə səs verib
Sovet rejiminin yetirməsi olan Ə.Əhmədzadə 1988-ci ildə vüsət alan milli-azadlıq hərəkatının düşmənlərindən biri kimi tanınır. O, bunu 1991-ci ilin 18 oktyabrında Ali Sovetdə müstəqillik aktının əleyhinə səs verməklə növbəti dəfə sübuta yetirib. Çox dəhşətli faktdır ki, Ə.Əhmədzadə bir vaxtlar müstəqilliyinin əleyhinə səs verdiyi dövlətin məsul postlarından birində əyləşib və bu gün ağzı köpüklənə-köpüklənə müstəqilliyimizin əbədi olacağından dəm vurur. Ən pisi isə odur ki, bu baxımdan Ə.Əhmədzadə tək deyil, müstəşillik aktının əleyhinə səs verənlərin böyük əksəriyyəti sonradan müstəqil Azərbaycan Respublikası tərəfindən yüksək postlarla mükafatlandırılıb. Yerigəlmişkən onların bir neçəsinin adlarını çəkməyi lazım bilirik:
Eldar İbrahimov - MM-in Aqrar Siyasət komissiyasının sədri, Mixail Zabelin - deputat, Madər Musayev - deputat, Əli Həsənov – “Qaçkınkom”un sədri, İrşad Əliyev - Kənd Təsərrüfatı naziri və s. Bu hələ müstəqilliyimizin əleyhinə olub, sonradan yüksək post tutanların yalnız bir qismidir. Mövzumuz bu olmadığından onların hamısının adlarının dərc etmədik. Təəssüflər olsun ki, yazımızın “qəhrəman”ı Ə.Əhmədzadənin adı da həmin “qara siyahı”da var.
1992-ci ildə “Bakı-Naxçıvan” reysinin daimi sərnişini idi
Ə.Əhmədzadənin istəyib-istəməməsindən asılı olmayaraq, 1991-ci ildə igid oğlullarının rəşadətli mübarizəsi nəticəsində Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Milli qüvvələrin hakimiyyətə gəlişindən sonra isə Ə.Əhmədzadə kimilərinin meydanı daralmağa başladı. Deyilərə görə, həmin ərəfədə Ə.Əhmədzadənin sistemli olaraq məşğul olduğu iş Naxçıvana gedib-gəlmək olub. Orada dəfələrlə mərhum dövlət başçısı H.Əliyevlə görüşən Ə.Əhmədzadə onun hakimiyyətə gəlişi üçün canı-dildən çalışıb. Onun bu əziyyəti unudulmayıb və milli qüvvələr devrildikdən sonra Ə.Əhmədzadə yenidən meydana qayıdıb. Müxtəlif vəzifələrdə çalışan Ə.Əhmədzadə sonradan Melorasiya və Su Təssərüatı ASC-nin sədri təyin olunub.
Bu vəzifədə milyonlar qazanan Ə.Əhmədzadə bu günə qədər də hakimiyyətin sevimlisi olaraq qalır. Bunun bircə faktla sübuta yetirmək olar ki, “Azərsu” SC yaradılarkən bəziləri Melorasiya və Su Təssərüatı ASC-nin ləğvini və səlahiyyətlərinin »Azərsu»ya verilməsini istəyirdi. Məntiqlə də bunun belə olması lazım idi. Amma Ə.Əhmədzadənin postsuz qalmasını istəməyən hakimiyyət başbilənləri bu planın üzərindən qalın bir xətt çəkdilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstiqlalın əleyhinə olan müstəqillik naziri - Əhməd Əhmədzadə

    İstiqlalın əleyhinə olan müstəqillik naziri - ...

    24-01-2013, 10:11

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Əhməd Əhmədzadə çətin durumda

    Əhməd Əhmədzadə çətin durumda ...

    22-01-2013, 10:16

  • 
  • Əhməd Əhmədzadə haqda dosye

    Əhməd Əhmədzadə haqda dosye ...

    21-12-2012, 13:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu