Mirşahinin "Hesabat" proqramında ANS telekanalının iki əməkdaşının polis təzyiqi ilə üzləşməsinə münasibət bildirilib. ANS-in vitse-prezidentinin hadisəyə münasibətini təqdim edirik:
"Ağacın iki başı olur. Taksim ağacının ikinci başını Bakıda ANS-in əməkdaşları hiss etdi. Türkiyə səfirliyi qarşısında Taksim meydanına dəstək məqsədilə keçirilən dinc aksiyanı çəkən əməkdaşlarımız Elnarə Məmmədova və operator Firuz Ağayev Polis əməkdaşlarının təzyiqi ilə üzləşdilər.
Operatorumuz və müxbirimiz bədən xəsarətləri alıblar. Sabah tibbi ekspertizanın cavabları məlum olacaq. Polis sonradan öz hərəkətini onunla izah etdi ki, guya əməkdaşlarımız hansısa tanıdıcı geyimdə olmadıqlarından onları tanımayıblar. Geyim məsələsinə az sonra qayıdaram. Amma əvvəlcə onu deyim ki. Elnarə uzun müddətdir ki, aparıcıdır, "İç xəbər", "Xəbərçi", "Növbətçi" verilişlərinin aparıcısı olub. Ola bilər ki, pols "Xəbərçi" və "İç xəbər"ə ümumiyyətlə baxmasın. Amma "Növbətçi" verilişi ki, polisin öz verilişidir və onlar Elnarəni tanımaya bilməzdilər.
İndi isə tanıdıdıcı geyimə qayıdırıq. Polis dostlarımızın təkidindən belə anlaşılır ki, onlar jurnalistlərimizə hansısa xüsusi forma veriblər və əməkdaşlarımız onları geyinməyib. Amma bizə belə bir geyim verilməyib. Mikrofonumuzun üstündə isə ANS-in loqotipi var.
Birdə ki, biz sabit, demokratik bir ölkədə yaşayırıq. Bu dövlətin qurulmasında elə polis əməkdaşlarımızla birlikdə nə boyda döyüş yolu keçmişik. Mənim yadımdadır ki, Ağdamda ermənilərin hücumu zamanı polis ANS-in əməkdaşlarını necə sayıqlıqla qoruyurdu. O zaman bizim heç ağlıma da gəlməzdi ki, polis nə vaxtsa ANS-in əməkdaşlarını qollarını arxasına çataraq maşına basacaq. Üstəlik də bu əməkdaş qadındı, zərif məxluqdu, polis qorumalı olduğuna basqı göstərir. Özü də yalnız ona görə ki, qarşısındakı peşə borcunu yerinə yetirir. Onu da xüsusi qeyd edək ki, neçə illərdir jurnalistlər çəkilişə görə saxlanmaq, harasa aparılmaq kimi hallarla rastalşmırdılar. Nə oldu? Niyə başladı? Bilirsiniz, o saat hansısa ağzıgöyçəklər tapılır. Məsələn bəzi saytlarda bu hadisənin səbəbini onunla izah edirlər ki, guya ANS Novxanıdakı son mitinqi çəkib göstərldiyinə görə cəzalanlırılıb. Baxmayaraq ki, biz belə hesab etmirik. Amma hesab edənlər ki var. Bir polis əməkdaşının səhvi niyə bu boyda problemə səbəb olsun?
Lap elə tutaq ki, jurnalist də səhvdən sığortalanmayıb, hardasa maksimalistlik elgyib. ANS-in ünvanına polisi müxtəlif məsələlərlə bağlı günahlandıran nə qədər məktub gəlir. Amma biz polisi ANS-in maşınlarına basıb şirkətimizə gətirmirik ki. Müraciətləri tədbir görülməsi üçün ünvanlarına göndəririk.
Və nəhayət. Tutaq ki, jurnalistin forması yoxdur. Polisin ki forması var. Hər halda biz ümid edirik ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi məsələnin tam araşdırılmasını və günahkarların layiqli şəkildə cəzalandlırılmasını təmin edəcək. Biz tazirimizi belə tanıyırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?