GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səhiyyə nazirinin sirli yüksəlişinin gizlinləri

Səhiyyə nazirinin sirli yüksəlişinin gizlinləri

Tarix: 3-06-2013, 20:58 Bölmə :Ölkə Baxış: 1 690
Səhiyyə nazirinin sirli yüksəlişinin gizlinləri
Səhiyyə naziri Oqtay Şirəliyev sələfi Əli İnsanov qədər güclü fiqur sayılmasa da hakimiyyət düşərgəsində toxunulmaz şəxslərdən hesab olunur. Nazir təyin olunmasından sonra həyata keçirdiyi tədbirlər nəticəsində ölkənin səhiyyə sistemini öz əlində cəmləşdirməyi bacaran O.Şirəliyev bu rentabelli sahəni digər məmurlar üçün əlçatmaz edib. Hətta ən qüdrətli oliqarx-məmurların belə çəkindiyi O.Şirəliyevin gücü nədədir? Bu dəfəki yazımızda bu və digər sualların cavabını tapmağa və O.Şirəliyevi daha yaxından tanımağa çalışacağıq.
Sirli Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev haqqında hansısa özəl məlumatı əldə etmək kifayət qədər çətindir. Səhiyyə Nazirliyinin rəsmi saytında onun haqqında heç bir məlumat yerləşdirilməyib. Bir neçə mənbəyə baş vursaq da O.Şirəliyevin tərcümeyi-halını əldə edə bilmədik. Odur ki, qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlarla kifayətlənməli olduq. Həmin məlumatlarda isə qeyd olunur ki, O.Şirəliyevin nəsli əslən Cənubi Azərbaycandandır. Onun ailəsi Cənubi Azərbaycandan köçdükdən sonra Göyçay rayonunda məskunlaşıb.
Nazirlə bağlı maraqlı məqamlardan biri də onun məşhur Paşayevlər ailəsi ilə qohumluq münasibətində olmasıdır. Deyilənlərə görə, O.Şirəliyevin nazir postuna təyin olunmasında da bu faktor həlledici amillərdən biri kimi çıxış edib. Belə ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovun həbsə alınmasından sonra o zaman Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsini tutan O.Şirəliyev üçün yüksəliş şansı yarandı və bu şansdan maksimum yararlanmağı bacardı.
Hakim ailənin həkim yaxını
O.Şirəliyev heç bir hakim qruplaşmada təmsil olunmur. Hakim dairələrdə o birmənalı olaraq hakim ailənin yaxın adamı kimi dəyərləndirilir. Təbii ki, belə bir imic onun xeyrinə işləyir və bir-birilə ziddiyyətdə olan qruplaşmalardan heç biri səhiyyə naziri ilə üz-üzə gəlmək istəmir. Elə buna görə də O.Şirəliyev bütün qruplaşmalar tərəfindən eyni dərəcədə qəbul edilir. Hətta səhiyyə nazirinin bir sıra addımları kimlərinsə maraqlarına zərbə vursa belə heç kim onunla açıq mübarizəyə girməyə cürət etmir.
Rəhbərlik etdiyi səhiyyə sisteminin şəriksiz ağası olan O.Şirəliyev heç bir hakim qruplaşmanı onun biznes sahəsində layihələr həyata keçirməsinə izn vermir. Bütün dövlət və özəl tibb ocaqlarına nəzarəti əlindən saxlayan səhiyyə naziri ayrı-ayrı məmurlara məxsus olan bitt müəssisələrini də sıradan çıxartmağı bacarıb. Məlumat üçün bildirək ki, onun nazir təyin olunmasına qədər bir çox məmurlar səhiyyə sistemində də «kök atmağa» nail olmuş və paytaxtda bir neçə özəl klinikalar açdırmışdılar. Onun inadlı mübarizəsindən sonra isə həmin klinikaların ya fəaliyyəti dayandırılmış, ya da onun üzərindəki sərəncam hüququ O.Şirəliyevə keçmişdir.
Çiçəklənən dərman biznesi
O.Şirəliyevi dərman biznesinin şəriksiz lideri də adlandırmaq olar. Qeyd edək ki, dərman satışı ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyinin sərtləşdirilmiş qaydaları mövcuddur və apteklərin açılmasından tutmuş fəaliyyətinə qədər bütün prosedurlar tam inhisardadır. Əldə etdiyimiz məlumatlara görə, dərman satışı üçün lisenziyanın alınmasına görə 30-40 min ABŞ dolları məbləğində rüşvət tələb olunur.
Dərman satışı ilə bağlı lisenziyaların dövlət qiyməti isə 5500 manat dəyərində göstərilir.
Xatırladaq ki, Azərbaycanda qeydiyyatdan keçən dərmanların böyük əksəriyyəti Rusiya, Ukrayna, Almaniya və digər Avropa ölkələrindən idxal olunur. Həmin dərmanların ölkəyə gətirilməsi işinə də nazirin şəxsən rəhbərlik etdiyi bildirilir. Əgər bir neçə il bundan qabağa qədər hansısa şəxslər və ya firmalar da xaricdən dərman gətirə bilirdilərsə artıq bunun qarşısı alınıb. Dərman biznesindən kifayət qədər böyük paralar qazanan səhiyyə nazirinin digər böyük gəlir mənbələrindən biri də xəstəzanaların ərzaq təminatıdır. 2008-ci il fevralın 1-dən dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olması haqda sərəncamdan sonra bu sahəyə büdcədən ayırmalar kifayət qədər artmış və bu da öz növbəsində yeyintinin miqyasının böyüməsinə yol açmışdır.
Xəstəxanalarda ərzaq maxinasiyası
Səhiyyə Nazirliyi iddia edir ki, Azərbaycandakı bütün xəstəxanalarda pasiyentlərə səhər, günorta və axşam yeməyi verilir. Amma biz də yad planetli deyilik və Azərbaycan xəstəxanalarında pulsuz yeməyin verilməsinin nadir hadisə sayıldığını gözəl bilirik. Heç kimə sirr deyil ki, xəstələrin yanına yaxınları yemək gətirməsə onlar sadəcə olaraq aclarından ölərlər. Əslində isə xəstəxanaların ərzaqla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Xəstələrin qida rasionuna gəlincə isə onlara çörək, çay, müxtəlif yeməklər, ümumiyyətlə, meyvəyə qədər hər şeyin verilməli olduğu halda, xüsusi profilli xəstəxanaları çıxmaq şərtilə çox yerdə buna riayyət olunmur. Əslində burada bütün günahı xəstəxanaların üzərinə yıxmaq da düzgün olmazdı. Çünki xəstələrin ərzaqla təmin edilməsi məqsədilə büdcədən ayrılan vəsaitlərin heç 10 faizi xəstəxanalara verilmir. Həmin pullar elə nazirlikdəcə bölüşdürülür. 2007-ci ildə xəstəxanaların ərzaq təminatına 6 milyon manat vəsait ayrılıb. Bu məbləği yetərli hesab etməyən nazir sonrakı illərdə vəsaitin artırılmasına nail olsa da bu özünü xəstəxanaların təminatında göstərmədi. Hızırda respublikada fəaliyyət göstərən əksər xəstəxanalarda xəstələrin qida rasionu ilə bağlı ciddi problem var. İndi bir xəstə üçün ərzaq norması xəstəxanalar üçün gündə təxminən 20 qəpik həcmində müəyyənləşdirilib. Amma reallıq ondan ibarətdir ki, bir xəstəni gündə üç dəfə yeməklə təmin etmək üçün ən azı 3 manat vəsait ayrılmalıdır. Səhiyyə Nazirliyi isə bu 3 manatı xəstələr üçün çox görür.
Şirəliyevin minnətli «pulsuz tibbi xidməti»
«Bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və dərman preparatları pulsuzdur». Bu və ya buna oxşar məhmunda elanlar bütün dövlət xəstəxanalarında elə qapının girişindəcə asılsa da bunun nağıl olduğuna heç kim şübhə etmir. Azərbaycan vətəndaşlarının tibbi yardım almaq hüququ yalnız qanunlarla təmin olunub. Reallıqda isə heç bir dövlət müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil.
Məlumat üçün bildirək ki, inkişaf etmiş Avropa ölkələrdə səhiyyə xidmətlərinin pulsuz olmasına rast gəlinmir. Həmin ölkələrdə yalnız müəyyən kateqoriyalı insanlar üçün güzəştlər nəzərdə tutulur və həmin güzəştlər doğrudan da tətbiq edilir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Qanunvericilikdə istisnasız olaraq bütün vətəndaşlar üçün pulsuz tibbi xidmət nəzərdə tutulur və göstərilən səhiyyə xidmətinə görə istisnasız olaraq hər kəsdən pul alınır. Bir halda ki, qanunda nə yazılmasından asılı olmayaraq vətəndaşa pulsuz səhiyyə xidməti göstərilmir, o zaman daha yaxşı olmazdımı ki, pasiyent rüşvət formasında verdiyi pulu rüsum şəklində xəstəxanalara ödəyəydi və heç olmasa risqli qruplara daxil olan xəstələrin müalicəsini dövlət təkcə kağız üzərində yox, elə reallıqda özürinə götürəydi? Təbii ki, bu variant O.Şirəliyevin minnətli «pulsuz tibbi xidməti»ndən daha optimal variant ola bilərdi.
Səhiyyə nazirinin xobbisi
Aldığımız məlumatlarda səhiyyə nazirinin spirtli içkilərə hədsiz meylli olduğu bildirilir. Onun ən sevimli məşğuliyyətinin isə qiymətli suvenirlər toplamaq olduğu bildirilir. O.Şirəliyev eyni zamanda ev heyvanlarının həvəskarı kimi də məşhurdur. Nazirin xüsusilə cins itlərə maraq göstərdiyi və bağında bir neçə cins itinin olduğu söylənilir. Texnologiyanın son nailiyyətlərinə biganə qalan O.Şirəliyevin sərbəst şəkildə kompüterlə işləyə bilmədiyi də daxil olan məlumatlar arasındadır.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Şirəliyevin bankir oğlu

    Oqtay Şirəliyevin bankir oğlu ...

    25-01-2014, 02:31

  • 
  • Artıq səhiyyə işçiləri həyəcan təbilini döyəcləyirlər, nazir Oqtay Şirəliyev isə hər şeydən xəbərsiz kimi susmağa üstünlük verir

    Artıq səhiyyə işçiləri həyəcan təbilini ...

    31-03-2015, 01:10

  • 
  • Oqtay Şirəliyevin «reanimasiya biznesi»

    Oqtay Şirəliyevin «reanimasiya biznesi» ...

    10-12-2012, 17:33

  • 
  • İranda alınmadı, Şirəliyev göstəriş verdi, məsələ həll olundu

    İranda alınmadı, Şirəliyev göstəriş verdi, məsələ ...

    13-10-2014, 17:08

  • 
  • Oqtay Şirəliyev: Azərbaycan səhiyyəsinin qəssabı

    Oqtay Şirəliyev: Azərbaycan səhiyyəsinin qəssabı ...

    6-12-2013, 17:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu