Qadının hamilə rəfiqəsinin qurduğu cinayət planının üstü açıldı
Bakıda qadınlara qarşı törədilən cinayətin maraqlı təfərrüatı üzə çıxıb. Suraxanı Polis İdarəsindən verilən məlumata görə, zərərçəkmiş Züleyxa Əsgərova Bakıdakı tanınmış ticarət mərkəzində bizneslə məğuldur. Onun evinə basqın edilməsi də məhz iş adamı olması və pullu olması ilə bağlıdır. Cinayətin təşkilatçısı isə yaxın rəfiqəsi və qohumu olan Fərzanə Ağayeva olub. Tez-tez Zuleyxanın mənzilinə gələn Fərzanə evə necə girmələrini, pullarının yerini öyrənib.
O, bu haqda qeyri-rəsmi yaşadığı Rüfət Məmmədovla plan cızıb. Plana əsasən, Fərzanə şübhə yaratmamaq üçün Züleyxanın evinə getməli və orada olarkən Rüfət evdə onlara hücum etməliymiş. Fərzanə rəfiqəsigildə olan zaman evə maskalılar soxulublar. Evə girən şəxslər qadınların əl-qolunu bağlayıblar. Fərzanə isə yalandan özünü qorxan kimi göstərərək səs-küy salıb. Evdən pulları götürən şəxslər mənzili tərk ediblər.
Aparılan istintaq zamanı cinayətin təşkilatçısının Fərzanə olduğu üzə çıxıb. Sevgililər tutularaq istintaqa təhvil veriliblər. Hazırda Fərzanə 3 aylıq hamilədir. Dəstənin digər iştirakçılarının tutulması istiqamətində iş aparılır.
11.25
Bakıda evə basqın edən dəstə üzvlərindən biri tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər Hövsan bağlarında yaşayan Züleyxa Əsgərovanın evinə daxil olublar. Onlar evdə olan Humay Nəsirova ilə Fərzanə Ağayevanın əllərini bağlayaraq hədə-qorxu gəliblər. Daha sonra evdən 900 manat, 1 ədəd qızıl və 1 ədəd gümüş üzük götürərək qaçıblar.
Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qulduruluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rüfət Məmmədov tutulub. Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?