GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıtda müavin hegemonluğu

Sumqayıtda müavin hegemonluğu

Tarix: 8-06-2013, 12:33 Bölmə :Ölkə Baxış: 1 491
Sumqayıtda müavin hegemonluğu
Eldar Əzizovla Taryel Hacıyevin işbirliyi

1998-ci ildən başlayaraq Sumqayıt şəhəri İcra Hakimiyyətinə eyni məsələ ilə bağlı müraciət etmişəm ki, fəaliyyətdə olan ticarət obyektini qanuniləşdirmək üçün hüquqi sənəd, sərəncam verin. Bu illər ərzində saysız-hesabsız yazılı məktublarım qəbullarda, yollarda keçirdiyim günlər nəticə vermədi. Halbuki, 1995-ci ildə eyniadlı sərəncam üçün Kobardina-Balqariya vilayətinin Proxladnı şəhər İcra Hakimiyyətinə müraciət edərkən onu almaq üçün cəmi bir həftə bəs etmişdi. İnanılmaz bir müqayisədir. Ancaq 15-ci ildir ki, bu belədir. Bəlkə daşlarda dil açardı, gəl ki bu daş sifətlərin, daş ürəklərin buzu açılmadı. Əsl dedektiv filmlərində göstərilən macəra təəssüratı yaradan səhnədir. Çox qəribə, çox da faciəli bir səhnə.
Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun qəbulunda olarkən qısa da olsa onlar barədə məlumat verib T.Hacıyevi göstərdim. Bu illərin hadisələrinə o daha yaxşı bələddir. Səbəbləri o desin. Başçı - səbəb nədir? - Deyərək təəccübünü gizlətmədi - ciddi bir əsas varmı? Məndən isə nə köməkliyim dəyər. - dedi - Məndən nə istəyirsən? Nə gizlədim, başçının kömək ilə bağlı fikirləri bir yana, onun isti münasibəti və qayğılı sözləri qəlbimdə əks-səda doğurdu və xeylax mütəəssir oldum. Mənim istədiyim çox da iddialı bir istək olmayıb. Deyək ki, müavinlik vəzifəsi könlümdən keçməyib ki, onun stoluna sahib olam. Sadəcə istəmişəm ki, dinc olaraq işimlə məşğul olam. Əvəzində çox şey itirmişəm. İllərin bu qovğasında əlimdən olan sərvətlə yanaşı, dincliyimi, həyatın gözəlliyini, sağlamlığımı. Adi bir insan ömrünü də yaşamağı bizə çox gördülər.
İcra başçısının müavini Taryel Hacıyevin nə istədiyin mən bilirəm. Mənim bildiyim qədər də o bilir. Bütün bu illər ərzində baş verən hadisələrin başlıca səbəbkarı və iştirakçısı hər ikimiz olsaq da, əsas müəlliflik və dirijorluq hüququ ona çatır. Hər halda illərin acı xatiratı belədir. Bu zaman kəsimində çox şey dəyişib. Təzə icra başçıları gəlib, onlarca müavinlər vəzifədən gedib, amma Taryel Hacıyev dəyişməz olaraq da qalıb. Müavinlik stolu sanki ona vərəsəlik kimi əmanət edilib və bu dədə-baba mirası kimi ona müstəsna hüquqlar verib. O da bu imkanlardan yetərincə bəhrələnərək istədiyini etmək şansını qazanıb.
Onun əldə etdiklərinə baxaq. Şəhərin girəcəyindən başlayaraq axıradək, digər mərkəzi küçələri də muncuq kimi bürüyən obyektlərdən ona nə qədəri məxsusdur. Onun şəriklik etdiyi, yaxud himayəsində olan obyekt nə qədərdir. Əlil və müharibə veteranlarına mənzillərin hansı məbləğdə məhz Taryelin sayəsində satıldığını o evləri alanlar yaxşı bilir. Başçının adından istifadə etməklə tikilməkdə olan obyektlərə qiymət kəsimi, ayların müvafiq günlərində əlavə pulların yığımı və digər maliyyə maxinasiyalar da onun adı ilə bağlıdır.
Bütün bu deyilənlərə aydınlıq gətirmək üçün ötən illərə nəzər salaq. Üçüncü ildir yarmarka tipli ticarətlə məşğuldum. Əksəri də qaçqın ailəsi olmaqla ondan çox işçim vardı. İstər yarmarkanın fəaliyyəti, istərsə də bununla bağlı sərəncamın alınacağı barədə tələb olunan haqqı, mədəni dildə desək, «şirinliyi» əvvəlki icraya çatdırmışdım. Ancaq Təvəkkül Məmmədovun İcra Hakimiyyətinə gəlişi ilə hər şey dəyişdi. Əvvəlkilər verdiyimi nəinki dandılar, hətta böhtançılıqda məni suçlayıb tutduracaqları ilə hədələdilər. Bütün bunlar haqqında sonrakı görüşlərimizdə Taryel Hacıyevə məlumat verməklə yanaşı xahiş edirdim ki, bir qədər gözləyin. O isə nəinki səbr edirdi gözləmək istəyirdi. Yeni tələb, yeni şərtlər qoymaqla münasibəti daha da qəlizləşdirirdi. Bununla bağlı 18 saylı Mənzil Təsərrüfat İdarəsinin və Üçüncü Polis Bölməsinin rəhbərliyi xüsusi fəallıq göstərirdilər. MİS-in müdiri Müşfiqin bu barədə dediyi ifadələr sonradan öz təsdiqini tam dolğunluğunu tapdı. O deyirdi: «Kəndi çapmaq üçün koxanı mütləq gör».
Bu məqamları təfərrüatı ilə şərh etməkdə məqsədim odur ki, məhz bunların necə baş verdiyini və bu dönüş anından sonra nələrin törəndiyini olduğu kimi əks etdirmək Taryel Hacıyev və onunla həmfikir olanların əsl niyyətini, məqsədini və törətdiklərini olduğu kimi göstərməkdir. İlk baxışdan elə görünürdü ki, qarşı tərəf canıyanmışlıq edir, fəaliyyətimizin hüquqi əsaslar üzərində tənzimlənməsini istəyir. Axı, saysız-hesabsız maneələr müxtəlif idarə və təşkilatların işimizə müdaxiləsi dözülməz həddə idi. Bütün bu maneələrdən qurtarmaq üçün bir yol vardır. İcra Hakimiyyətinin verəcəyi sərəncam. Di gəl ki, onu almaq nəinki müşkül bir məsələyə dönmüşdür. Hətta dünyanın o başına gedib-qayıtmaq qədər çətin, əzablı və əlçatmaz idi. Aşağılar hücum çəkib «sərəncam hanı» deyirdilər. İcrada oturanlar isə onu heç bir vəchlə vermək istəmirdilər. Taryel Hacıyev, Müşfiq özü və işçiləri vaxt-bivaxt hücum çəkib «ya koxanı görün, ya da sökün» deyirdi.
Bir gün Rusiyamdan gəldim ki, lələ köçüb yurdu qalıb. Hər şey elə bir qeybə çəkilib. Dedilər ki, az qala bir batalyon polis tökülübmüş. Yarmarkanın invertarı və əksər ərzaq məhsulları maşınlara yığılaraq aparılıb. Həm də dedilər ki, gələn cəza dəstəsinin başında Taryel durubmuş. Bununla məsələ qurtarmadı. Sonralar digər ticarət obyektimdə söküntüyə məruz qaldı. Növbəti söküntü isə quraşdırdığımız naves tipli çardaq oldu. Əslində o açıq bir müdafiə xarakterli örtük rolunu oynayırdı. Yaşadığım mənzilin qarşısında az qala binaya bitişik xeyli sayda böyük və həcminə, fəaliyyətinə görə şəhər həyatı ilə qətiyyən uyğun gəlməyən obyektlər tikilib fəaliyyətini genişləndirdiyi halda mənim adi navesim də söküldü.
Buradaca foto şəkillərə diqqət çəkməyin məqamıdır. Orada təsvir olunan görüntülərin nə qədər təzadları vəqeyi-bərabərliyi göz qabağındadır. Binanı qarşısındakı boş yer mənim üçün nəzərdə tutulmuş sahədir. Orada görünən alt mənzillər mənə məxsusdur. Onu Rusiyadan qazanıb gətirdiyim pullar əsasında almışam. Sahibi olduğum «Qəsir-Yurd» firmasının fəaliyyəti də məhz bura ilə bağlı idi. Burada ofis qərargahımız topdansatış və digər kommersiya yönümlü fəaliyyətin əsası, dayaq məntəqəsi rolunu oynayırdı. Həmin mənzillərin birini də çayxana etmişdik. 2002-ci ildən etibarən məcbur olub məktəb işinə keçdim. Ağsu rayonunun Sarvan kəndinə məktəb direktoru təyin olundum. Artıq o vəziyyət yaranmışdır ki, mənim üçün çox gərgin məqam yetmişdir. Xeyli məbləğdə vəsaitim əldən çıxmış, müflisləşmişdim, əvvəlki işçilərin hamısını kənarlaşdırıb, firmanın fəaliyyətini dayandırmağa məcbur olmuşdum. Necə deyərlər, yad yerlərdə qazanıb gətirdiyimi özümüzünkülər əlimdən çıxartmışdı. Hər halda həqiqət belə idi. Bu həmin illər idi ki, qaçqınçılığın ağır məşəqqətli günləri davam edirdi. İmkanlı xeyirxah insanlar dədə yurdundan didərgin düşən bir belə binəsib insanlara əl tutub yardım edirdi. Qəribə və çox ağır bir təzadla üz-üzə qalmışdım. İcrada kök salıb səlahiyyət əldə edən insanlar nəinki işlərimizə yardımçı olurlar, onlar əlimizdə olanlara göz diki bonu almaq üçün yüz cürə oyunlar çıxardırdılar.
Oğru dünyasının yazılmamış qanunları var. «Əgər deyilən tələblərə əməl olunmursa, qarşı tərəf mafiya qaydalarının şikarına çevirir və cəzalandırır». Məgər Taryel Hacıyev mafiya başçısı idimi? Rayonda məktəbdəykən xəbər aldım ki, çayxananın bir qapısı hörülmüş, digər qapısı isə möhürlənmişdir. Səhəri şəhərə gəlib məsələ ilə tanış olarkən çox da təəccüblənmədim. Bu növbəti həmlə davam etməkdə olan cəzanın ardı idi. Sonrakı illərdə memarlıq və icrada olan xeyirxah insanların sayəsində həmin yerdəcə bir market tikə bildim. Vaqif Əliyevin icra başçısı gələn ildə isə həmin market yenidən qəzəbə tuş gəlib söküldü. Bir gün də Vaqif Əliyev bizim obyektdə olarkən ötən illərin bizimlə baş verən haqsız olaylarına qismən tanış olub yanındakılara belə bir sual verdi. O obyektlərdən buradakının fərqi nədir ki, sənəd verilməyib. 2004-2005-ci illərdə V.Əliyevin göstərişi ilə bütün sənədləri hazırlandı. Sərəncama gedən vaxtı memarlıqdan dedilər ki, hər şey dayandırılıb. Sonradan səbəbini öyrənərkən o vaxtkı baş memar dedi ki, Taryel Hacıyevlə icranın ictimai təşkilatlarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimov başçının yanında olub və bu söhbətdən sonra obyektin layihə sənədləri dayandırılıb. Vaqif Əliyevin dövründə də şifahi razılaşma əsasında yenidən market mağaza tikdirib 2012-ci ilə qədər fəaliyyət göstərdik. Artıq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun dövrü başlamışdır. Şəhərdə köklü dəyişikliklər və əsaslı yenidənqurma işləri aparılırdı. Bütün bu görülən işləri alqışlayaraq «Ədalət» qəzetində «Əsrin sökülən və tikilən şəhəri» adlı publisist yazı ilə çıxış etdim. Yazı ilə tanış olan dostlardan biri baxarsan gəlib bunu da sökəcəklər - dedi. Doğrudan da bir dəstə inşaatçı icranın adından gəlib deyilən obyekti sökməklə bütün bu olaylara axır ki, nöqtə qoydu. İcra başçısının qərarı olduğunu desələr də bu son əməliyyatın da müəllifi Taryel Hacıyev idi. Həmin günü qara örtüklü maşında məhz onun dəfələrlə baş çəkməsini daşın kim tərəfindən atıldığını bildim.
Artıq çox şey gözümdən düşüb, hər şey adiləşib. Çünki həqiqi olanlar kəsərdən düşüb qiymətini itirəndə nisbi olanlar yox olub qeybə çəkilir. İndi bu sətirləri yazarkən qəribə hisslər qeyri-adi duyğular keçir qəlbimdən. Mən 20 ildən çoxdur məktəbdə biologiya dərsindən heyvanat aləmi barədə elmi tədris edir, təbiətin fauna və florasına dair bilikləri aşılayıram. Belə bir qara hörümçək adlı həşərat var. O torunu gizli bir yerdə qurur. Özü də kənarda durub gözləyir. Belə ki, xırda həşərat tora düşüb çabalayır həmin vaxtaca qara hörümçək şikarının üstünə cumub onu sancır. Bir tərəfdən zəhərin təsiri digər tərəfdən isə tordan çıxmaq cəhdi şikarı əzabla ölümə gətirib çıxardır.
Bir daha başçının qəbulunda olarkən onun dediyi son sözləri xatırlayım. Konkret olaraq tapşırıq belə oldu ki, yerə baxılsın və bir həftə müddətində lazımi təklif verilsin, ya da kompensasiyası üçün başqa bir yer ayrılsın.
Doğrudan da başçının dediyi kimi gəlib bizim yerə baxış keçirdilər. Bəlkə də çoxları deyəcəyim son sözlərə inanmayacaqlar. Yerə baxış keçirəndən sonra Taryel Hacıyevin imzası ilə məktub aldım. Məktubu oxuyarkən çox heyrətləndim. Çünki ötən bu illər ərzində çox şeyə adətkar, qərbə sürprizlərə öyrəncəli olmuşdum. Dədə yurdumuzu ermənilər dağıtdı. Sonra Sumqayıt şəhərində özümüzə yer, yurd dolanışıq sahələri yaratdıq. Onu da yuxarıda təsvir etdiyim qaydada özümüzünkülər dağıtdı. Həyatın qəribəliyinə taleyin ironiyasına bax. Sapı özümüzdən olan baltalar bar verən ağacı belə baltalayırsa, yadlara nə deyəsən. Bir də ki, əgər yad mərd rəqibdirsə, ona rəğbət bəsləməyə, hətta sevməyə də dəyər, vay ondan ki, doğma bildiyin insan namərd ola. Sifətini və niyyətini dəyişmiş qəddar bu məxluqatdan da əcaib görünə.
Gələk məktubla mənə verilən cavabın məzmununa. Kimsə məni hədsiz hissiyyata qapılıb bir belə fikirləri söyləməkdə günahlı biləcəklərsə, qoy belə də olsun. Gözlərim önündə keçilməz və zülmət içində olan bir meşəlik təsəvvür edirəm. Əgər belə bir müdhiş tənhalıqda bir sürü vəhşi canavarla üzləşsəm çox da qorxu keçirmərəm. Çünki canavarın nəyə qadir olduğunu bilirəm. Onun xislətində yırtıcılıq, qəddarlıq olduğu kimə bəlli deyil. Canavarın təbiəti, onun həyat tərzi belədir. Yəqin bu məqamda necə davranacağım də qəribə və hədsiz maraqlı olardı. Heç nə demirəm. Taryel Hacıyevin göndərdiyi məktubu «lənət» deyib çıxardıb oxuyardım. Özü də ucadan. Nifrətlə. Sözsüz ki, canavarın dili, qəlbi olsaydı bu təsadüfdən heyrət edə rvə bu sözləri dinləməyə məcbur olardı. Bu məktubda yazılmışdı - vətəndaş Vəliyev Rasim, təəssüf ki, həmin yerdə sıxlıq olduğuna görə hər hansı ticarət məqsədi ilə aparılacaq işlərə icazə verilmir.
Bu dilbilməz, təbiətin vəhşi heyvanı burada deyilənləri və ən nəhayət son məktubda yazılanlardan xəbərdar olub nəyisə anlasa, xəcalət çəkər bir belə düşüklük və rəzalətdən utanıb yerə girərdi. Özünün vəhşi təbiətindən iyrənib canavar olduğuna da lənət deyər, meşədən əl çəkib meydandan çıxardı.
Son olaraq deyim ki, canavar bəlkə də bu addımı atmağa cəsarət edər. Bəlkə də özünün əzəli təbiətini danmaqla çoxlarına örnək olsun deyə, nümunə olaraq gündəmə gələrdi. Buna rəğmən olaraq 15 illik bu hədər mücadiləni mən də tərk edib yenidən gəldiyim o qərib şəhərə dönmək qərarındayam. Hər halda qəlbimdə Vətənə sonsuz məhəbbət hissi ilə bir də hüznlü nisgili də özümlə aparmaq şərti ilə.
Di gəl ki, bir nigarançılığım da var. Sözsüz ki, bir vaxt biznes fəaliyyətilə ortaq olduğum insanlarla orda qarşılaşacam. Qoltuq ağacını görüb, bir ayağımsı necə itirdimyimi də bilmək istəyəcəklər. Şəkər xəstəliyinin olaraq ayağımın kəsildiyinə yəqin ki, inanacaqlar. Ancaq buna tərəddüd edəcəklər. Bunun 15 ildə sərəncam adlı kabusun törətdiyi faciə olduğuna inanmayacaqlar. Ona da heç cürə inanmayacaqlar ki, bir vaxt gətirdiyim sərvəti qoltuq ağacına dəyişib barter etmişəm. Ən böyük faciəmiz də budur.

Rasim Vəliyev.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır

    Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır ...

    7-02-2013, 10:34

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu