Vilyam hacıyev rayonu öz prinsipləri ilə idarə edir
İmişlidə şəhər ərazisində ki, karxanaya görə etiraz aksiyası keçirilib. İmişli rayon Polis rəisi bu dəfə xalqla oldu. 03 iyun 2013-cü il saat 17 ərəfələri İmişli şəhərində 600 nəfərə yaxın vətəndaş Araz çayının sahilində şəhər ərazisində 2005-ci ildən fəaliyyət göstərən qum-çınqıl karxanasının rəhbərlərinin və Şəkər Zavod və digər 40 qədər karxana rəhbərlərinin harınlığına etiraz olaraq, L.Vəliyev küçəsi ilə P.Həsənov küçəsinin kəsişdiyi avtomobil yolunu bağlayaraq, aksiya keçiriblər. Yolda 10 qədər Şaqman və Kamaz markalı qumla dolu yük avtomaşınları saxlanılmış, onlardan tələb olunmuşdur ki, birdə həmin yolla qum daşımasınlar. Daşınan qum sakinlərin qapı bacasını quma bələməklə yanaşı , ağır tonnajlı yük maşınlarının yolu xaraba qoyması, əksər sakinlərin evlərini , divarlarının çatlaması vətəndaşları qəzəbləndirib. Karxana 4 məntəqə seçi komissiyasının seçiciləri hesab olan 15 minə yaxın sakinə zərər verir. Həyətlərində qrunt suyunun olması səbəbindən meyvə ağacları quruyur. Yəni karxana qrunt suyu verir. Dəfələrlə aksiya keçirilsə də AZE MMC Karxanadan ağır tonajlı yük maşınları ilə daşınan qum depo məhəlləsinə və FHN-nin yanğınsöndürmə idarəsinin 20 metrliyində yerləşən dəmir yolunun kənarına qum təpəcikləri kimi yığılır, vaqonlarla daşınır. Depo məhəllə sakinləri də dəfələrlə aksiya keçirib, etirazlarını rəsmi şəkildə dövlət rəsmlərinə bildiriblər. Maraqlıdır ki, FHN rəhbəri K.Heydəova dəfələrlə şikayət olunsa da hətta öz idarəsini qumdan qorumağı bacarmayıb. Şəxsən bəndəniz baş Nazirə və Azərbaycandakı nazirlərə bu barədə dəfələrlə məlumat vermişəm. Məni hədələyiblər. Hər gün 400-500 yük maşınları ilə daşınan qum sakinlərin evlərinə zəlzələ efffekti verir. Hələ bu maşınların ekoloji fəlakətlərini demirik. Sakinlər çatlayan evlərinə dövlətdən təzminat istəyirlər. Dövlət bu təzminatı verməyəcək. Bu təzminatı İmişli RİH , Torpaq Komitəsi, FHN kəsəsi karxanaya icazə verən dövlət qrumları ödəməlidir. 03 iyun 2013-cü il saat 10 ərəfələrində sakinlər İmişli RİH şikayətə gəlmiş rəhbərlərdən heç kimi yerində tapmamış, əlacları yolu bağlamaq olub. Polis aksiyanın qarşısını alıb. İlk dəfə olaraq, zərərçəkmişlərin xeyirinə qərar verib. Kamaz sürücülərinin sənədlərini alıb, özlərini RPŞ-ə aparıblar. Eyni zamanda yola şlanqbaum qoyulub. Bildiririk ki, karxananın böyüründə ikincisi də açılıb. Yol artıq xarabadır. Bəndlər dağıdılıb, DSMF, Vergilər Nazirliyi, Şəhər bələdiyyəsi vergidən yayınmanı niyə axtarmır. Bu adamlar adi tum, peraşki, cıncıq-müncuq satanlara divan biçməklə məşğuldur. Karxana rəislərindən isə “yalnız toy pulu almaqla”özlərini qəhrəman sayır. Əhali polisi yaxşı qarşılasa da , sözsüz ki, polis mafiya qarşısında aciz qalacaq. Mafiya isə sərhəd tanımır. Mafiyanın milləti və vətəni yoxdur. Mafiya İmişlidəki bütün örüş sahələrini artıq karxanalara, balıqçılıq dambalarına, öz heyvandarlıq kompleksinə çevirib. Hətta İmişlilər 10 may 2013-cü il Gül Bayramı günü öz heyvanları ilə aksiya keçiriblər. Minlərlə ailənin bədbəxtliyi üzərində öz xöşbəxtliyini quranların sonu yoxdur. Biz dövlət rəsmlərindən İmişli mafiyasını nəzarətdə saxlamağı xahiş edirik. V.Hacıyev İmişliyə başçı təyin olunan bir il ərzində 4 dördüncü etiraz aksiyası baş verir. M.Ə.Sabir kimi “Dühanın”, Şeyx Nizami kimi dünyanın tanıdığı bütün dünyada abidəsi qoyulan bu millətin , bu xalqın piri hesab edilən dahilərin abidələrinin 4 tərəfinin çayxanaya , restarana çevrilməsini görən yaşlı qadın V. Hacıyevə deyib ki, M.Ə.Sabirin abidəsini yerini ver mənə çayxana tikdirəcəm. V.Hacıyev təccüb qalıb . Axı o, millətin satirik şairidir deyib. Qadın ona deyib ki, satirik şairin o, abidəyə , o hörmətsiz yerə artıq ehtiyacı yoxdur. 4 tərəfi çayxana , restoran , 10 metrliyində ayaqyolu . M.Ə.Sabir ona görə harda müsəlman görürmüş qorxurmuş, eləcədə N.Gəncəvi min il qabaq hazırki hadisələri görürmüş . 3 aydır ki, İmişlidə qəbulları birinci müavin S.Ağayev , Suvarma idarəsi rəisi Hacı Mütəllim Bədirov, Qaz müdiri M.Osmanov, Maliyyə müdiri R.Rəhimov aparırmış. Cavadxanlı kəndindən su ilə əlaqədar 10 qədər sakin hərdəfə başçının qəbuluna gəlirmiş. Hərdəfə də eyni adamları görürmüş . İnşallah adlı 70 yaşlı kişi M.Bədirova deyir ki, biz sudan ötrü gəlmişik, səndən şikayət edirik, şikayətimizi başçı yox sən dinləyirsən. Başçı haradadır? M.Bədirov deyir ki, Araz quruyub, qalxanda sizin kəndə su verərik. Başçı burada yoxdur. İnşallah kişi bildirib ki, mən dədəm-anam öləndə ağlamamışam. Amma sizin başçının prezidenti aldatmasını görəndə, prezidenti televiziyalarda məyus görəndə hönkür-hönkür ağlayıram. V.Hacıyev yuxarıdadır. Tezdən gələndə özüm görmüşəm. Bükün ədyala , gətirin qəbula . Keçmiş başçıya “quymaq” çalanlar, indikini gizlədirsiz. Bizim V.Hacıyevə sözümüz var. Birdə bura gəlməyəcəyik , onsuzda bizim gözümüzü yağır eyləmisiz. Deyib çıxıb gedir. Budur İmişlidəki baş verən proseslər insanları aksiyaya məcbur edir.
Sorğu
Yeni dizaynımız necədir?