GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Azərsu» da yeni oyun başlayıb

«Azərsu» da yeni oyun başlayıb

Tarix: 11-12-2012, 14:16 Bölmə :Ölkə Baxış: 1 949
«Azərsu» da yeni oyun başlayıb
Nizaməddin Rzayevin də sonuna çıxılır

gundemxeber.az «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən şəhərin içməli su təchizatı yenidən qurulur. Habelə kanalizasiya xətləri dəyişdirilir və istifadə müddətini başa vurmuş su boruları yeniləri ilə əvəzlənir. «Azərsu» Səhmdar Cəmiyyətinin (SC) həyata keçirdiyi layihələrə dövlət tərəfindən milyardlarla manat vəsait ayrılıb. SC rəhbəri Qorxmaz Hüseynov bu posta təyin olunarkən vəd vermişdi ki, qısa müddətdə paytaxtın içməli su ilə bağlı problemləri həll olunacaq və tez-tez qəzaların baş verdiyi su boruları yenilənəcək.
Düzdür, «Azərsu» tərəfindən bəzi işlər görülüb. Ancaq ayrılan pulun qarşılığında bu, «dəvədə qulaq» kimi bir şeydir. Məlumat üçün bildirək ki, hazırda «Azərsu»nun gördüyü bütün tikinti işlərinə qurumun Əsaslı Tikinti Departamenti nəzarət edir. Departamentin fəaliyyəti və onun rəhbəri Arzuman Abbasovun ölkə qanunlarına qarşı yönələn hərəkətləri barədə ötən saylarımızdan birində geniş bəhs etmişdik. Nəzərinizə çatdıraq ki, bu şəxs hələ Oqtay Əsədov «Azərsu»ya rəhbərlik etdiyi dövrlərdən burda çalışır. O.Əsədov Milli Məclisə spiker təyin olunandan sonra Nizaməddin Rzayev yeni rəis oldu. Lakin Arzuman Abbasov Rzayevin rəhbərliyi dövründə də postunu möhkəm saxlamağı bacardı. Bəlkə də bu işdə ona kimlərsə köməklik göstərdi.
Departament rəhbərinin işləri haqqında yeni məlumatlar əldə etmişik. Redaksiyamıza daxil olan məlumatlara görə, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi ərazisində ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğu tikilir. Təməli 8 sentyabr 2011-ci ildə qoyulmuş qurğunun tikinti müddəti 18 ay nəzərdə tutulur. Məhsuldarlığı saniyədə 6 kubmetr (sutkada 520 min kubmetr) olacaq bu qurğuəhalinin fasiləsiz, keyfiyyətli içməli su təminatına öz töhfəsini verəcəkdir. Bu layihənin reallaşması üçün 8 milyondan çox vəsait ayrılıb. Məlumatlara görə, tikintiyə nəzarət edən A.Abbasov bəzi əyintilərə yol verməklə işlərin deyilən vaxtda yekunlaşmasının qarşısını almağa çalışır. Tikintiyə cəlb olunan texnikalar və materiallardan departament rəisi başqa məqsədlər üçün istifadə edir. Tikinti üçün alınan materiallar sənədlərdə şişirdilmiş qiymətlərlə qeyd olunur. Qeyd edək ki, «Quba şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi» də Əsaslı Tikinti Departamenti tərəfindən həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri, Qırmızı qəsəbə, Timiryazev, Dağlı, Qaladüz, Alekseyevka və İqriğ qəsəbələrində əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 1 ədəd 5000 kubmetrlik, 2 ədəd 3000 kubmetrlik anbar tikilib. Layihə üzrə işlərin 2012-ci ilin sonunda, yəni bu ay başa çatdırılması nəzərdə tutulsa da, bu yöndə konkret irəliləyiş yoxdur. Məlumatlara görə, sözügedən layihənin başa çatdırılması üçün hələ 3-4 ay vaxt lazımdır. İşin nəyə görə yubanmasının səbəblərinə gəlincə məlum olur ki, A.Abbasov işçilərinə göstəriş verib ki, tikintini gecikdirsinlər. Ona görə ki, işlərin uzanması əlavə vəsaitin mənimsənilməsi deməkdir. Son olaraq onu da qeyd edək ki, «Azərsu»da dolaşan xəbərlərə görə, A.Abbasov qurumun sədri Qorxmaz Hüseynovun yerinə göz dikib. Məlumatlı mənbəmizin dediyinə görə, hələ Nizaməddin Rzayevin vaxtında Abbasov bu istəyini açıq-aşkar büruzə vermişdi. Amma həmin vaxt onun niyyəti baş tutmamışdı. Maraqlıdır, görəsən, Q.Hüseynov ayağının altını qazan bir insanı nəyə görə vəzifədə saxlayır?
Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • "Azərsu"da dəyişiklik

    "Azərsu"da dəyişiklik ...

    6-09-2015, 12:41

  • 
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55

  • 
  • Qorxmaz Hüseynov paytaxtı susuz qoyub

    Qorxmaz Hüseynov paytaxtı susuz qoyub ...

    27-12-2012, 08:16

  • 
  • Hacıbala Abutalıbov Prezidentə hesabat verdi

    Hacıbala Abutalıbov Prezidentə hesabat verdi ...

    23-12-2013, 14:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu