“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə xəbərdarlıq məktubu göndərib. Məktubda borcun ödənilməsi istənilir və bunun üçün qəzetə 1 həftə vaxt verilir: “Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən 1 iyul 2013-cü ilədək redaksiyanızın nəşriyyata çap xərclərinə görə 17 271 manat, kommunal xərclərə görə 2 666,80 manat, cəmi isə 19 937,80 manat debitor borcu yaranıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi üçün kifayət qədər tədbir görülməyib. Bunun da nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşüb, dövlət və sosial vergilərin, enerji daşıyıcılarının ödənilməsində, eləcə də işçilərin əmək haqlarının verilməsində çətinliklər yaranıb.
Yuxarıdakıları nəzərə alaraq 8 iyul 2013-cü ilədək debitor borcların tam ödənilməsini sizdən xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və kommunal xidmətlərinin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində olacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?