GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)

ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)

Tarix: 26-03-2018, 10:47 Bölmə :Ölkə / Mədəniyyət Baxış: 1 065
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)


Kəlbəcər İstisu Kompleksinin əsarətdə qalması, Azərbaycanın Dövlət büdcəsinə hər il 2 milyard manatdan şox zərər vurur.

Keçən əsrin 1950-ci illərində ermənilər Kəlbəcər rayonu ərazisini öz himayələrinə almaq üçün, oranın azərbaycanlı əhalisini köçürərək, ərazidən ancaq yaylaq kimi istifadə edilməsi barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi qarşısında məsələ qaldırdılar. Lakin görkəmli seleqsiyaçı alim, ictimai və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İman Mustafayev əllinci illərdə Kəlbəcər əhalisinin köçürülməsini tələb edən ermənilərin, hiyləgər siyasətini puça çıxararaq Kəlbəcərdə tikinti quruculuq işlərinin genişləndirilməsinə qərar verdi. Çox təsüf ki ermənilərin Kəlbəcərlə bağlı arzuları 4 aprel 1993-cü ildə Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində həyata keçdi.

Kəlbəcər rayonu, dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqaz dağ silsiləsində yerləşir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın zirvəsi) hündürlüyü 3724 m-dir.

Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşikl edilmişdir. Ərazisi 3054 kvadrat kilometr, əhalisi 79 min nəfərdir. Bakıdan uzaqlığı 445 km-dir. Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ilə həmsərhəddir. Rayon 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd tipli inzibati yaşayış məntəqələrindən ibarətdir. Rayonun iqlimi dağ ətəklərində mülayim, 200 m-dən yüksəklikdə isə soyuq dağ iqlimidir. Yayı sərin, qışı soyuq və sərt keçır. Kəlbəcərdə yağıntıların çox hissəsi ilin qış aylarında və yazın əvvəlində düşür.

İstisu müalicə və istirahət mərkəzinin yaranma tarixi.

İstisu, Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 km.-lik şose yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcərdən İstisuya olan məsafə, Tərtər çayı boyunca uzanan şose yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu inşa edilmişdi.

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay deyərdi: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulaqları təbiətin Azərbaycana gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.

Sovet İttifaqının körkəmli kimyaçı alimi E.E.Karstenskidə Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu mülicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdi.

İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon

316 min litr su havayı axıb gedir. Axan sular yığılıb satılsaydı ildə 630mln 610min 560 manat gəlir əldə etmək olardı.

İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması və çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi.

M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir. Na75. Ca14 Çexiyanın Karlovi-Vari mineral suyuna yaxındır. Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir. İstisu müalicə mərkəzində mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurdular. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

İstisuit mineralı – amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir. 7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir.

İstisu müalicə-istirahət mərkəzinin yaradılması, Azərbaycan Dövlət Plan Komitəsinin müraciətindən sonra SSRİ Dövlət Plan Komitəsi 12 may 1928-ci il tarixli yığıncağında belə bir məzmunda qərar çıxarmışdı: “İstisu sanatoriyasının il boyu fəaliyyəti, bu sanatoriyanın həm də

istirahət zonası kimi xidməti nəzərə alınsın və elimi-praktik işlərin görülməsi üçün buraya tədqiqatçıların cəlb olunması, yolların çəkilməsi, burada klinikanın açılması, mineral suyun Bakıya, qazlaşdırılmış halda daşınması nəzərdə tutulsun. SSRİ Səhiyyə Xalq Komisarlığına tapşırılsın ki, burada işləyənlər üçün yaşayış evləri və stasionar müalicə üçün 100 min rubl vəsait ayrılsın”.

İstisuda müalicə-istirahət zonasının yaranması 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul edilmişdi. 1963-cü il may ayının 28-də Az. KP MK və AZ. SSR Nazirlər Soveti aşağıdakı məzmunda qərar qəbul etmişdi:

• AHİŞ və Az. SSR EA, eləcə də respulika Səhiyyə Nazirliyinə tapşırılsın ki, Kəlbəcərin ərazisindəki İstisu mineral sularından səmərəli istifadə üçün 2 ay müddətinə tədbirlər həyata keçirsinlər. Belə ki, buradakı mənbəələrdə olan suyun miqdarı və kefiyyəti barədə, buruqların işləməsi, suların, xüsusilə də Tutquçay ərazisindəki istisuyun fiziki-kimyəvi, həmçinin müalicəvi əhəmiyyəti öyrənilsin.

• AHİŞ-dən istisuyun ehtiyyatı, tərkibi və müalicəvi əhəmiyyətinin öyrənilməsi barədə təşkil olunmuş Dövlət Komissiyasının məlumatlarının SSRİ Nazirlər Sovetində təsdiqini sürətləndirsin.

• Zaqafqaziya Geoloji Kəşfiyyat Komitəsindən ildə 10 ton quru mineral duz istehsal edəcək İstisu mineral sudoldurma zavodunun tikintisinin təsdiqi tələb olunsun.


18 iyun 1968-ci il tarixdə İstisu, Naftalan və Abşeron sanatoriyalarının vəziyyəti Mərkəzi Komitənin bürosunda müzakirə edildi və qərara alındı ki, təcili olaraq yerdə vəziyyət öyrənilsin və mülki aviasiya yerli icraiyyə komitələrinin köməyi ilə Naftalan-Yevlax, İstisu-Yevlax və Respublikanın digər mərkəzi şəhərlərinə hava marşurutu açılmasını təmin etsinlər. Bir ay müddətinə bu məsələ Mərkəzi Komitədə yenidən müzakirə olunsun. Bərdə-İstisu magistral yolunun yenidən çəkilişi və bərpası Azərbaycan SSR Nazirlər Sovetinin Mərkəzi Yol İdarəsinə tapşırılsın və həmin təşkilat bu problemin həlli üçün təxirəsalınmaz tədbirlər görsün.

Azərbaycan SSR Dövlət Plan Komitəsi istisu mənbələrindən istifadə edilməsi məsələsini müzakirə edərək, 1968-ci ildə hər il 10 milyon şərti-butulka istisu istehsal edən zavod tikilməsi barədə tədbir görmüşdü. 1987-89-cu illər ərzində İstisu qəsəbəsində 3000 kvm. yaşayış evi, 192-yerlik orta məktəb, 140 yerlik uşaq baxçası, 70 yerlik ambulatoriya, 1 xəstəxana, 400 yerlik qış kino-teatrı, 25000 nüsxə kitab fondu olan kitabxana, 250 kvm-lik dükan, gün ərzində 900 kubmetr su vuran sutəçhizatı tikintisinin başa çatdırılması da icraçı təşkilatlara tapşırılmışdır.

Sovet dövrünün məlumatları göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 milyon316 min litr su cıxır. Mövcud sudolduran sexlər isə bunun cəmi 22 milyon litrindən istifadə etmək güçündə idi. Qalan 3 milyard 941 milyon 316.000 litr istisu istifadəsiz axıb gedirdi.

Əgər həmin sular yığılıb satış müəsisələrinə çıxarılarsa, bir ildə 630 610 560 manat gəlir əldə etmək olar. Bu qiymətlər devalyasiyadan sonra indiki bazar qiymətləri səviyyəsinə çatdırmaq üçün ən azı 4 əmsalına vurularsa onda bir ildə Kəlbəcər İstisudan gələn gəlir 2 522 442 240 manat civarında dəyişər. Tam əminliklə demək olar ki, Kəlbəcər İstisu Kompleksinin əsarətdə qalması, Azərbaycanın Dövlət büdcəsinə hər il 2 milyard manatdan şox zərər vurur.

ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)

ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)
ƏSARƏTDƏ QALAN YURD YERLƏRİMİZ: Kəlbəcər İstisuyu (FOTOLAR)


Faiq İsmayılov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəlbəcər girovlarının əsirlikdəki fotoları

    Kəlbəcər girovlarının əsirlikdəki fotoları ...

    18-09-2014, 15:51

  • 
  • Girovların yeni Kəlbəcər fotoları

    Girovların yeni Kəlbəcər fotoları ...

    21-07-2014, 13:18

  • 
  • "Kəlbəcər girovları"nın buraxılması üçün ciddi tələb

    "Kəlbəcər girovları"nın buraxılması ...

    15-10-2014, 15:57

  • 
  • “Məktubu gəlməyən yerlər…”

    “Məktubu gəlməyən yerlər…” ...

    2-04-2017, 22:29

  • 
  • Kəlbəcərə hücum olub?

    Kəlbəcərə hücum olub? ...

    14-07-2014, 20:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu