Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində həmin ölkəyə rüsvayçı “təcavüzkar dövlət” damğası vuran sənəd qəbul edib. Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sənədi imzalayan deputatlar Avropa Şurasının Nazirlər Komitəsində Ermənistanın sədrlik etməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.
Sənəddə deyilir: “Ermənistanın bu cür münasibəti nümayəndələri o dərəcədə narahat edir ki, onlar 2013-cü il mayın 16-dan Ermənistanın sədrliyi ilə bağlı ciddi düzəlişlər təklif edirlər. Hesab edirik ki, sədrlik çərçivəsində Ermənistanın mövqeyinin yenidən gözdən keçirilməsini və təcavüzkar dövlət kimi Ermənistanın mövqeyinin neytrallaşdırılmasına yönəldilmiş təcili addımların atılması və təmin olunması tələbi ilə Ermənistan Respublikasına təzyiq göstərilməsini Nazirlər Komitəsinə təklif etmək düzgün olardı”.
Nümayəndələr məruzə hazırlanmasını və Nazirlər Komitəsində Ermənistan Respublikasının sədrliyinin etibarsız sayılması məsələsinin müzakirə olunmasını Büroya təklif edib. Məruzə Parlament Assambleyası tərəfindən təqdim olunmuş qiymətləndirmə barədə təklifləri də ehtiva etməlidir. Məruzədə maneələr, siyasi aktorlar və məsuliyyət məsələləri dəqiq əksini tapmalı, müvafiq fikirlər müəyyən olunmalıdır. Sənədi Böyük Britaniya, Finlandiya, Belçika, İtaliya, İspaniya, Polşa, İrlandiya və Bolqarıstandan olan deputatlar imzalayıblar. Diqqətəlayiq haldır ki, sənədi imzalayanlar arasında bir nəfər də türk və azərbaycanlı yoxdur. Sənəd bütünlüklə Avropa İttifaqı ölkələrindən olan deputatların təşəbbüsüdür. Maraqlıdır ki, 2008-ci ildə BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında” A/RES/62/243 nömrəli qətnaməni (bax:http://www.un.org/ga/search/view_doc.asp?symbol=A/RES/62/243&Lang=) qəbul edəndə Ermənistan XİN-in başçısı Vardan Oskanyan sanki özünə bəraət qazandırırmış kimi demişdi ki, bu qətnaməyə əsas etibarilə “müsəlman ölkələri” (sanki bunun əhəmiyyəti var) səs veriblər. Maraqlıdır, ermənilər bu dəfə nə deyəcəklər... Sənədi imzalayanlar arasında bir nəfər də müsəlman yoxdur! Hə, az qala unutmuşuq. Əlbəttə, qara kürü! Ah, bu qara kürü, ermənilərin başına nə qədər oyun açıb, onların qanını nə qədər içib! Hələ təlaşa düşüb diplomatlarının uğursuzluqlarına haqq qazandırmağa çalışan Ermənistanın təbliğat və təşviqat maşınının köməyinə nə qədər çatdığından danışmırıq. Qətnamənin mətnini AŞPA-nın saytında oxumaq olar: http://assembly.coe.int/ASP/XRef/X2H-DW-XSL.asp?fileid=19745&lang=EN.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?