“Son bir həftədə Gürcüstan və Türkiyədə saxlanılan azərbaycanlı qadınların insan alverinin qurbanı olub-olmadığını araşdırmalardan sonra söyləmək mümkündür”.
Bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. O bildirib ki, yay aylarında seks turizmindən yararlanaraq xarici ölkələrə gedən qadınların sayı artır. Buna görə də saxlanılan qadınların könüllü fahişəliklə məşğul olması ehtimalları böyükdür: “Bu ilin müfaviq dövründə 20-dək qadının insan alverinin qurbanı olduğu aşkarlanıb. Onların arasında əməyi istismar edilən, evlərdə qulluqçu kimi işlətmək üçün gətirilənlər də var. Lakin əksəriyyəti cinsi istismar edilənlərdir. Bu qadınlar əsasən Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə aparılır”. Hüquq müdafiəçisi insan alverinin qurbanı kimi Azərbaycana gələn qadınlardan birinin Filippindən evlərdə qulluqçu kimi işlətmək üçün gətirildiyini də qeyd edib. Xatırladaq ki, Azərbaycana Filippindən, Hindistandan, İndoneziyadan, habelə digər Cənub-Şərqi Asiya ölkələrindən gənc qulluqçu qadınların gətirilməsi praktikası yeni deyil. Belə hallar əvvəllər də qeydə alınıb. Bundan əlavə, Bakıdakı elit otel, restoran və gecə klublarında da gənc asiyalı xanım xidmətçilərdən geniş istifadə olunur. Onların mütləq əksəriyyəti filippinlilərdir. Hazırda Bakıda yüzlərlə belə əcnəbi xidmətçi qadının olduğu güman edilir.
Redaksiyamıza daxil olan digər informasiyada isə deyilir ki, son vaxtlar Filippindən Bakıya xeyli qulluqçu qadın gətirilib. Onların mütləq əksəriyyəti zəngin azərbaycanlıalrın evlərində xidmət edir. Məhz filippinli xidmətçilərə üstünlük verilməsinin səbəbi sadədir. Onlar ev xidmətçiliyinin elitası sayılır. 90 milyona yaxın əhalisi olan Filippindəki işsizlik və kasıblıq bu ölkənin vətəndaşlarını xaricdə az maaşa qane olmağa məcbur edir. Məsələn, bir fillipinli ev qulluqçusu Bakıda 600-800 manat arasında məvacibə işləməyə həvəslə razılıq verir. Üstəlik Filippində yerli əhalinin keçmiş müstəmləkə dövründən miras qalan ispan və ingilis dillərini, zəngin Asiya mətbəxinin sirlərini mükəmməl bilməsi də onlara tələbatı artıran amillərdəndir. Bakı zənginləri onlardan təkcə qulluqçu kimi yox, həm də dayə kimi istifadə edirlər. Bu da filippinli ev xidmətçilərinə bütün dünyada tələbatı artırır. İndi əksər neft ölkələrində, xüsusən də Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, habelə Rusiyada on minlərlə belə xidmətçi çalışır. Son illər Azərbaycan da bu siyahıya əlavə olunub.
Qeyd edək ki, servisin bu sahəsi Filippində böyük biznesə çevrilib. Xaricdə filippinli xidmətçilərə tələbatın böyük olduğunu görən yerli işbazlar orada ev xidmətçiliyi kursları təşkil edərək gənc xanımları bu kurslara cəlb edir, orada müvafiq təlim verəndən sonra da xaricə yollayırlar.
Azərbaycanın Dövlət Miqrasiya Xidmətindən ölkəyə turist kimi gətirilən filippinli işçi miqrantlar barədə əlavə bilgi almaq mümkün olmadı. Mövzuya
Sorğu
Yeni dizaynımız necədir?