"Bu gün Azərbaycanda söz və mətbuat azadlığının bir hissəsi olan fikir plüralizminin inkişaf etdirilməsi sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən dövlət siyasətinin böyük rolu var".
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev "Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Bu gün Azərbaycanda senzuranın olmadığını dəyən V.Əliyev qeyd edib ki, Azərbaycanda medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik bazası formalaşıb.
V.Əliyevin sözlərinə görə, bu gün dövlət tərəfindən jurnalistlərin sosial-müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür: "Dövlət öz vəsaiti hesabına jurnalistlər üçün mənzil tikib və onları mənzillə təmin edib. Yaxın vaxtlarda 256 mənzilli yeni binanın da jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur".
V.Əliyev qeyd edib ki, bu gün Azərbaycan qadını vətəndaş cəmiyyətində öz fəallığı ilə seçilir: "Onların ictimai-siyasi, elmi sahədə əldə etdiyi nailiyyətlər bütövlükdə dövlətimizin inkişafına töhfə verir. Azərbaycan qadınları vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verir. Bu gün biz qadın jurnalistlərimizin imzası olmadan jurnalistikanı təsəvvür etməkdə çətinlik çəkirik".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?