Sumqayıt rəhbəri siyasi kampaniyaya dindarlarla start verdi
Seçki təbliğatı indidən qadağan olunsa da, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu yöndə artıq durub dincəlmir. Belə ki, E.Əzizov səhər saatlarında çevrəsindəki məmurları başına yığaraq Sumqayıt məsçidində vaqe olmuşdur. Başçının damarı sancdığından məsçidə baş çəkməli olub. Mollalarla şəhər əhalisinin təması başçının nəzərindən qaçmayıb. Adətən yas məclislərində mollalara dindar adamlar tərəfindən ölkədə baş verən qanunsuzluqlar haqqında suallar verilir. Bəd əməl sahiblərini axirətdə hansı cəzalar gözlədiyini sorurlar. Çox zaman bu sual-cavablar siyası məcraya yönəlir. Bu baxımdan E.Əzizov Axund və molla heyyətini məsçidə toplatdırır. Sanki tanıyırmış kimi müxalif yönlü mollalara barmaq silkələyərək bütün din adamlarını Prezidentliyə namizəd kimi İ.Əliyevi dəstəkləməyə çağırıb. Yerlərdən ara-sıra Allahu-Əkbər sədaları da eşidilib. E.Əizov bütün mollalara təxribatçılardan uzaq olmağı qətiyyətlə tapşırıb. Başçının dediyinə görə güya onların sırasına təxribatçılar yerləşdirilib. Tədbirin sonunda Axundla təkbətək görüşən E.Əzizov müxalif yönlü mollalara nəzarəti gücləndirməyi tapşırıb. Yas məclislərində dolayısı ilə hakimiyyətin sərt tənqidini mollaların dilindən çox eşitmişik. O da faktdır ki, indiki hakimiyyətin zamanında tələfat çoxluğundan cümə axşamlarına molla tapmaq müşkülə çevirilib. Mollaya ümid edənlər çox da arxayın olmasınlar, mollaların işi çox olduğundan bütün sürələri qısaldaraq fatihə sürəsinə tələsirlər. Şakir
Sorğu
Yeni dizaynımız necədir?