Millət vəkillərinin əmlakları ilə bağlı maraqlı araşdırma aparıb
Azərbaycan parlamentində təmsil olunan deputatların əksəriyyəti ölkənin ən varlı şəxsləri sayılsalar da, onlar bunu inkar edirlər. Üstəlik, millət vəkillərinin bizneslə məşğul olmaları qanunla qadağan edilir. Apardığı araşdırma nəticəsində məlum olub ki, bütün bu qanunların hamısı bir kənara qoyulub və deputatlar başqalarının adıyla özlərinə böyük biznes sahələri qurublar. Onların bir qismini oxucuları təqdim edirik. Həmin deputatlardan biri Goranboy rayonundan seçilmiş Mahir Aslanovdur. Bu şəxs əsasən mebel və hotel biznesində gücünü sınayıb. Elə bu səbəbdəndir ki, qısa müddətdə onun keçmiş İnqilab küçəsində «Kəpəz» Mebel Evi və elə həmin küçəyə yaxın yerdə hoteli fəaliyyət göstərir. Millət vəkili Azər Kərimov isə əsasən ticarət sektorunda gücünü sınayır. Onun nəzarətində məşhur «Lotos» şirkəti və «VACCARİ» mebel mağazası var. Qeyd edək ki, deputat Kərimovun xarici dövlətlərdə də sıx əlaqələri mövcuddur və müxtəlif dövlətlərdən bahalı mebel və geyimləri Bakıya gətirməklə məşğuldur. Masallının deputatı Nəriman Əliyev hər nə qədər üzdə kasıb və sadə görünsə də, onun da bir sıra biznes sahələrinin mövcud olduğu məlum olub. Bu barədə bildirilir ki, hal hazırda Nəriman Əliyevin Masallı rayonunda Tikinti Malları Bazırı, Bakıda isə xeyli sayda ticarət obyektləri mövcuddur. Bundan əlavə kişmiş və xurma monopoliyasının da onun nəzarəti altında olduğu deyilir. Varlı deputatlardan biri də Hadı Rəcəblidir. Bu şəxsin nəzarətində «DNS Compyuters» şirkəti var ki, ona oğlanları nəzarət edir. Digər bir böyük obyekti isə Lənkərandakı «Palıdlı» İstirahət Kompleksidir. Bundan başqa, Hadı Rəcəblinin bir sıra digər ticarət və iaşə obyektlərinin olduğuna dair bilgilər mövcuddur. İmkanları ilə ad çıxarmış deputatlardan bir digəri isə Tahir Rzayevdir. Bu şəxsin Şabran və Siyəzəndə bir neçə istirahət mərkəzi və oteli var. Bundan əlavə onun çörək biznesində də payı mövcuddur. Belə ki, Rzayevin Şabrandakı çörək zavodu bölgənin ən böyük istehsal sahəsi sayılır. Adı son dövrlər qardaşı oğluna görə qalmaqallarda hallanan Hüseynbala Mirələmov isə «1001 Gecə» restoranına sahibdir. Onun həminin ayrı-ayrı iri və orta həcmli digər restoranları da var. Həmçinin bu şəxsin tikinti sektorunda da əli olduğuna dair bilgilər mövcuddur. Araşdırmalar nəticəsində pulu «daşdan» çıxan deputatların da olduğu məlum olub. Belə ki, onlardan biri Rövşən Rzayevdir. Bu şəxsin nəzarətində yalnız bir obyekt var, o da notarusdur. İlk baxışdan notarus işlətməklə böyük pulların qazanılmasının mümkün olmadığı düşünülə bilər. Amma bu gün ölkədə sənədləşdirmə işlərinin çoxluğunu nəzərə alsaq, bu sahənin də yetərli qədər gəlirli olduğunu müşahidə edə bilərik. P.S. Davamlı olaraq deputatların konkret olaraq nələrə sahib olduqları barədə geniş məlumatlar verəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?