Bir müddət əvvəl Bakının mağazalarında üzərində müxtəlif millətlərin adları yazılmış idman papaqlarının satışı barədə qalmaqal yaranmışdı. FaktXəbər-in məlumatına görə, bundan əlavə üzərində “Yetim”, “Ağəli”, “Kasıb”, “Avara”, “Avtoş” sözləri yazılmış papaqları və geyimləri də görmək mümkün idi. Yaranmış narazılıqdan sonra “Sədərək” Ticarət Mərkəzində milli ayrı-seçkilik və bölgəçilik aşılayan belə geyimlərin satışına qadağa qoyuldu.
Belə ki, bütün satış məntəqələrinə belə qeyimlərin yığışdırılması ilə bağlı göstəriş verildi. Bu, ilk baxışdan ciddi olmayan məsələyə bənzəsə də, əslində, ölkədə milli ayrı-seçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Belə ki, ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsulları cəmiyyətdə milli ayrı-seçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü təbliğ edir, digər tərəfdən yeniyetmə və gənclər arasında mənəvi aşınmaya səbəb olur.
Amma məsələ bununla bitmədi. Belə ki, indi də terrorçu Abdullah Öcalanın şəkli əks olunmuş futbolkalar gözə dəyir. Hətta bu cür geyimdən istifadə edərək poz verənlər də var. Elə bu şəkildə gördüyünüz kimi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?