GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan siyasətində yeni güc mərkəzi - millətçilər bir arada

Azərbaycan siyasətində yeni güc mərkəzi - millətçilər bir arada

Tarix: 6-08-2013, 11:18 Bölmə :Ölkə Baxış: 752
Azərbaycan siyasətində yeni güc mərkəzi - millətçilər bir arada

Türkiyənin millətçi qanadı ölkəmizdə yeni
qüvvəyə “stavka” edir: şok plan və yeni adlar


Azərbaycanda bütün siyasi ehtirasların oktyabrın 9-na planlaşdırılan prezident seçkilərinə kökləndiyi indiki mərhələdə bəlkə də bu mövzu aktual görünməyə bilər. Hər halda bu gün ölkənin siyasiləşmiş təbəqəsini daha çox Milli Şura, onun vahid namizədi Rüstəm İbrahimbəyovun qeydiyyata alınıb-alınmaması və bu qəbildən olan digər suallar daha çox maraqlandırır. Təbii ki, bütün bunlar təbiidir-ölkə növbəti beşillik üçün yeni prezidentini seçməyə hazırlaşır və bu səbəbdən də diqqətlərin daha çox seçkiylə bağlı projelərə yönəlməsi təbii sayıla bilər. Bu yazıda bizi maraqlandıran isə bu dəfəki seçkilərlə bağlı Azərbaycanın narazı elektoratında yeni streotiplərin özünü göstərməsidir.
Bu ilk növbədə əvvəllər ümumiyyətlə qəbul olunmayan Rusiya faktorunun narazı kəsimin yeni ümid işığı kimi görünməsidir. Dəyərli oxucu unutmamış deyil ki, (əslində üstündən çox zaman da keçməyib-red) hələ bir neçə il bundan öncə kiminsə Rusiyanın adamı olaraq Azərbaycan müxalifətiylə əməkdaşlıq etməsi mümkünsüz idi. Kremlin bununla bağlı çoxsaylı cəhdlərinin hər dəfə iflasa uğraması da bunun bariz nümunəsi sayıla bilər. Amma bu baxımdan 2013 çox fərqli bir seçki ilidir. Bəli, artıq Rusiyanın siyasi dairələri ilə təmaslarının danılmaz olduğu Rüstəm İbrahimbəyovun ənənəvi Qərbyönümlü Azərbaycan müxalifətinin vahid namizədi kimi təsdiqlənməsi bir çox mətləblərdən xəbər verir. İlk növbədə bu o deməkdir ki, hər zaman hakimiyyətə qarşı mübarizədə ABŞ-a və Qərbə güvənən ənənəvi müxalifət necə deyərlər “ümidlərinin suya düşdüyünün” fərqindədir. Qərb indiki halda Azərbaycan hakimiyyətilə daha canfəşanlıqla əməkdaşlıq edir, nəinki həmin hakimiyyətin əleyhdarları ilə.
Belə olan halda Azərbaycan müxalifəti özünü taleyin ümidinə buraxılmış vəziyyətdə hiss edir. Amma Azərbaycan hakimiyyətinə qarşı şimaldan yeni cəbhənin açılması və Rusiyanın builki seçkilərə fərqli baxış açısından baxması sitiusiyanın fərqliliyini ortaya qoyur. İndi reallıq bundan ibarətdir ki, Rusiya bütün Azərbaycan müxalifətinin öz adamının ətrafında birləşdirməyi bacarıb. Bu namizədin seçkilərdə iştiraki, iştirak edəcəyi halda böyük dəstək qazanacağı və qələbəsini təsdiqləyə biləcəyi gələcəyin söhbəti olsa da bəribaşdan çox ciddi nəticələrin çıxdığı siyasi mənzərə ilə üz-üzəyik. Bu mənzərə ondan ibarətdir ki, Rusiya faktoru Azərbaycan siyasətinə təsir etmək baxımından xüsusi çətinlik çəkmədən daha bir rçaqı qazanmış oldu – Azərbaycan müxalifəti. Bu isə, ölkəmizdə bu və ya digər şəkildə maraqları olan planetin bütün güc mərkəzləri tərəfindən narahatlıqla qarşılanır. Konkret olaraq Qərbə gəldikdə, hələlik onlar narahatlıqlarını açıq şəkildə göstərməsələr də bu, heç də narahatlığın ümumiyyətlə olmaması anlamına gəlmir. Sadəcə olaraq mümkündür ki, Qərb Azərbaycandakı 2013 ssenarisini hansı nəticələr verəcəyindən təfərrüayı ilə xəbərdar olduğundan önləyici tədbirlərə lüzum görmür.
Böyük ehtimalla biz bu kimi preventiv tədbirləri seçkilərdən sonrakı dövrdə görəcəyik. Müşahidə edilən və anonsu verilən dəyişiklik siqnallarından biri də qonşu Türkiyədən gəlməkdədir. Xatırladaq ki Türkiyə Azərbaycana siyasi təsir göstərmək gücündə və mənəvi imkanında olan yeganə dövlət olmasına baxmayaraq, bu üstünlüyündən heç zaman səmərəli şəkildə istifadə edə bilməyib. Təbii ki, bunun da bir sıra byektiv və subyektiv səbəbləri var – mövzumuz bu olmadığından bu haqda söz açmayacağıq. Bəhs etmək istədiyimiz mövzu son günlər ölkə mətbuatında Türkiyənin milliyyətçi kəsiminin Azərbaycanda yeni siyasi güc mərkəzin yaratmaq yönündəki fəaliyyətləridir. Bununla bağlı redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Türkiyədəki milliyyətçiləri buna vadar edən bir sıra daxili və xarici amillər var: “Bu abillər sırasında təbii ki, milliyyətçilərin Türkiyədəki sıxışdırılması və sıradan çıxarılması dayanır. Məlumdur ki, Ərdoğan hakimiyyətə gəldiyi ilk gündən Türk milliyyətçiliyinin əsas bazası olan “Dərin dövləti” sıradan çıxarmağa nail olub. Azərbaycanda da böyük hörmətlə anılan müasir türk millətçiliyinin əsas dayaqlarından biri sayılan Vəli Küçükpaşanın və digər onlarla generalın həbsə alınması millətçilərin Türkiyədəki fəaliyyət coğrafiyasını nəzərə çarpacaq dərəcədə daraldıb. Düzdür, onların tam olaraq sıradan çıxarılması mümkün olmayıb, amma artıq həmin güclər böyük mənada Türkiyə siyasətinə təsirlərini itirib. Çoxsaylı cəhdlərə baxmayaraq, onlar bu günə qədər özlərini Türkiyədə reabilitasiya edə bilməyib. Odur ki, həmin güclərə ayaqda durmaq üçün Türkiyədən kənarda siyasi fəaliyyət arenası lazımdır. Etiraf edək ki, bu məqsəd üçün Azərbaycan ideal məkandır”. Əldə etdiyimiz məlumatlara görə, Türkiyənin milliyyətçi kəsimi burada oturuşmuş güclü system yaratmaq məqsədi ilə artıq ölkəmizdəki siyasi təşkilatlarvə fərdlərlə təmaslara başlayıb. Əsasən mərhum Əbülfəz Elçibəyin liderliyini qəbul edən düşərgəyə müraciət olunur. Hazırda Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, Fərəc Quliyev, Qüdrət Həsənquliyev və digərləri ilə danışıqların aparıldığı bildirilir. Danışıqlarda fəal tərəflərdən biri isə Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevdir. Daxil olan məlumatda bildirilir ki, onun rəhbərlik etdiyi “Vahid Millət dövlətçiliyə dəstək ictimai birliyi” sözügedən projeni reallaşma məntəqələrindən biri kimi düşünülür. Hürrü Əliyevin bu yaxınlarda mətbuata açıqlama verərək, siyasi partiya edəcəklərini bəyan etməsi də məhz həmin planın tərkib hissəsidir.Seçkilərdən sonraya planlaşdırılan təsis qurultayında Azərbaycan siyasətinə yeni güc mərkəzinin təqdim olunması nəzərdə tutulub. Plana görə, Elçibəyçi düşərgənin pərən-pərən düşmüş ünlü simalarının məhz həmin partiyadabir araya gələcəyi gözlənilir. Təbii ki, bütün bunları reallaşdırmaq, bu sətirləri yazmaq qədər asan deyil. Ən azından buna oxşar cəhdlərin çoxluğu və bir-birinin ardınca iflası yeni projeyə ümidsiz yanaşmanın şərtləndirir. Bununla belə Türkiyədən gələcək dəstəyi təkcə mənəvi olmayacağı, özündə həm də siyasi fəaliyyət üçün təməl şərtlərdən olan maddiyyatı da ehtiva edəcəksə, bu zaman ciddi nələrsə gözləməyə dəyər. Odur ki, hələlik bizə yalnız ştrixləri bəlli olan bu ”siyasi çertyoj” haqda qəti fakir bildirmək çətindir. Bütün bunların seçkidən sonrakı dövrə planlaşdırıldığını nəzərə alsaq, hələ qarşıda kifayət qədər vaxt var. Hələliksə Azərbaycan siyasətində vahiməli “şimal küləyi” əsməkdıdir.

Orxan Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57

  • 
  • Rüstəm İbrahimbəyov qeydiyyata alına bilər, amma...

    Rüstəm İbrahimbəyov qeydiyyata alına bilər, ...

    11-07-2013, 17:02

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • İsa Qəmbərin Milli Şuraya yeni təklifi var

    İsa Qəmbərin Milli Şuraya yeni təklifi var ...

    2-08-2013, 17:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu