GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tural Abbaslının həbs təhlükəsi

Tural Abbaslının həbs təhlükəsi

Tarix: 6-08-2013, 16:06 Bölmə :Ölkə Baxış: 665
Tural Abbaslının  həbs təhlükəsi
Müsavatın Divan üzvü T. Abbaslı : “220 saatlıq işdən boyun qaçırdığım üçün həbs olunma ehtimalım var”
Müsavat Gənclər Təşkilatının sədri, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı həbs olunma ehtimalı ilə bağlı “Yeni Müsavat”a məlumat verib. O, məhkəmənin cəza kimi kəsdiyi 220 saatlıq məcburi iş saatından boyun qaçırmaqda ittiham olunur.

Tural Abbaslı artıq onun həbsi üçün hazırlıqlar getdiyini bildirdi: “Dünən axşam Nəsimi Rayon Məhkəməsinin İcra şöbəsindən zəng edib bildirdilər ki, sabah icra şöbəsinin rəisi sizinlə söhbət etmək istəyir. Bildiyiniz kimi, mən də daxil olmaqla, bir - neçə gəncin 12 yanvar “Əsgər ölümlərinə son” aksiyasında barəmizdə cərimə tətbiq olunmuşdu. Biz də bunun qanunsuz olduğunu iddia edib, bu cəriməni ödəməmişdik. Bundan sonra hökumət həmin cəriməni ödəmədiyimiz üçün əlavə olaraq 220 saat ictimai işlərə cəlb olunmaqla bağlı qərarı verdirdi. Bizi 41 saylı Mənzil İstismar İdarəsinə (MİS) təyin etmişdilər , biz də hər gün gedib imzamızı atırdıq. Açığı, bunun özünün belə hansı qanuna əsasən edildiyi də bilinmir. Çünki onun da təlimatları olmalıdır. Hər-halda, artıq bir aydan uzun müddət idi ki, bizi MİS-ə gedib, imzamızı atırdıq. Bunlarla bağlı dünən icra şöbəsindən zəng edib məni Nəsimi Rayon Məhkəməsinə çağırdılar.”

Tural Abbaslı artıq aktın tərtib olunduğunu bildirdi: “Onlar mənim 220 saatlıq işdən boyun qaçırmağımın qeyri-qanuni olduğunu və buna görə də akt tərtib etdiklərini bildirdilər. Üstündən 5-10 dəqiqə keçməmiş, məni zala dəvət etdilər. Getdim, gördüm ki, artıq məhkəmə qurulub. Hakim gəlib, dövlət tərəfindən vəkil gəlib, polislər gətirilmişdi. Soruşdum ki, bu nə məhkəməsidir? Məlum oldu ki, artıq onlar həmin saat ərzində məhkəmə də təyin ediblər. Bununla bağlı mənə bildiriş belə verilməmişdi. Hakim məhkəmə icrasına baxıb, mənim işdən boyun qaçırdığıma görə inzibati həbs vermək haqqında qərar çıxarmaq istəyirdi. Təbii ki, mən də buna etiraz etdim. Bildirdim ki, bununla bağlı mənə xəbərdar olunmayıb, vəkilim yoxdur, dövlətin təyin etdiyi vəkili isə tanımıram, bundan imtina edirəm. Əvvəl hakim bununla bağlı vəsatətə baxmaq istəmədi. Məhkəmənin təxirə salınmasını tələb etdim. Hakim bu vəsatətə də baxmaq istəmədi. Mənim özümə yeni vəkil təyin etməyimlə əlaqədar 10 dəqiqə vaxt verdi. Özü isə müşavirə otağına getdi. O, gələnə qədər mən vəkillərlə danışdım. Bildiyiniz kimi bu vaxt ərzində vəkilin təmin olunması mümkünsüzdür. Çünki vəkil üçün müqavilə imzalanmalı, vəkil işlə tanış olmalı, müdafiə taktikası seçməlidir və s. 10 dəqiqə sonra hakim gəldi və mən məhkəmənin təxirə salınması üçün vəsatət verdim. Hakim isə məhkəməni sabah saat 11:45-ə təxirə sala biləcəyini dedi. Mən isə etiraz etdim və bildirdim ki, bir gün işlə tanış olmaq, vəkilə müraciət etmək, müqavilə bağlamaq üçün çox qısa müddətdir. O, isə qarşıdan bayram gəldiyini bəhanə edərək, başqa bir günə təxirə sala bilməyəcəyini bildirdi. Onu deyim ki, mənim həbsim üçün bütün tədbirlər görülmüşdü. Zala, zalın önünə polis işçiləri gətirilmişdi. Məhkəmə sabah - 7 avqust, saat 11:45-ə təyin olundu. Məhkəmə prosesinə hakim Xumar Mərdanova baxacaq. Yəqin ki, sabah məhkəmənin mənə təyin etdiyi 220 saatlıq işdə işləməkdən boyun qaçırdığıma görə inzibati həbs verəcəklər. Bu da yeni qanuna əsasən uzun müddətli həbs olacaq. Biz də bunu haqsız, qanunsuz, ədalətsiz hesab edirik. Bu, əslində seçki öncəsi məni seçki proseslərindən kənarda saxlamaq üçündür. Bildiyiniz kimi mən Müsavat Gənclər Təşkilatının sədri, Müsavat Partiyasının Divan üzvü, Milli Şuranın və s. üzvüyəm. Mən bunu siyasi qərar kimi qiymətləndirirəm və seçki ərəfəsində məni seçki prosesindən kənarda saxlayıb və seçkidən sonra azad edəcəklər. Bu qanunsuz siyasi qərarı pisləyirik. Hakimiyyətə də bu formada seçkiyə qatılmağın mümkün olmadığını və bu seçkinin dünya tərəfindən legitim qəbul olumayacağını bildirmək istəyirik. “
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tural Abbaslı həbs olundu

    Tural Abbaslı həbs olundu ...

    7-08-2013, 14:23

  • 
  • Tural Abbaslı 4000 manat kompensasiya istəyir

    Tural Abbaslı 4000 manat kompensasiya istəyir ...

    14-08-2013, 16:10

  • 
  • Tural Abbaslı: "Təcridxana rəisinin öz qanunları var"

    Tural Abbaslı: "Təcridxana rəisinin öz ...

    22-08-2013, 16:08

  • 
  • Tural Abbaslının əmlakına həbs qoyulmadı

    Tural Abbaslının əmlakına həbs qoyulmadı ...

    27-02-2013, 11:26

  • 
  • Tural Abbaslı: "Üzr istəməlidirlər"

    Tural Abbaslı: "Üzr istəməlidirlər" ...

    16-01-2014, 14:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu