Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb. Bunu Müsavat partiyasının üzvü Cavid Hacıbəyli deyib “Tural Abbaslı saat 14-də çıxmalı idi, amma vaxtından əvvəl buraxıblar ki, qarşılanma olmasın”-deyə o bildirib.
T.Abbaslı musavat.com-a bildirdi ki, bu, ilk qanunsuz həbs deyil: “Artıq adət halını alıb. Sadəcə, təcridxananın rəisi dəyişib. Nazim müəllimin yerinə işini bilməyən, təcridxana anlayışı olmayan, təcrübəsiz biri təyin olunub. Bu adamın öz qanunları var. Tələb edir ki, onun istəkləri yerinə yetirilsin. Kənardan gətirilən sovqat buraxmırdı, yalnız 8 saat yatmaq olar, cəmi 40-45 dəqiqə gəzintiyə icazə var. Havalandırma sistemi yox idi, yataq dəsti bərbad vəziyyətə, çarpayıları dəyişmirdilər. Mən də bunlara etiraz edirdim. Buna görə küskün düşdü. 1 həftə mənimlə mübahisə etdi. Mən qanunları tələb edirdim. Ona görə də cəza olaraq çarpayıya ya istilik sisteminə qandallayırdılar. Ombudsmanın nümayəndəsi, hüquq müdafiəçisi Əliməmməd Nuriyev gəldilər. Ondan sonra nisbətən qanuna əməl etməyə başladı”.
T.Abbaslı icbari əməyin cərimənin ödənməsi ilə əvəzlənməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır: “Bir günə 5 akt yazıblar. “Jek müdiri aktlar tərtib edib özündən. İndi işləsəm də qanunsuz akt tərtib edə bilərlər. Ona görə məhkəməyə müraciət edəcəm. İcbari əməyi cərimə ilə əvəzləsinlər. Vəkillərlə məsləhətləşib qərar veriləcək”.
Xatrırladaq ki,avqustun 7-də Nəsimi Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya 15 sutka həbs cəzası verib. Bu qərar T. Abbaslının məhkəmə qərarını icra etmədiyinə görə çıxarılıb. Təşkilat sədri bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Amma Tural Abbaslı bu qərarı da icra etməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?