Əhəd Məmmədli: “Yeni rəis onu təhdid edib...” Müsavatın Divan üzvü və bu partiyanın gənclik qanadının rəhbəri Tural Abbaslıya görüş və yemək verilmir. Bu bardə musavat.com-a 15 sutkalıq həbs cəzasını çəkən T. Abbaslının dostu və müavini Əhəd Məmmədli məlumat verib. O deyib ki, 9 avqustda Tural Abbaslının anası və dostları onunla görüşmək, həm də yemək aparmaq üçün Binəqədidəki müvəqqəti saxlama təcridxanasında olublar. Lakin orada T. Abbaslıya yemək qəbul etməkdən imtina olunub. Heç kimlə, hətta arestantın anası Baxşıxanım Abbaslı ilə də görüş verilməyib. Bunun səbəbini öyrənmək üçün təcridxanaya yeni təyin olunan rəislə görüşmək istəyən Baxşıxanım Abbaslının bu tələbinə də müsbət cavab veriməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?