GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nicat Dağlar: “Mən kəfəni cırmışam...”

Nicat Dağlar: “Mən kəfəni cırmışam...”

Tarix: 12-08-2013, 10:11 Bölmə :Ölkə Baxış: 609
 Nicat Dağlar: “Mən kəfəni cırmışam...”
“Məni həyata qaytaran İlham Əliyevə necə təşəkkür etməyim?”
Avqustun 11-i gecə saatlarında Almaniyada leykoz xəstəliyindən müalicə olunan tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağlar vətənə qayıtdı. Jurnalistin son durumu, bundan sonrakı vəziyyəti və keçirdiyi ağır günlər barəsində söhbətimiz onun yaşadığı evdə baş tutdu. Bizim kimi jurnalisti ziyarətə gələnlər həddindən artıq çox idi.
Ziyarətçilər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov da var idi. Nicat Dağlar özünü yaxşı hiss etdiyini və ona göstərilən dəstəyə görə Mətbuat Şurasına və şəxsən Əflatun Amaşova dərin təşəkkürlərini çatdırdı. Mətbuat Şurasının sədri öz növbəsində Nicat Dağları sağlam və aralarında görməyin çox böyük sevindirici olay olduğunu vurğulamaqla yanaşı dövlətin hər zaman öz jurnalistinə sahib çıxdığını dilə gətirdi. Əflatun Amaşov öz adından ölkə başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirdi. N.Dağların müalicəsini öz üzərinə götürməklə onun çox böyük və humanist bir addım atdığını xüsusi qeyd etdi.
Nicat Dağlar son durumu və bundan sonrakı fəaliyyəti ilə bağlı “Yeni Müsavat”a danışdı:

- Öncədən xəstəliyimdən xəbərim olmayıb. Yanvar ayından burnumdan qan gəlməyə başladı. Demək olar, hər gün burnumdan qan gəlirdi. Vaxtın azlığından, digər problemlər üzündən o qədər də ciddiyə almırdım. Burnuma pambıq qoyub işləyirdim. Bu vəziyyət may ayınadək davam etdi. Daha sonra çəki itirdim, yemək yeyə bilmirdim və səhərə kimi oyaq olurdum. Qarın nahiyəmdə böyük bir şiş yaranmışdı. Bir gün evdə oturduğum yerdə burnumdan çox böyük qanaxma başladı. Üstüm, ev-eşik tamamilə qan oldu. Yoldaşım heç bilmədi nə etsin. Təcili Yardıma zəng vurduq. Həkimlər gördükləri mənzərə qarşısında dəhşətə gəlmişdilər. Hər yer qan idi. Burnuma buz tutaraq məni Bakı Şəhər 4 Saylı Xəstəxanaya apardılar. Yandırma yolu ilə qanı bir qədər kəsməyə çalışdılar. Həmin vəziyyətdə evə gəldim. Ertəsi gün Gəncəyə getdik. İstəyirdim ki, uşaqlar bir qədər istirahət etsinlər. Eyni vəziyyət Gəncədə oldu. Qaynım məni 3 Saylı Şəhər Xəstəxanasısa apardı. Burun-qulaq həkimi Nazim həkim mənə dedi vəziyyət ciddidir. Təcili qan analizi verməli, UZİ və terapevtdən keçilməlidir. Dediklərini etdim. Qarın nahiyəmdən müayinə olunan zamanı məlum oldu ki, qaraciyərim partlamaq səviyyəsinə çatıb. İlk olaraq xəstəliyimin leykoz olduğunu mən orda öyrəndim. Müalicəm üç ölkədə həyata keçirilib. Azərbaycan həkimləri mənə dəqiq diaqnoz qoyub, gürcü həkimlər xəstəliyimin sürətlə getməsinin qarşısını aldılar, alman həkimləri isə məni həyata qaytardılar. Mənim bu gün həyata qayıtmağımın arxasında isə Azərbaycan dövləti, onun başçısı İlham Əliyev dayanır. Artıq ayaqdayam, xəstələnməmişdən qabaq necə idimsə indi də eləyəm.

- Almaniyada hansı müayinə və müalicədən keçdiniz?

- Almaniyada xüsusi müalicə proqramından keçdim. Hər bir şeyimə nəzarət edir, mənə diqqət və qayğı göstərirdilər. İlikdən analiz verdim. O ağrıları sözlə təsəvvür etmək çox çətindir. Heç düşmənimə də onu arzulamıram. Biopsiya deyilən əməliyyatı yenidən keçirəcəyəm. Oktyabr ayında Almaniyaya gedəndə qərar verəcəklər ki, mənim xəstəliyim müalicə və yaxud ilik köçürmə ilə tam aradan qaldırıla bilər. Bu dəfə qardaşım da mənimlə Almaniyaya gedəcək və ola bilsin ki, onun iliyindən mənə köçürülsün.

- Bəziləri sizin prezidentə təşəkkürünüzü birmənalı qarşılamadılar, bu barədə nə deyə bilərsiniz?

- Çox təəssüf ki, belə insanlar da var. Mən kəfəni cırmışam. Mənim o vəziyyətimi heç kəs görməyib. Əslində, mən heç kəsi qoymurdum ki, xəstəliyimlə bağlı kiməsə nəsə desinlər. Mənim xəbərim olmadan həyat yoldaşım ən yaxın dostum, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədliyə məlumat verib. Hər şey bundan sonra başladı. Xəstəliyim haqqında informasiya “Yeni Müsavat” qəzeti və “musavat.com” saytında gedəndən sonra artıq mənim digər dostlarım - Ceyhun Musaoğlu, Elbrus Ərud, Rauf Arifoğlu, Vüsalə Mahirqızı mənə çox böyük dəstək verdilər. Böyük bir kampaniya başladı. Azərbaycan mətbuatının gücünü və həmrəyliyini çox yaxşı gördüm. Çox təəssüflər olsun ki, mənim xəstəliyimə, daha doğrusu həyata yenidən dönməyimə prosesdə öz dünya görüşləri ilə yanaşanlar da oldu. İllərdir uğurunda sağlamlığını, gəncliyini itirən, sənlə bərabər küçədə döyülüb, xəstəxanalıq olan jurnalist haqqında o sözləri demək insanı çərçivəyə sığmayan bir hərəkətdir. Facebookda yazdıqları yaramaz və yaraşmayan statuslar məni qətiyyən narahat etmir. Bu gün həyatdayam, ailəmin başındayam, övladlarımla bir yerdəyəm. Bundan gözəl nə ola bilər mənə. Məni dünyaya qaytaran adama necə təşəkkür etməyim? Almaniyada olarkən Rauf Arifoğlunun bir yazısını oxudum. Bir xüsusi söz mənim çox xoşuma gəldi. Rauf bəy yazmışdı ki “məşğulatınızı davam edin, döşüyün gəlsin...”. Həmin sözü mən də onlara aid edirəm.

- Mətbuat Günündə prezident sizə də ev verdi, kirayədən qurtulduz, xəbəri necə qarşıladız?

- Bu xəbəri də Gürcüstanda olarkən aldım. Bundan öncə bir məqamı qeyd edim, iyul ayının 10-da mənim ikinci dəfə doğulduğum gündür. Tamamilə hər yerdən əli üzülmüş, ümidini itirmiş bir vəziyyətdə həyatın bitdiyini qətiləşdirmişdim. Hər şeyə - evimə, övladlarıma, həyat yoldaşıma sonuncu dəfə baxırmış kimi baxırdım. Belə bir vəziyyətdə mənə xəbər gəldi ki, prezident İlham Əliyev müalicəmi öz üzərinə götürüb. O anları sözlə ifadə etmək çox çətindir. Bu məndə psixoloji cəhətdən çox böyük müsbət dəyişikliyə səbəb oldu. Öz-özümə yaşayacağımı düşündüm. Mətbuat günündə ev almağımla bağlı xəbər də məni hədsiz sevindirdi. İllərdir kirayədə yaşayıram. Jurnalist maaşımla ev almağım çox çətin olacaqdı. Sağ olsun, dövlət başçısı mənə həmin binadan ev verilməsi ilə bağlı da göstəriş verdi.

- Xəbər saytının rəhbərisiz. İşləriniz hansı durumdadır?

- Teleqraf.az-ın kollektivi tətildədir. Gələcək fəaliyyətlə bağlı xeyli planlarım var. Sağlığıma tam qovuşum, həmin planları həyata keçirməyi düşünürəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nicat Dağlar Almaniyada

    Nicat Dağlar Almaniyada ...

    26-07-2013, 13:15

  • 
  • Prezident Nicat Dağların müalicəsini öz üzərinə götürdü

    Prezident Nicat Dağların müalicəsini öz üzərinə ...

    10-07-2013, 22:39

  • 
  • Prezidentə təşəkkürümü ifadə etməyə söz tapa bilmirəm" – Nicat Dağlar

    Prezidentə təşəkkürümü ifadə etməyə söz tapa ...

    10-07-2013, 23:52

  • 
  • “Bu dəhşəti bir dəfə yaşamışam” – Nicat Dağlar

    “Bu dəhşəti bir dəfə yaşamışam” – Nicat Dağlar ...

    8-11-2013, 14:48

  • 
  • Əflatun Amaşov Cəlal Əliyevin dairəsinə gedir?

    Əflatun Amaşov Cəlal Əliyevin dairəsinə gedir? ...

    18-09-2015, 13:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu